Məhkəmə qərarları › İş №e-2(011)-5985/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5985/2023

28.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5985/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə2, İlkin iddia tələbi üzrə Cavabdeh2 iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun qaytarılması və icra sənədinin eyni vaxtda icra olunması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2003-cü ilin may ayında ev tikdirmək üçün torpaq axtarışı nəticəsində Bakı şəhərində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini X20 ilə tanış olmuş və Cavabdeh2 İddiaçı2 saxta sənədlər göstərməklə guya ki, özünün təsisçisi olduğu "xxxx" çoxsaylı kiçik müəssisəsinə məxsus 0.06 ha torpaq sahəsini 4000 ABŞ dollarına (o vaxtki məzənnə ilə 3600 manata) satmışdır. Sonradan iddiaçıya bəlli olmuşdur ki, X20 bu üsulla bir neçə şəxsə qarşı dələduzluq etməklə saxta sənədlər əsasında torpaq sataraq külli miqdarda pul vəsaitinə sahiblənmişdir. İddiaçı2 ondan torpağa dair sənəd tələb etdikdə isə X20 qabaqdan gəlmişlik edərək onu iddia ərizəsi ilə məhkəməyə vermişdir ki, guya qanunsuz olaraq iddiaçı onun torpağını zəbt etmiş və buna görə ərazidən çıxarılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ilə İddiaçı2 ailə üzvləri ilə birlikdə "xxxx" kiçik müəssisəsinin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə bütün normativ aktların normalarının pozulması ilə qəbul edildiyi üçün İddiaçı2 ondan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ləğv edilmişdir. Əlavə olaraq həm iddiaçının və digər aldadılmış vətəndaşların müraciətləri əsasında "xxxx" kiçik müəssisəsinin təsisçisi X20 barəsində AR CM-nin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X20 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə olaraq X7 İddiaçı2 cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü cəza hissəsində tam icra olunmuş, lakin X20 azadlığa çıxandan sonra da iddiaçıya olan borcunu geri qaytarmamışdır. X2 ona dələduzluqla satdığı torpaq sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli təmirsiz evin təmirinə 15000 manat xərcləməklə İddiaçı2 qızı İddiaçı1 (Elnarənin 3 azyaşlı övladı ilə bərabər) köçüb həmin evdə 20 ildir ki, yaşayır. xx.xx.2023-cü il tarixdə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən göndərilən xx.xx.2023-cü il tarixli 18/66845/19-19 saylı xəbərdarlıq məktubunu almışdır. Xəbərdarlıq məktubunun nə ilə əlaqədar olması ilə maraqlanmaq üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə getmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində icra məmuru Nicat Vəlizadə onu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tanış edərək yaşadığı və X10 ona dələduzluqla satdığı torpaq sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli evin sökülməsinin qət olunduğu qətnamə ilə tanış etmişdir. Daha dəqiq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilsin. Abşeron rayonu, 1 X24 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarım tikililər sökülməli və torpaq sahəsi boşaldılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin sökülməsi və iddiaçının ailəsinin qeyd olunan ərazidən çıxarılması nəticəsində iddiaçı həm daimi olaraq yaşadığı yaşayış sahəsindən məhrum olmaqla yanaşı təxminən 30000 manat maddi ziyan almış olacaqdır. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən xəbəri olmamış və bu səbəbdən iddiaçı vaxtında qarşılıqlı iddia verə bilməmişdir. Əlavə olaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində nəzərdə tutulmuş tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin söküntüsü nəticəsində ona dəyə biləcək maddi ziyan cəmi 15000 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmalı və qeyd olunan mübahisənin həllinə dair qətnamə qəbul edilənədək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası dayandırılmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyatyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədiyi 15000 manat pulun Cavabdeh1ndən alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi və qeyd olunan pul məbləğinin verilməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin sökülməsi eyni vaxtda icra olunmasına da qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0 m x 8.0 m) olan ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyətyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədiyi 16078.76 manat pulun Cavabdeh1ndən və Cavabdeh1 ÇKM-nin təsisçisi, xx.xx.1955-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, pulun verilməsi ilə İddiaçı1 və İddiaçı2 evdən çıxarılmasının eyni vaxt icra olunması və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun müştərək qaydada Cavabdeh1ndən və Cavabdeh1 ÇKM-nin təsisçisi, xx.xx.1955-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 müştərək qaydada alınaraq, İddiaçı1 və İddiaçı2 verilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən ilkin iddia ərizəsində göstərdiyi hallar uydurma və yalandır. İddiaçıların hazırki iddia tələbi ilə Cavabdeh1nə qarşı iddia qaldırmasına hər hansı bir hüquqi əsas yoxdur. Əksinə, İddiaçı1 və İddiaçı2 Tovuz rayonunda özlərinə məxsus evləri olduğu halda, həmin evdə daimi qeydiyyatda qalmaqla bərabər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən və Cavabdeh1 ÇKM-nə məxsus olan torpaq sahəsini 2005-ci ildən zəbt edərək kooperativin ofisində yerləşmiş kooperativə məxsus əşyalardan və kooperativin hesabına çəkilmiş kommunal və kommunikasiya xəttlərindən qanunsuz istifadə etməklə, kooperativə məxsus mülkiyyətə sahiblik göstərməklə, sərəncam verməklə Cavabdeh1 ÇKM-nə küllü miqdarda maddi ziyan vurmuşdurlar. Bu da dəymiş maddi ziyanın ödənilməsini tələb etməsinə Cavabdeh1 ÇKM-nə əsas və qanuni hüquq verir. İlkin iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 göstərmişlər ki, guya Cavabdeh1 ÇKM-nə məxsus sahədə yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli guya təmirsiz evin təmirinə və həmçinin həyatyanı sahədə tikilmiş sanitar qovşağın tikilərək, təmir edilməsinə 15000 manat xərcləməklə İddiaçı1 köçüb həmin evdə 20 ildir yaşayır, ailəsinin qeyd olunan ərazidən çıxarılması nəticəsində onlara daimi yaşadığı yaşayış sahəsindən məhrum olmaqla yanaşı təxminən 30000 manat maddi ziyan dəymiş olacaqdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı icra sənədinə əsasən söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli ev faktiki olaraq kooperativin ofis evidir. Həmin ev Suraxanı rayon kənd Sovetin icazəsinə əsasən 1990-cı illərdə kooperativin hesabına ofis kimi istifadə etmək üçün tikilmişdir. xx.xx.1987-ci il tarixli texniki şərtlərə və xx.xx.1988-ci il tarixli müqaviləyə əsasən “Bakelektroset” İstehsalat Birliyi tərəfindən kooperativə işıq xətti çəkilmiş və sayğac qoyulmuşdur. 1991-ci il tarixdə texniki şərtlərə əsasən “Bakqaz” idarəsi tərəfindən həmin ofis evə kooperativin hesabına qaz xətti çəkilmişdir. Qaz xəttinin çəkilməsi üçün kooperativ 16.000 rubl xərc çəkmişdir (xx.xx.1990-cı il tarixli ödəniş qəbzi həmin faktı təsdiq edir). Torpaq sahəsinin ərazisini kooperativ dəmir trubalarla və setka ilə hasarlamışdır. Ofisin həyətyanı sahəsində kooperativ tərəfindən öz hesabına kubik daşdan sanitar qovşağı, taxtadan 10m x 6m (cəmi 60 kv.m.) ambar sahəsi tikilmişdir, 3 tonluq dəmir su ambarı və su quyusu qurulmuş, guya su ambarına su xətti çəkilmişdir. Həmin faktı fotoşəkillər, ödəniş qəbzləri və 2007-ci ildə DLİ “Azərdövlətsənayelayihə” tərəfindən hazırlanmış Cavabdeh1 ÇKM-nə məxsus torpaq sahəsində mövcud tikililərin Eskiz Layihəsi təsdiq edirlər. Beləliklə, İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx" ÇKM-nin hesabına tikilmiş, yaşayış üçün tam şəraitli, tam təmirli olan ofis evi zəbt edilərək, 2005-ci ildən yaşayırlar və kooperativə məxsus əşyalardan, tam şəraitli həyatyanı sahədən, sanitar qovşağından və kooperativin hesabına çəkilmiş kommunal və kommunikasiya xətlərindən qanunsuz bu günə kimi istifadə edirlər. İddiaçı2 1988-cı ildə Tovuz rayonunun Girzan kəndində məşkunlaşmış və daimi pasport qeydiyyatına alınmışdır. 1992-1993-cü il tarixdə AR Qaçqınkom tərəfindən İddiaçı2 təmənnasız iki otaqlı fərdi ev tikib verilmişdir, 1991-ci il tarixdə ona 0,12 həyətyanı, 1997-ci il tarixdə 0,33 sot pay torpaq sahəsi verilmişdir. Sonra isə Girzan kəndində daimi pasport qeydiyyatında qalaraq 1999-cu il tarixdən kəndi tərk etmişdir (Girzan kəndin nümayəndəliyin 341 saylı, 07.2007-ci il tarixli Arayış (qoşma 2-1). Bugünkü gündə də onların Tovuz rayonunun Girzan kəndində fərdi yaşayış evləri var. İddiaçı2 bu günəcən Girzan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır, Xıdırovanın qızı İddiaçı1 isə xx.xx.2007-ci il tarixdən bugünə qədər Tovuz rayonu Yanıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır (DİN Baş pasport qeydiyyat və miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublar (qoşma 2-2). Kəndi tərk etdikdən sonra 2002- 2004-cü ilə kimi İddiaçı2 qızı Elnarə ilə X8 məxsus olan baxçada kirayədə qalıb yaşayırdılar. Kirayə pulunu vaxtında ödəyə bilmədiyi üçün,“ən əsası isə Lətif adlı bir şəxsin “dayı” adı ilə evə gəlib qaldığına görə” evin sahibi X1 Tamamı evdən çıxartmışdır (G.C.Murtuzovanm istintaqda verdiyi ifadədən çıxarış (qoşma 3). 2004-cü ilin əvvəlində isə Cavabdeh1 ÇKM-nin müdiri Mustafayev Babanın xahişi ilə müəssisənin keçmiş təsisçisi X3 Tamamın qaçqın olduğunu nəzərə alıb və yaşayış kirayə ev tapana kimi İddiaçı2 qızı Elnarə ilə birlikdə Cavabdeh1 ÇKM-nin ofisinin ikinci mərtəbəsinə müvəqqəti köçüb gözətçi kimi yaşamağa təmənnasız icazə vermişdir (kooperativin müdiri M.Mustafayevin xx.xx.2007 tarixli ərizəsi (qoşma 4). Həmin zamandan İddiaçı2B dələduz X33 ilə əlbir olub Cavabdeh1 ÇKM-nə məxsus və məhkəmənin qətnaməsinə əsasən söküntüyə düşən ofis evini zəbt edərək, ikinci mərtəbəsində özləri yaşayıb evin birinci mərtəbəsini üçüncü şəxslərə kirayəyə verməyə başlamışdırlar. Bu haldan xəbər tutduqdan sonra Cavabdeh1 ÇKM-nin keçmiş təsisçisi olan Cavabdeh2 Xıdırovadan və L.Səmədovdan kooperativin ofisini tərk etməyi tələb etmişdir. Könüllü olaraq ofisdən çıxmadığına görə L.Səmədova və İddiaçı2 qarşı Cavabdeh1 ÇKM-nin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi ilə Cavabdeh2 Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən iddia təmin edilmişdir. Lakin Suraxanı Rayon Məhkəməsinin hakimi Ş.Nəcəfova xx.xx.2007-ci il tarixdə işə baxmağa başlaması və həmin tarixdə Suraxanı Rayon Məhkəməsinin hakimi kimi səlahiyyətlərinin başa çatması və həmin işə baxmağa artıq onun səlahiyyəti olmamasını əsas tutaraq şikayətin dəlillərindən asılı olmayaraq, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-632/2008 nömrəli qətnaməsinin 4-cü səhifə, qoşma 5). Həmin müddət ərzində Səmədov Lətifə qarşı polis orqanları tərəfindən AR CM-nin 320 və 178-ci maddələrlə cinayət işi açılmışdır. İddiaçı2 isə kooperativin keçmiş təsisçisi Babayev Fizuli barədə şikayətlər yazmağa başlamışdır. İddiaçı2 müraciətləri əsasında "xxxx" kiçik müəssisəsinin təsisçisi X20 barəsində AR CM-nin 320.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X20 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İddiaçı2 Suraxanı RPİ-yə yazılmış ərizəsi, mülki iddia və borcun siyahısı. (Qoşma 6) İstintaqda onlara məlum olmuşdur ki, X4 Tamamla əlbir olaraq ofisdə olan kooperativin sənədlərini mənimsəyərək, kooperativin ofis binasını və torpağı satırdılar (zərərçəkənlər E.İ.Ağaməmmədovun M.F.Baxşəliyevin, Suraxanı Rayon Prokurorluğuna, Suraxanı Rayon Məhkəməsinə, Suraxanı RPB-nə verilmiş şikayət ərizələri və istintaqda verilən ifadələr həmin faktı təsdiq edirlər (Qoşma 7). Beləliklə, müəssisənin idarəçiliyindən qurtularaq İddiaçı2 kooperativə məxsus ofis evi ələ keçirmiş, həmin evdə rahat yaşamasına və evin istifadəsinə sərəncam verməsinə 2006-ci ildən nail olmuşdur. Bugünə kimi naməlum şəxslər qeyri-qanuni olaraq kooperativə məxsus torpaq sahəsinə gələrək, kooperativin ofisin birinci mərtəbəsində gecələr qalırlar, həmin şəxslərin məqsədləri və hansı əsaslarla ofis binasında qalması bilinmir. Bununla əlaqəli Cavabdeh1 ÇKM-si tərəfindən mühafizə orqanlarına dəfələrlə şikayətlər edilirdi və mühafizə orqanları tərəfindən İddiaçı2 və İddiaçı1 dəfələrlə xəbərdarlıq elan edilmişdir. Xıdırova və İddiaçı1 tərəfindən 2005-ci ildən Cavabdeh1 ÇKM-nə məxsus ofis evi zəbt edilməsi və qanunsuz yaşaması kooperativə öz ərazisindən istifadə etməsinə və sahibkarlıq fəaliyətini həyata keçirməsinə bugünə kimi məhdudiyət yaradır, qanuni qüvvədə olan məhkəmə qərarların icrasına maneə törədir. Öz torpaq sahəsindən sərbəst sahiblik göstərməsinə və istifadə etməsinə Cavabdeh1 üçün mümkünsüzlük yaradır. İddiaçı2 qızı Elnarə ilə ofisə köçdükdən sonra ofisin sənədləri, kooperativə məxsus ofis mebeli, seyf və kooperativin digər əşyaları, o cümlədən dəmir su ambarı, hasarın dəmirləri, ambar sahəsi sökülərək oğurlanmışdır. Bununla kooperativə küllü miqdarda ziyan vurulmuşdur. Kooperativin əşyaları: 200 metr uzunluğunda hasarın dəmir setkası -2000 manat; 66 ədəd 2 m hündürlükdə trubalar-330 manat, 3 ton su ambarı- 2500 manat, su xəttinin trubaları- 1000 manat, qaz xətti- 16.000 rubl (1990- ci il məzənnə ilə 1 rub=0,95$ sayılsa 16842 ABŞ dollar, 1$=0,78 manat sayılsa, 13136,76 manat təşkil edir), 60 kv.m. ambarın 300 kub taxta- 4000 manat və digər əşyaların oğurlanması nəticəsində kooperativə orta rəqəmlə ümumi 23000 manat məbləğində maddi ziyan vurulmuşdur. Əlavə olaraq, 2005-ci ildən bu günə kimi kooperativin ofis evində cavabdehlərin yaşamasını aylıq 100 manat icarə haqqı hesablamaqla onların Cavabdeh1 ÇKM-nə 17 il ərzində təkcə icarə borcu 20.400 manat məbləğində pul vəsaiti təşkil edir. 2005-ci ildən həmin evdə cavabdehlərin yaşaması və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına 17 il ərzində məhdudiyyət yaratması Cavabdeh1 ÇKM-ni gəlirdən məhrum edir. Bir ilə kooperativin xalis gəliri ən azı iki min manat təşkil edə bilərdi. Cavabdehlər tərəfindən kooperativə sahibkarlıq fəaliyyəti ilə 2005 ildən məşğul olmasına problemlər yaratdıqdan sonra 17 il ərzində kooperativin maddi itkiləri və əldən çıxmış qazancı ən azı 34.000 manat təşkil edir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1 ÇKM-nə icarə borcu 20.400 manat, əşyaların oğurlanması nəticəsində vurulmuş 23000 manat məbləğində ziyanın və kooperativin maddi itkiləri 34.000 manat qazancının ümumi 57000 manatdan 50% 28500 azn, cəmi 20.400 manat + 28500 manat= 48900 manat məbləğində maddi ziyan vurulmuşdur və ziyan vurulması davam etməkdədir. İlkin iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 göstərirlər ki, guya Cavabdeh1 ÇKM-nə sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli evin məhkəmə qərarı ilə söküntüyə düşməsi barədə onların 2023-cü ilə kimi xəbərləri olmamışdır və bu səbəbdən onlar vaxtında qarşılıqlı iddia verə bilməmişdirlər. Cavabdehlərin ikinci uydurması ilə bağlı qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı icra sənədinə əsasən məcburi icra hərəkətləri Suraxanı rayon İcra Şöbəsi tərəfindən 30 sentyabr 2015-ci il tarixdə və 25 fevral 2016-cı il tarixdə həyata keçirilmişdir. Həmin evdə yaşayan şəxslər evdə olmadıqları üçün evin sökülməsi təxirə salınmışdır, (icra vərəqəsi, xx.xx.2015-ci il tarixli və xx.xx.2016 tarixli Aktlar.Qoşma 8). Halbuki, yuxarıda göstərilən hal 2015-ci, 2016-ci illərdə və 2022-ci ilin dekabr ayından Suraxanı rayon İcra Şöbəsi tərəfindən cavabdehlərə dəfələrlə, hətta 2023- cü ilin 02 iyun, 08 iyun və 24 iyun tarixlərdə icra hərəkətlərin görülməsi barədə xəbərdarlıq elan edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş şikayətlərə əsasən Suraxanı Rayon Polis İdarəsi və Suraxanı Rayon Prokurorluğu tərəfindən 2006-cı, 2007-ci, 2016-cı illərdə araşdırmalar aparılmış, məhkəmə qərarı ilə söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşayırdılar. Suraxanı Rayon Polis İdarəsinin 31- ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 2 ünvanda qeydiyyatsız yaşadıqlarına görə AR İXM-nin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir (01 mart 2016-cı il tarixli, 098-2001-1216 saylı Suraxanı RPİ 31-ci Polis Bölməsinin məktubu (Qoşma 9). Bugünkü gündə də həmin hal eyni vəziyyətdədir, qanunun tələbləri pozulmaqda davam edir: Tovuz rayonunun Girzan kəndində evləri olduğu halda, orada qeydiyyatda olduğu halda, zəbt etdikləri evdə bu günə kimi qanunu pozaraq kooperativin ofis evində qeydiyyatsız yaşayırlar. Beləliklə, zəbt olunan və yaşadıqları 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə qanunsuz yaşadıqları barədə cavabdehlərin rəsmi qaydada 2006-ci ildən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı qətnaməsinə əsasən həmin evin sökütüyə düşməsi və kooperativə məxsus torpaq sahəsinin boşaldılması barədə cavabdehlərin rəsmi qaydada 2014-cü ildən xəbərləri var idi. Belə olduğu halda onlar qarşılıqlı iddia ərizəsini vaxtında verə bilərdilər və ya kassasiya şikayətinin verilmə müddətini buraxmazdılar. Xəbərdarlıqlara məhəl qoymayaraq İddiaçı2B və İddiaçı1 A. Suraxanı rayon İcra Şöbəsinin tələblərini icra etməkdən 2015-ci ildən başlayaraq bugünə kimi yayınırlar və icra hərəkətlərin həyata keçirilməsinə maneələr törətməkdə davam edirlər. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/20, xx.xx.2020-ci il tarixli qərarla Cavabdeh1 ÇKMnin istifadəsində olan torpaq sahəsini hasarlanmasına maneəçilik törədən hərəkətlərdən çəkindirmək vəzifəsi Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə həmin işlərin görülməsini başlanan kimi cavabdehlər 18-20 aprel 2023-cü il tarixlərdə işi aparan işçiləri təhqir etməklə və hasarın profnastil örtüklərini zədələməklə həmin işlərin aparılmasına maneələr törətmiş, məhkəmə qərarının icrası və ərazinin hasarlanma islərinin aparılması müvəqqəti olaraq dayandırılmışdır.(Qoşma 10). Nəticədə, kooperativin ərazisinə kənar şəxslərin gəlib getməsi, söküntüyə düşən evdə qalması və kooperativin ərazisində qanunsuz tikinti işlərin aparılmasına şərait yaradılmışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin və İnzibati Məhkəmənin icra sənədlərinin icra olunmasına, eyni zamanda Cavabdeh1 ÇKM-nə sahibkarlıq fəaliyyətinin göstərilməsinə cavabdehlərin pozucu hərəkətləri bu günə kimi maneələr törətməkdədir. Bu da kooperativin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hərtərəfli maneə törətməklə kooperativə küllü miqdarda maddi ziyan vurmaqdadır. Belə olduğu halda hesab edirlər ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 ÇKM-nə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbi əsassızdır və qanuna ziddir. İddiadan asılı olmadan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsindədir və icra olunmalıdır. Uydurma əsaslarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasına maneələr törədilməsi cavabdehləri inzibati və cinayət məsuliyyətə cəlb etməsinə əsas yaradır. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi və görülən qanunsuz hərəkətlərin nəticəsində iddiaçı Cavabdeh1 ÇKM-nə 48900 manat məbləğində vurulmuş maddi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə1 sonradan ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin xahiş hissəsində texniki yanlışlığa yol verildiyini, bu səbəbdən qarşılıqlı iddia ərizəsinin xahiş hissəsini aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir:

1. İlkin iddia ərizəsi üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi,

2. Cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən görülən qanunsuz hərəkətlər nəticəsində iddiaçı Cavabdeh1 ÇKM-nə 48900 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə etməklə, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı hüquqi şəxs olduğu üçün onun iddia müddətinin bərpa edilməsinə dair ərizə vermək kimi hüququ yoxdur. Hüquqi şəxs olaraq onun təsisçiləri və direktoru var. Hesab edir ki, hazırkı qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 ÇKM-nin adından 48900 manat dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırılması tam absurddur və iddia ərizəsi iddia müddəti bitdikdən sonra verildiyi üçün təmin olunmamalıdır. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə2 ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə Cavabdeh2 ilkin iddia tələbini qəbul etməməklə yanaşı, ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 cavabdehlər X21, İddiaçı2 və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı yaşayış hüququnun itirilməsi və torpaq sahəsindən çıxarılma tələbi təmin edilmiş, X33, İddiaçı2 ailə üzvləri ilə birlikdə Cavabdeh1 kişik müəssisəsinin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 632/2008 saylı 18 mart 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X10 cavabdehlər X21 və başqalarına qarşı torpaq sahəsindən çıxarılmaya dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5651/2014 saylı 01 oktyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X9, X13 hüquqi varisi X29, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40, X37 və X22 tərəfindən birgə verilmiş, cavabdeh X30 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-52/2014 saylı mülki iş üzrə qəbul etdiyi 02 may 2014-cü il tarixli qətnamə ləğv edilmiş, iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən edilmiş, X5 ilə X34 arasında 26 yanvar 2008-ci ildə bağlanmış “Torpaqdan müvəqqəti istifadə hüququnun alqı-satqısı” na dair AN- İ seriyalı ******* nömrəli müqavilə, X5 ilə X9 arasında 26 yanvar 2008-ci ildə bağlanmış “Torpaqdan müvəqqəti istifadə hüququnun alqı-satqısı” na dair AN-İ seriyalı ******* nömrəli müqavilə, X5 ilə X31 arasında 28 yanvar 2008-ci ildə bağlanmış “Torpaqdan müvəqqəti istifadə hüququnun alqı-satqısı” na dair AN-İ seriyalı ******* nömrəli müqavilə, X5 ilə X32 arasında 28 yanvar 2008-ci ildə bağlanmış "Torpağın müvəqqəti istifadə hüquqlarının bağışlanması” na dair müqavilə, X5 ilə X30 arasında 07 avqust 2008-ci ildə bağlanmış “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” müqavilələrin etibarsız hesab edilməsi, Abşeron rayonu, 1 nömrəli X19 ərazisində yerləşən iddiaçı Cavabdeh1 çoxsahəli kişik müəssəsinə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0 m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20,0 m x17,0 m ölçülü yarımtikili 1 ədəd sahəsi 9,0 kv.m (3,0 m x 3,0 m) olan mişar daşından inşa edilmiş yarımçıq tikililərin sökülməsi və torpa sahəsinin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru Nicat Vəlizadə tərəfindən İddiaçı1 ünvanlanmış 28 aprel 2023-cü il tarixli 18/66845/19-19 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı 01 oktyabr 2014-cü il tarixli qərarı üzrə İddiaçı1 icra sənədində göstərilən tələbi tam şəkildə təmin edərək, xx.xx.2023-cü il tarixdə saat 11:00-da şəxsiyyəti təsdiq edən sənədlə Suraxanı Rayon İcra şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi X27 Telefon Qovşağı tərəfindən verilmiş AHŞ-3/441 nömrəli arayışın surətindən görünür ki, Yeni Suraxanı qəsəbəsi Dəmiryolunun aşağı hissəsində fəaliyyət göstərən ***-**-** saylı telefon xx.xx.2005-ci il tarixdən abunəçi İddiaçı1 adına işləyir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-95/2017 nömrəli qərarı əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan 20 iyul 2009-cu il tarixli Suraxanı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfaı şöbəsinin müdiri F.Abdullayev, şöbənin aparıcı məsləhətçisi Z.Əhmədov, RİHB-nin Yeni Suraxanı qəsəbə nümayəndəsi V.Daniyevin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhər Suraxanı (keçmiş Orconikidze) rayon X28 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 6№-li və xx.xx.1989-cu il tarixli 7№-li qərarları ilə Cavabdeh1 (“Məhsuldarlıq” kooperativi) X16 ayrılmış 0,5 ha + 0,5 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi tərəfindən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 ünvanlanmış 01 mart 2016-cı il tarixli məktubun surətindən görünür ki, Yeni ünvan 5 ünvanında İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşadıqlarına görə AR İXM-nin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 6 ünvanlanmış fiziki şəxsin adına daşınmaz əmlakın olub-olmaması barədə xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı2 adına Abşeron rayonu, 1 X24 sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə icarə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda icarəsindədir, Abşeron rayonu, 1 X24 sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə icarı hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda icarəsindədir, Abşeron rayonu, 1 X24 sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə icarə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda icarəsindədir, Tovuz rayonu, Hunanlar kəndində 0.34 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0020 nömrəli xx.xx.1988-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir, Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0.12 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-251A nömrəli xx.xx.2022-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin məktubdan görünür ki, İddiaçı1 adına Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0.34 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0020 nömrəli xx.xx.1988-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0.12 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-251A nömrəli xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 4 saylı Vəkil Bürosuna ünvanlanmış 11 iyul 2023-cü i tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2007-ci il tarixdən hazıradək Tovuz rayonu, Yanıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxs qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti 5 il bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İddiaçı1 AZE-13063878 nömrəli şəxsiyyət vəsiqəsini xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən vaxtı bitmiş səbəbi ilə AA******* nömrə ilə yeni şəxsiyyət vəsiqəsinə dəyişdirmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-282/2007 saylı 23 noyabr 2007-ci il tarixli hökmündən görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 320.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü madələri təqsirli bilinərək, CM-nin 320.2-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X7 3600 manat alınaraq İddiaçı2 ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən İddiaçı2 ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-282/2007 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, X20 tərəfindən İddiaçı2 hal-hazırda ödəniş edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli OK 10- 26/23 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə çəkilmiş xərcin dəyəri 16078,76 manat təşkil edir. İş materiallarında olan Suraxanı rayon icra şöbəsi əməkdaşları Əkrəm Əliyev, Bakir Həsənov, Rövşən Əliyev, Anar Qurbanov, İlqar Muxtarov, iş üzrə tələbkar Cavabdeh1 Çoxsahəli kişik müəssisəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə1, hal şahidləri X17 həyəti sökülən X35 və X38 tərəfindən tərtib edilmiş 30 sentyabr 2015-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra sənədində göstərilən Bakı şəhəri, ünvan 9 ünvanda olmuş və tərəflərindən aparılmış icra hərəkətləri nəticəsində qanunsuz aparılan tikililərin hasarları sökülmüş, həmin ərazidə yerləşən evlərdə yaşayan sakinlər evdə olmadıqları üçün evlərin sökülməsi təxirə salınmışdır. İcra tədbirləri zamanı heç bir hadisə baş verməmiş, Suraxanı RPİ-nin 31-ci PB-nə icra hərəkətlərinin həyata keçirildiyi yer və vaxt barədə rəsmi məlumat verilsə belə heç bir səlahiyyətli polis əməkdaşı icra prosesində iştirak etməmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı2 2003-cü ilin may ayında ev tikdirmək üçün torpaq axtarışı nəticəsində Bakı şəhərində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini X20 ilə tanış olmuş və Cavabdeh2 İddiaçı2 saxta sənədlər göstərməklə guya ki, özünün təsisçisi olduğu "xxxx" çoxsaylı kiçik müəssisəsinə məxsus 0.06 ha torpaq sahəsini 4000 ABŞ dollarına (o vaxtki məzənnə ilə 3600 manata) satmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ilə İddiaçı2 ailə üzvləri ilə birlikdə "xxxx" kiçik müəssisəsinin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ləğv edilmişdir. Həmçinin İddiaçı2 və digər aldadılmış vətəndaşların müraciətləri əsasında "xxxx" kiçik müəssisəsinin təsisçisi X20 barəsində AR CM-nin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1- 282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X20 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X7 İddiaçı2 cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü cəza hissəsində tam icra olunmuş, lakin X20 azadlığa çıxandan sonra da iddiaçıya olan borcunu geri qaytarmamışdır. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilmiş, Abşeron rayonu, 1 X24 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarım tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Hazırda iddiaçılar xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən göndərilən xx.xx.2023-cü il tarixli 18/66845/19-19 saylı xəbərdarlıq məktubunu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə getdiklərində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tanış olduqlarını bildirərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyatyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclənən 15000 manat pulun Cavabdeh1ndən alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi və qeyd olunan pul məbləğinin verilməsi ilə qeyd edilmiş qətnamə ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin sökülməsinin eyni vaxtda icra olunması xahuiş edirlər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Tovuz rayonunun Girzan kəndində yerləşən torpaq sahələri və evləri olduğu halda, Cavabdeh1 tərəfindən verilmiş şikayətlərə əsasən Suraxanı Rayon Polis İdarəsi və Suraxanı Rayon Prokurorluğu tərəfindən 2006-cı, 2007-ci, 2016-cı illərdə araşdırmalar aparılmış, məhkəmə qərarı ilə söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşadıqları müəyyən edilmiş və Suraxanı Rayon Polis İdarəsinin 31- ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 2 ünvanda qeydiyyatsız yaşadıqlarına görə AR İXM-nin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Buna baxmayaraq iddiaçılar həmin evdə qeydiyyatsız yaşamağa davam etmiş və evin təmirinə müəyyən vəsaitlər xərcləmişdirlər. Hazırda iddiaçılar ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyətyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədikləri 16078.76 manat pulun Cavabdeh1ndən və Cavabdeh1 ÇKM-nin təsisçisi, xx.xx.1955-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, pulun verilməsi ilə İddiaçı1 və İddiaçı2 evdən çıxarılmasının eyni vaxt icra olunmasını xahiş edirlər. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 İddiaçı2 və İddiaçı1 tərəfindən görülən qanunsuz hərəkətlər nəticəsində iddiaçı Cavabdeh1 ÇKM-nə 48900 manat məbləğində vurulmuş maddi ziyanın tutulmasını və İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.[232] 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçılar Cavabdeh1nə məxsus torpaq sahəsində olan tikilidə qanunsuz və qeydiyyatsız yaşamaqla, həmin tikiliyə dair hər hansı hüquqları olmadıqları – vicdansız sahib olduqları halda tikilinin təmirinə xərclədikləri pul vəsaitlərini tələb etməkdə haqsız olduqları üçün ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılmalıdır. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilir ki, Suraxanı Rayon Polis İdarəsinin 31- ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 10 ünvanda qeydiyyatsız yaşadıqlarına görə AR İXM-nin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Bu haqda Cavabdeh1 yanvar 2016-cı il tarixli ərizəsinə 01 mart 2016-cı il tarixli, 098-2001-1216 saylı Suraxanı RPİ 31-ci Polis Bölməsinin məktubu ilə məlumat verilmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində 2005-ci ildən bu günə kimi kooperativin ofis evində cavabdehlərin yaşamasını aylıq 100 manat icarə haqqı hesablamaqla onların Cavabdeh1 ÇKM-nə 17 il ərzində təkcə icarə borcun 20.400 manat məbləğində pul vəsaiti təşkil etdiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, ən azı 2016-cı ilin yanvar ayından iddiaçıların mübahisəli tikilidə qeydiyyatsız yaşamaqları barədə məlumatlı olduqları təsdiq edildiyindən həmin tarixdən başlayaraq, aylıq 100 manat icarə haqqı hesablamaqla (8il x 12 ay x100 manat = 9600 manat icarə borcunun tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Bununla yanaşı məhkəmə qarşılıqlı iddia tələbinin su ambarı, hasarın dəmirləri, ambar sahəsinin sökülərək oğurlanması nəticəsində kooperativə orta rəqəmlə ümumi 23000 manat məbləğində maddi zərərin vurulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbində su ambarı, hasarın dəmirləri, ambar sahəsinin sökülərək oğurlanması nəticəsində maddi zərərin tutulması tələb edilsə də, İddiaçı1 və İddiaçı2 barəsində həmin əşyaların oğurlanması faktını təsdiq edən qüvvədə olan hökm olmadığına görə qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılsınlar. Qarşılıqlı iddia tələbi cavabdehlər İddiaçı2 və İddiaçı1 9600 manat müştərək qaydada tutularaq, iddiaçı Cavabdeh1nə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar