Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5765/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki işə məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X3 və Cavabdeh1 maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki: 1. Cavabdeh1 tərəfindən İddiaçı 15000 (on beş min) manat pul barışıq sazişi bağlandığı gündən 3 ay ərzində ödəniləcəkdir. 2. Cavadov X2 Benz GLE 53 minik markalı ** EA *** qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı Cavabdeh1 qarşı olan bütün maddi və mənəvi (digər) zərər tələblərindən imtina edir. 3. Tərəflərin bu şərtlərdən başqa mübahisə predmeti ilə bağlı gələcəkdə bir-birilərinə qarşı başqa tələb və şikayətləri olmayacaqdır. 4. Barışıq sazişi icra olunmadığı halda (könüllü şəkildə) məhkəmə tərəfindən məcburi icraya yönəldiləcəkdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 barışıq sazişinin şərtlərini müdafiə edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 barışıq sazişinin şərtlərini müdafiə edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş barışıq sazişini və mülki işin materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Həmin Məcəllənin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0.-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi X3 ilə Cavabdeh1 arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh1 tərəfindən İddiaçı 15000 (on beş min) manat pul barışıq sazişi bağlandığı gündən 3 ay ərzində ödəniləcəkdir.
2. Cavadov X2 Benz GLE 53 minik markalı ** EA *** qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı Cavabdeh1 qarşı olan bütün maddi və mənəvi (digər) zərər tələblərindən imtina edir.
3. Tərəflərin bu şərtlərdən başqa mübahisə predmeti ilə bağlı gələcəkdə bir-birilərinə qarşı başqa tələb və şikayətləri olmayacaqdır.
4. Barışıq sazişi icra olunmadığı halda (könüllü şəkildə) məhkəmə tərəfindən məcburi icraya yönəldiləcəkdir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev