Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-600/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı cavabdehdən 300.31 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə, 330.31 manat məbləğində pul vəsaitinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı bildirmişdir ki, iş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 077113 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətə İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə aid sığorta aktından görünür ki, "xxxx" MMC-yə məxsus olan “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası (kasko) sığorta növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 3890 nömrəli zərər aktına əsasən, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 300.31 AZN (üç yüz manat otuz bir qəpik) məbləğində zərər dəymişdir. "xxxx" ASC dəymiş zərərə uyğun olaraq xx.xx.2019-cu il tarixli No 001XOH********** saylı ödəniş qəbzinə əsasən, 300.31 AZN (üç yüz manat otuz bir qəpik) sığorta ödənişini Baku Bus MMC-yə ödəmişdir. Daha sonra isə "xxxx" ASC Subroqasiya qaydasında zərərvuranın icbari sığortaçısı olan iddiaçı "xxxx" ASC-dən 02.2019-cu il tarixli məktubla bu məbləği geri tələb etmiş, iddiaçı isə 12500 saylı xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 300.31 manat ödənişi Paşa Sığorta Şirkəti ASCyə qaytarmışdır. Həmçinin bildirmişlər ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli Nizami DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin mülki işin materiallarına əlavə edilmiş digər polis sənədlərindən: zərərçəkmiş şəxsin izahatı, forma 4 arayışı da bunu təsdiq edir. İnzibati tənbehvermə haqqında qərarın üst hissəsində cavabdeh protokolla razı olduğunu və cəriməni ödəyəcəyini bildirərək imza atmışdır. Cavabdeh ilə dəfələrlə həm pretenziya, həm də şifahi şəkildə əlaqə yaradılsa da, 2020-ci ildən bu günə qədər heç bir ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, iş materiallarına əlavə edilmiş sübutlarla zərərin mövcudluğu, zərərin məhz həmin hadisənin nəticəsində yaranması, Cavabdeh təqsirli bilinməsi, zərərçəkənə dəymiş zərərlə bağlı sığorta ödənişinin edilməsi öz təsdiqini tapır. Ona görə də 300.31 AZN (üç yüz manat otuz bir qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ilə müraciət edərək bildirmişlər ki, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcək, iddianı müdafiə edir, iddianın təmin olması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə baş verən zaman “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmış və onun barəsində xx.xx.2019cu il tarixli, İXP2732177 saylı İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən sığortlanmış “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 300.31 manat məbləğində maddi ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Daha sonra "xxxx" ASC-nin ödədiyi 300.31 manat məbləğində pul vəsaiti “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalandığı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ona geri ödənilmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən, cavabdeh hadisə yerindən yayındığından və "xxxx" MMC-nin istifadəsində olan avtomobilə dəymiş ziyan iddiaçı “"xxxx" ASC tərəfindən aradan qaldırıldığından, İddiaçı Sığorta Şirkəti ASC isə dəymiş maddi ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 300.31 manat məbləğində pul vəsaitini ona geri ödədiyindən İddiaçı Sığorta Şirkəti ASCnin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməli, 300,31 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 300.31 (üç yüz manat otuz bir qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsait tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-600/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-600/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver