Məhkəmə qərarları › İş №e-2(011)-5925/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5925/2022

15.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5925/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı əsassız varlanma nəticəsində əldə olunmuş 125.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi, məhkəmə iclasında bildirdi ki, cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Cavabdehlər, onların vəkilləri və nümayəndələri məhkəmə iclasında bildirdilər ki, iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2022-ci il tarixdə barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin, cavabdehlər məhkəmə baxışı zamanı izahat verərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 15 dekabr 2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh2 və Cavabdeh1 etiraf edirlər ki, ünvan 1 ünvanında yerləşən mənzilin (sonrakı mətndə "mənzil") alış qiymətinin 125.000 (yüz iyirmi beş min) manat hissəsi İddiaçı vəsaiti hesabına ödənilmişdir.

2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlumdur ki, İddiaçı 125.000 (yüz iyirmi beş min) manat pul vəsaitini cavabdehlərdən tələb edir.

3. Cavabdeh2 bəyan edir ki, 125.000 (yüz iyirmi beş min) manat pul vəsaitini mənzilin satılması yolu ilə ödəməyə hazırdır.

4. Cavabdeh1 bəyan edir ki, mənzilin satılaraq İddiaçı 125.000 (yüz iyirmi beş min) manat pul vəsaiti ödənilməsinə etiraz etmir.

5. İddiaçı ödədiyi 125.000 (yüz iyirmi beş min) manat pul vəsaitinin mənzilin satılması ilə geri qaytarılmasına etiraz etmir.

6. Tərəflərlər nəzərə alırlar ki, mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hal-hazırda həmin bank qarşısında Cavabdeh2 kredit borcu vardır. Belə ki, həmin borc ödənilməyənə və ipoteka yüklülüyü xitam olunmayana qədər mənzilin satışı və bu barışıq sazişinin şərtlərinin icrası mümkün deyil.

7. Cavabdeh2 Cavabdeh1 ilə birgə nikah dövründə, həm də nikah pozulduqdan sonra "xxxx" ASC-yə ödədiyi aylıq kredit borclarını birgə mülkiyyət rejimi ilə əhatə olunmayan ayrıca şəxsi vəsaiti hesabına müstəqil ödəmişdir.

8. Cavabdeh2 öhdəsinə götürür ki, ən geci 9 (doqquz) ay müddət ərzində mənzili 200.000 (iki yüz min) manatdan az olmayan qiymətə satılması üçün müştəri tapacaq və ilkin alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC qarşısında olan qalıq borcu tam bağlayaraq mənzili ipoteka yüklülüyündən azad edib özgəninkiləşdirəcək, alqısatqıdan əldə olunmuş pul vəsaitinin 125.000 (yüz iyirmi beş min) manat hissəsini İddiaçı geri qaytaracaq. Mənzil satıldıqdan, "xxxx" ASC və İddiaçı qarşısında olan öhdəliklər icra olunduqdan sonra yerdə qalan pul vəsaitindən Cavabdeh2 "xxxx" ASC-yə müstəqil ödədiyi pul vəsaiti, eləcə də mənzilin alqı-satqı vergisi çıxılmaqla geri qalan pul vəsaitinin 50% hissəsini Cavabdeh1 Cavabdeh2 tərəfindən ödəniləcək.

9. İddiaçı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi (MTT haqqında qərardadın ləğvi) üçün lazımi tədbirləri görməyi öz öhdəsinə götürür.

10. Cavabdeh1 mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi (MTT haqqında qərardadın ləğvi) üçün lazımi tədbirləri görməyi öz öhdəsinə götürür.

11. Bu barışıq sazişinin 8-ci bəndində müəyyən edilmiş müddət ərzində hər hansı səbəbdən 125.000 (yüz iyirmi beş min) manat pul vəsaiti İddiaçı ödənilmədikdə sonuncunun hüququ var ki, mənzilin satılması üçün Cavabdeh2 əlavə vaxt versin və ya ödənişi dərhal tələb etsin.

12. Cavabdeh2 öhdəsinə götürür ki, İddiaçı hazırki barışıq sazişi bağlanana qədər hüquqi xidmətlərin əldə olunmasıma çəkdiyi 1000 (bir min) manat xərcin əvəzini 01 mart 2023-cü il tarixinə qədər tam ödənilməsini öz şəxsi vəsaiti hesabına təmin edəcək.

Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiası ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5925/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflər Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar və onlar bu nəticələrlə razılaşırlar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar