Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5950/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.920 manat sığorta ödənişi məbləğinin və 39,20 manat dövlət rüsumunun, cəmi 1.959,20 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır və “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Volkswagen Passat” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, M.Muxtarov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mitsubishi Pajero” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1.920 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ BDYPİ-dən İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin qeyd olunan protokolda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Volkswagen Passat” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. Bakı şəhər BPİ BDYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ona göndərilmiş məhkəmə bildirişi poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Odur ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X4 arasında bağlanmış icbari sığorta müqaviləsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “Mitsubishi Pajero” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Volkswagen Passat” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “Mitsubishi Pajero” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 1.920 manat məbləğində sığorta ödənişi üzrə faydalanan şəxs X5r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1.920 manat məbləğində pul vəsaiti "xxxx" ASC X3 hesabına ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi Cavabdeh tərəfindən iddiaçı ASC-də sığortalanmış “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunan zaman baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı **-TJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması iş materialları ilə sübut olunur. Sığortalanmış “Volkswagen Passat” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mitsubishi Pajero” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması üçün avtomobilin sahibi X3 hesabına 1.920 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bununla da, iddiaçının cavabdehdən subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən 1.920 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da, “Mitsubishi Pajero” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “Volkswagen Passat” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə onun tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş 1.920 manat məbləğində iddiaçı tərəfindən zərərçəkənə ödənilmiş ziyan cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, ödənilmiş sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Subroqasiya hüququ əsasında 1.920 (bir min doqquz yüz iyirmi) manat məbləği və 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5950/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5950/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver