Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5559/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – Cavabdeh1 “KİA Sportage” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 300 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “KİA Sportage” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 300 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “KİA Sportage” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 Cavabdeh2 işçisi olmuş və 'Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmişdir. "xxxx" Sığorta Şirkəti ASC “KİA Sportage" markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana görə 300 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə Cavabdeh1 qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçı hesab edir ki, 300 manat pul Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə məhəkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “KİA Sportage” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və dəymiş zərər 300 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 300 manat sığorta ödənişi AZ02NABZ******************** nömrəli hesaba ödənilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş, şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyat üçün VÖEN- ********** nömrəli yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh1 sürücülük vəsiqəsinin nömrəsi 744219, sürücülük vəsiqəsinin dərəcəsi B,C,D,E kateqoriyalarıdır, istifadəsində Cavabdeh2 məxsus sərnişin daşımaq üçün “Daewoo BS 090” markalı, **-XK- *** dövlət qeydiyyat nişanlı avtomobil var. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətindən əldə olunmuş Kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, Cavabdeh2 məxsus ********** nömrəli VÖEN vardır. İş materiallarına əlavə edilmiş CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 məxsus VÖEN üzrə fəaliyyət istiqaməti şəhər və şəhərətrafı quruyol nəqliyyat fəaliyyətində ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki. iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 30.40 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına əsasən: 1.Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır, buna görə də qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da, avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC sığorta ödənişinin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı, Cavabdeh1 tərəfindən idarə olunan “Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçı "xxxx" Sığorta Şirkəti ASC -də sığortalanmış “KİA Sportage” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması iş materialları ilə sübut olunur. Cavabdeh1 “Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsilə hərəkət edərkən yolnəqliyyat hadisəsi baş vermiş və “KİA Sportage” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran Cavabdeh2 məxsus nəqliyyat vasitəsi olan “Daewoo BS 090” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən qanuni əsaslarla (yol vərəqəsi əsasında) idarə edilmişdir Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi - qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Daewoo BS 090” markalı **-XK-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və onun tərəfindən vurulduğundan vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC -yə ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 iddiaçının xeyrinə 300 manat məbləğində pul vəsaiti tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir.
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. 300 (üç yüz) manat məbləğində pul vəsaiti, 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu ümumilikdə cəmi 330.40 (üç yüz otuz manat, qırx qəpik) manat pul Cavabdeh1 tutularaq, "xxxx" Sığorta Şirkəti ASC -yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva