Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5798/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən isifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Bakı şəhəri, Xətai rayonu, Lütfizadə (keçmiş Telnov) küçəsindəki 16 nömrəli evin 3 nömrəli mənzilindən cavabdehin istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə (keçmiş Telnov) küçəsindəki 16 nömrəli evin 3 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Hazırda həmin mənzildə iddiaçıdan başqa onunla yaşayan qızı X3 və 2003-cü ildə Bərdə rayonuna gəlin köçmüş qızı Cavabdeh qeydiyyatdadır. Cavabdeh həmin mənzildən köçdüyü vaxtdan Bərdə rayonunda ərinə məxsus evdə yaşamağa başlamış və o vaxtdan həmin mənzilə yalnız qonaq kimi gəlib-getmişdir. Həmin nikahdan onların 2003 və 2005-ci ildə iki uşaqları doğulmuşdur. Uşaqlar atalarına məxsus evdə qeydiyyatdadırlar. Cavabdehin iddiaçının mənzilində pasport qeydiyyatı formal xarakter daşıyır və iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehə iddiaçının mənzilindən qeydiyyatdan çıxaraq yaşadığı ərinə məxsus evə qeydiyyata düşməsi barədə müraciətlər etsə də, onun xahişlərini yerinə yetirməmiş və bununla da iddiaçını həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş OM seriyalı, 011923 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 16 saylı evin, 4673 yaşayış sahəsindən ibarət, 3 otaqlı, 3 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüquqları xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 491 saylı, xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Lütfizadə (keçmiş Telnov) küçəsindəki 16 nömrəli evin 3 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi.tərəfindən verilən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh Ziyad qızı ilə X7 arasında olan nikah xx.xx.2003-cü il tarixdə rəsmiləşmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur, iddiaçı birinci blokda, o isə ikinci blokda yaşayır. Cavabdeh iddiaçının doğma qızıdır. 2003-cü ildə cavabdeh evləndikdən sonra iddiaçının evindən köçüb getmişdir. Həmçinin cavabdeh qardaşı vəfat etdiyi vaxt da gəlməmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 14 ildir ki, ünvan 1 ünvanında yaşayır. İddiaçının evinə gediş-gəlişləri olur. Cavabdehin həmin ünvanda yaşadığını görməmişdir. Cavabdehi şəxsən tanımasa da, şəkillərdə görmüşdür. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən ünvan 2 ünvanında yaşayır, iddiaçı ilə qonşudur. İddiaçının evinə gediş-gəlişləri olur. Təranə iddiaçının qızıdır, onu təxminən bir-iki dəfə görmüşdür. Evləndikdən sonra isə cavabdehi iddiaçının evində görməmişdir. İddiaçı digər qızı ilə birlikdə yaşayır. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən məhəlləyə gəlin köçmüşdür. ünvan 3 ünvanında yaşayır. İddiaçının digər qızı Yeganəni tanıyır, uşaqları eyni sinifdə oxuyur. Cavabdehi həmin ünvanda görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısı qızıdır. O, 2022-ci ildə, Təranə 2003-cü ildə evlənmişdir. Cavabdehin Bərdədə evi var, yoldaşı və iki uşağı ilə birlikdə yaşayır. Cavabdeh evləndiyi vaxtdan iki dəfə iddiaçının evinə gəlmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının qızıdır. Cavabdeh onun doğma bacısıdır. Təranə 2003-cü ildə evləndikdən sonra Bərdə rayonuna köçmüş, iki uşağı ilə birlikdə yaşayır. Böyük qızı universitetdə ali təhsil alır, oğlu isə kollecdə oxuyur. Qardaşı vəfat etdəndə Təranə gəlməmişdir. Cavabdeh yalnız bir-iki dəfə qonaq kimi gəlmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işin materialları və şahid ifadələri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.1992-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qızıdır və Bakı şəhəri, Xətai rayonu, Lütfizadə (keçmiş Telnov) küçəsindəki 16 nömrəli evin 3 nömrəli mənzildə qeydiyyatdadır. Cavabdeh 2003-cü ildə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildən köçmüşdür. Hazırda Bərdə rayonunda ailəsi ilə birlikdə yaşayır. Göründüyü kimi, iddiaçı mübahisəli mənzildən 2003-cü ildə köçdüyündən, tərəflər arasında hüquq münasibətləri həmin ildə qüvvədə olan qanunvericiliyin müddəaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair 29 mart 2016-cı il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə istifadə hüququnu əldə etmiş cavabdeh uzun müddət mübahisəli mənzildən istifadə etmədiyindən və davamlı surətdə başqa yerdə yaşadığından, onun ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Lütfizadə (keçmiş Telnov) küçəsindəki 16 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-5798/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5798/2022
25.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver