Məhkəmə qərarları › İş №e-2(011)-5981/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5981/2025

11.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5981/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı2 MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə və qeyrilərinə qarşı “protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı2 MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə və qeyrilərinə qarşı “protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia ərizəsində Xətai rayon Polis İdarəsi X2 şöbəsi tərəfindən tərtib edilmiş İXP7135196 saylı protokolun ləğv edilməsini, protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini, qərar qəbul edilməmişdirsə, qərarın qəbul edilməsinin qadağan edilməsini, xx.xx.2025 tarixdə (Sms-Radar tətbiqində tərtib edilmə vaxtı vaxtı 20:58:32 kimi göstərilən) Binəqədi rayonu, İ.Dadaşov Küçəsində qeydə alınmış inzibati xəta üzrə BDYP- (nömrəsiz) protokolun ləğv edilməsini, protokol tərtib edilməmişdirsə, onun tərtib edilməsi qadağan edilməsi, xx.xx.2025 tarixdə Şəki şəhəri, F.X.Xoyski küçəsi ilə M.Ə.Rəsulzadə prospekti kəsişməsində qeydə alınmış inzibati xəta üzrə BDYP- (nömrəsiz) protokol ləğv edilməsini, protokol tərtib edilməmişdirsə, onun tərtib edilməsi qadağan edilməsini, qeyd olunanların nəzərə alınaraq iş üzrə mahiyyəti üzrə qərar çıxarılanadək yuxarıda göstərilən protokollar, qərarlar və sair inzibati aktların icrası və güman edilən inzibati xətalar üzrə məsuliyyət tədbirlərinin icrası dayandırılmasını xahiş etmişdir. Hesab edirəm ki, mübahisənin predmeti inzibati xətaya görə tətbiq edilmiş cərimə olduğundan hazırki iddiaya mülki icraat qaydasından baxılmalı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya inzibati xətalar işləri üzrə icraat qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı2 MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə və qeyrilərinə qarşı “protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya inzibati xətalar işləri üzrə icraat qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar