Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-595/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və Vəkil, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanındakı mənzildən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1və Cavabdeh2 Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 32, mənzil 62 ünvanında yerləşən mənzildən istifadə hüququn itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı cavabdehlərin anası X3 ilə 26 oktyabr 1990-cı il tarixində rəsmi niagha girib ailə qurmuşdur. Rəsmi nikahdan Cavabdeh1 və Cavabdeh2 adlı iki uşaqları anadan olmuşdur. Bir müddətdən sonra ailə münasibətlərində problem yarandığından iddiaçı tərəfindən nigahın pozulması tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət olunmuş, Binəqədi rayon Məhkəməsinin 25 aprel 2008-ci il tarixli 2-1092/2008 saylı qətnaməsi ilə nikah pozulmuş, qarşılıqlı razılıq əsasında uşaqlar analarının yanında saxlanılması qət edilmişdir. 2008-ci ildən hazıradək cavabdehlər analarının yanında qalmaqla onunla bərabər yaşayırlar. İddiaçı 28 iyul 2012-ci ildə ünvan 2 ünvanında 2 otaqlı mənzil almışdır. Mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı X7 RX ******* saylı Çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər iddiaçıdan onları formal olaraq pasport qeydiyyatına salmağı xahiş etmiş, iddiçı da bununla razılaşmışdır. Lakin cavabdehlər heç vaxt iddiaçının mənzilində yaşamamışlar, sadəcə formal olaraq qeydiyyata düşüblər. Hazırda cavabdehlərin iddiaçıya məxsus olan evdə pasport qeydiyyatında qalması onun mülkiyyət hüququmu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirlməsinə maneə törədir, iddiaçı cavabdehlərə görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. İddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Buna görə də, cavabdehlərin, iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını, məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, qeydiyyat yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadığına dair "xxxx" MTK-nın direktoru tərəfindən “Cavabdeh1 və Cavabdeh2 Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 32, mənzil 62 ünvanında qeydiyyatda olsa da, bu mənzildə yaşamır, atası Aydın yaşayır” qeydi aparılmış bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Y.H.Məmmədli xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X1 adına tam pay ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2-1092/2008 saylı xx.xx.2008ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə X5 arasında bağlanmış xx.xx.1990-cı il tarixli 2870 saylı nikah qeydinin ləğv edilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, X5 məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edərək uşaqlarının onunla yaşamasını və aliment tələbi olmadığını bildirmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki ünvan 4 ünvanı üzrə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan 354220 və 356404 nömrəli Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2, İddiaçı uşaqlarıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli protokoldan çıxarışdan və xx.xx.2012-ci il tarixli Arayışdan görünür ki, onun ailə tərkibi 1 nəfər – özü olmaqla, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 32, 62 saylı mənzilin payçısı olmaqla, həmin mənzildə qeydiyyatda yalnız İddiaçı özü olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 4 Çıxarış əsasında X2 məxsusdur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının uşaqlarıdır, onlar həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və mənzildən istifadə etmirlər. Bununla belə, cavabdehlərin istifadə hüququna xitam verilməsini istisna edən, o cümlədən daşınmaz əmlakdan cavabdehlərin mənzil hüququnun yeganə təminat vasitəsi kimi istifadə olunmasını şərtləndirən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, istifadə hüququna xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (Latridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ) Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 4-dən Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A ev 32, 62 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiy gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-595/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-595/2024
05.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver