Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6018/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 20000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 156 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Həmçinin, iddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə onun tərəfindən verilmiş sorğuya cavab hələ də gəlmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin ərizəsinə münasibətdə bildirir ki, ərizədə qeyd olunan hal məhkəmə iclasının təxirə salınması üçün əsas ola bilməz. Belə ki, iddiaçının vəkili və nümayəndəsi sorğuya cavabın təqdim edilməsi üçün məhkəmə baxış iclasının təxirə salnmasını xahiş etsə də, sorğua cavab məhkəmə baxışı gedişində də təqdim edilə bilərdi. Lakin buna baxmayaraq iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilən hal isə iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında iştirak etməsinə maneə deyildi. Digər bir tərəfdən iş üzrə 4 dəfə məhkəmə iclası keçirilsə də, iddiaçının vəkili və nümayəndəsı yalnız bir iclasda iştirak etmişdir. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-6018/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6018/2023
02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver