Məhkəmə qərarları › İş №e-2(011)-615/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-615/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-615/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzil (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzil xx.xx.2024-cü il tarixdə iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. AR İN yanında ƏMDX DƏDK və reyestri X6 tərəfindən verilmiş ********** saylı xx.xx.2024cü il tarixli nömrəli Çıxarışa əsasən tam payda iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının övladları və nəvələridir. Cavabdeh4 ailə qurduqdan sonra sözügedən mənzili tərk edərək ərinə məxsus evə gəlin köçmüşdür. Lakin pasport qeydiyyatından çıxmamışdır. Sonradan övladları xx.xx.2003-cü il tarixli Cavabdeh2 və xx.xx.1998-ci il tarixli Cavabdeh5 Bəhərm oğlu qanunverciliyə uyğun olaraq analarının qeydiyyatı üzrə iddiaçının evinə qeydiyyata düşmüşlər. Belə ki, heç vaxt iddiaçının evində yaşamamışlar, onlara aid heç bir əşya da həmin evdə yoxdur. Qeydiyyatları formal xarakter daşıyır. Bundan başqa iddiaçının digər övladı olan Cavabdeh1 da ailə həyatı qurarkən gəlin köçərək evi tərk edib getmişdir. Sadəcə onlara məxsus ev sənədsiz olduğundan mübahisəli mənzildə qeydiyyatdan çıxmamışlar. xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3, və xx.xx.2010-cu il tıəvəllüdlü X3 da iddiaçının mənzilinə qeydiyyata düşmüşlər. Lakin sonradan Cavabdeh1 ailəsi ilə birgə Bakı şəhəri, Biləcəri qəsəbəsində kirayədə yaşamağa başlamışdır. İddiaçının oğlu və yoldaşı rəhmətə getdikdən sonra qızına kömək məqsədi ilə İddiaçı onlara onunla müvəqqəti yaşamağı təklif etmişdir. Bir müddət Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçının mənzilində yaşamışdır. Yoldaşının ölümündən sonra mənzillərini kirayə verərək iddiaçının evində yaşamağa davam etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 və övladları iddiaçıya qarşı təhqirlər edir, aralarında tez-tez münaqişələr olur. Onun dinc həyatını cəhənnəmə çevirmişlər. Belə ki, Cavabdeh1 övladları iddiaçının nəvələri olsalar da onlar özlərindən yaşca böyük olan nənələrinə qarşı hörmətsizlik edir, üzərinə qışqıraraq onu təhqir edirlər. 2024-cü ilin may ayından bucürə özbaşına hərəkətləri ucbatından iddiaçı öz mənzilindən çıxıb getmişdir. Göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mənzildən uzun illərdir özbaşına istifadə etdiklərindən o öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı dəfələrlə Cavabdeh1 mənzildən çıxmağı, kirayə verdiyi evlərdən birində yaşamağı ona bildirsə də, heç bir nəticəsi olmamış, o evi tərk etməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi, həmçinin Cavabdeh6, X3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi öz evində ona hörmət olunmaması, təhqir edilməsidir. Bu məsələ ilə bağlı iddiaçı polisə müraciət etməmişdir. İddiaçı may ayının 2-dən kəndə köçmüşdür. Mənzildə yaşayanlar iddiaçının öz qızı və nəvələridir. İddiaçı pensiyaçıdır, 400 manat pensiya alır. Floranın özünün evi olmuşdur, əri maşın alverinə görə evi satmış və kirayə çıxmışlar. İddiaçının oğlu və yoldaşı rəhmətə getmişdir. 2010-cu ildə yoldaşı rəhmətə getdikdən sonra iddiaçı qızı Floraya onunla yaşamağını təklif etmişdir. Cavabdeh1 onun pulunu mənimsəyir, 19000 manat və 8000 manat pulunu almış, geri ödəməmişdir. Floranın əri iddiaçının evini banka girov qoyub, kredit götürmüş, taksi şirkəti yaratmışdır. Onların Masazırda 2 evi var. İddiaçı ilə yaşadıqdan sonra kommunal xərclərini Flora ödəmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrıayrılıqda iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı həmin evdə 1989-cu ildən ailə üzvü kimi yaşamış və 1990-cı ildən pasport qeydiyyatına alınmışdır. Həmin gündən hazırkı günədək orada yaşayır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xərai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüffat Birliyinin 6 saylı MKİS-nin verdiyi arayışdan göründüyü kimi, qeydiyyatda iddiaçı həmin mənzildə 1990-cı ildən, övladları isə 2009-və 2012-ci illərdə qeydiyyatda olmaqla, orada yaşamışlar. İddiaçının həmin mənzildə 1989-cu ildən mübahisəli mənzildə yaşamaları qonşuların aktı ilədə təsdiq edilir. Həmçinin iddiaçı qeyd etmişdir ki, həmin mənzilin təmir edilməsində yaxından iştirak etmiş və mənzildə olan əşyalar isə hamısı ona məxsusdur. Hazırda həmin evdə 35 ildir ki, yaşayır. Həmin ünvanda məişət tullantılarının daşınması üçün və kommunal xidmətlərlə bağlı ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Ailənin bir üzvü kimi həmin mənzildən istifadə etmişdir. Övladları həmin ərazidə yerləşən poliknikada qeydiyyatdadır, həmin ərazidə yerləşən məktəbə getmişlər. İddiaçı eyni zamanda bildirir ki, anasının evdən qovulması və ona qarşı təhqir və digər hərəkətlərin edilməsi yalandır. Bunu təsdiq edəcək heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Anası həmin evdə qalmamış və həmişə rayonda olmuşdur. Hazırda onun belə bir iddia ilə məhkəməyə müraciət etməsi də onun fikri deyildir. Çünki anası hazırda xəstəlikdən əziyyət çəkir, bu iddianın da qaldırılması digər şəxslərin işidir. Belə ki, anası ilə münasibətləri həmişə yaxşı olmuş, evdə olarkən onun qulluğunda iddiaçı dayanmış və ona baxmışdır. Hətta notarial qaydada vəsiyyətnamə verərək, mənzili ona bağışlamışdır. Ona görə də anasının birdən ona qarşı aqressiyasını başa düşə bilmir və yan təsirlərin olduğunu düşünür. Cavabdeh1 həmçinin izahatında qeyd etmişdir ki, 1999-cu ildə ailə həyatı qurmuşdur. Yoldaşı əvvəl maşın ustası olmuş, sonradan bizneslə məşğul olmuşdur. Onların ayrıca evləri olmuş, yoldaşı işə görə evi satmış və kirayə yaşamışlar. Anasının yanına köçəndə cavabdehin böyük oğlunun 8 yaşı olmuşdur. Cavabdeh bildirmişdir ki, onlar 3 bacı, 1 qardaş olmuşlar. Qardaşı narkomaniyadan əziyyət çəkmiş, sonradan rəhmətə getmişdir. Qardaşının müalicəsi ilə bağlı xərcləri onun yoldaşı qarşılamış, hər zaman cavabdehin ailəsinə dəstək olmuşdur. 2010-cu ildə atası rəhmətə getmiş, ondan 1 il qabaq balaca bacısı evdə olmuş, bacısını qonşu evə görə qaçırmışdır. Cavabdehin anası İddiaçı həmin qızını danışdırmamışdır. Cavabdehin yoldaşı Ayna Sultanovada yeləşən evlərini kirayə vermiş, cavabdeh ailəsi ilə birlikdə qayınanasıgildə yaşamışlar. Cavabdehin atası rəhmətə gedəndən sonra iddiaçı ona birlikdə yaşamaqlarını bildirmişdir. Həmin vaxt onun yoldaşı əslində buna razı olmamış, lakin iddiaçının təkidlərinə görə 2010-cu ildən cavabdeh və ailəsi mübahisə predmeti olan mənzilə köçmüşdür. İddiaçı 2012-ci ilədək uşaq bağçasında işləmiş, sonralar səhhətində problemlər yaranmış, ürəyini anju etmişlər, əməliyyatlar olunmuş, onda 2012-ci ildən 4-cü dərəcə xərçəng xəstəliyi yaranmışdır, kimya terapiya qəbul etmişdir. Bunlar olan zaman Cavabdeh1 iddiaçının yanında olmuş, ona qulluq etmişdir, bacılarının heç biri gəlməmişdir. İddiaçının bu günədək sağlam yaşamasına səbəb ona yaxşı qulluq edilməsi, müalicəsinin vaxtında edilməsi ilə əlaqəlidir. İddiaçı hər zaman yayda Goranboy rayonuna gedib gəlmişdir. Goranboyda cavabdehin atasından qalan evi var. Cavabdeh onu 2016-cı ildən təmir etmiş, 24000 manata yaxın pul xərcləmişdir. 2020-ci ildə cavabdehin yoldaşı rəhmətə getmiş, ona qədər yaxşı yaşamışlar. İddiaçı 2023-cü ilin dekabr ayının 24-dən Bakıya gəlmişdir. İddiaçı 11 iyunda cavabdehə yazmış və onu məhkəməyə verəcəyini bildirmişdir. Məhkəmə, tərəflərin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzil (Yeni qaydalarla: AZ 1129, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 fevral 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS-i tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 314 saylı arayışdan görünür ki, Cavabdeh1 Əhiyəddin qızı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə 26 iyun 1990-cı ildən pasport qeydiyyatına düşüb, oğlu Cavabdeh6 2000-ci ildə, oğlu Cavabdeh3 2004-cü ildən, oğlu X3 2010-cu ildən qeydiyyata düşmüşdür. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi 287 saylı “Zəkalar liseyi” tərəfindən X2 verilmiş 260 nömrəli, 28 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən 2016-cı il tarixində 287 №-li Zəkalar lieyinin İ sinfinə daxil olmuş və hazırda təhsilini həmin liseyin İX sinfində davam etdirir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış 08 yanvar 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə yaşayan həmin vəsiyyətnamə ilə harada yerləşdiyindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə yaşayan qızı Cavabdeh1 vəsiyyət etmişdir. (Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş) İş materiallarında olan İradə Hacıyeva, Gülənlər Quliyeva, Ehtiram Quliyev, Miryusif Quliyev, Şəlalə Şirəliyeva və Hacıqulu Nuriyev tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 qonşuları öz imzaları ilə təsdiq etmişlər ki, həqiqətən Cavabdeh1 uzun müddətdir ki, tanıyırlar, o, 1989-cu ildən indiyədək ünvan 2 ünvanında yaşamış və həmin mənzildən istifadə etmişdir və hazırda isə övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. İş materiallarında olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 avqust 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, X3, X4, Cavabdeh4, X1, Cavabdeh5 qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Beləliklə, tərəflərin izahatlarından və mülki işdə olan sübutlarlan müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzil İddiaçı məxsusdur və xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 28 fevral 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, X3, X4, Cavabdeh4, X1, Cavabdeh5 qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər iddiaçının övladları və nəvələridir. Cavabdehlərdən Cavabdeh4 ailə qurduqdan sonra həmin mənzildən köçmüşdür, həmin vaxtdan həmin mənzildə yaşamır, onun övladları X4 və Cavabdeh5 mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Məhkəmə iddia tələblərinin “cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsini araşdıraraq hesab edir ki, Cavabdeh4 mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, o, artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından, Cavabdeh2, Cavabdeh5 mübahisəli mənzildə heç vaxt yaşamadığından, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə eyni zamanda iddia tələblərinin “Cavabdeh6, X3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə təsdiq olunan hal iddiaçının övladı Cavabdeh1 övladları ilə birlikdə 2010-cu ildən (iddiaçının ərinin vəfatından sonra) mübahisəli mənzildə yaşaması və mənzilə dair xərcləri (kommunal və sair) çəkməsindən ibarətdir. İddiaçı hazırda həmin cavabdehlərlə şəxsi münasibətlərinin yaxşı olmaması səbəbindən onların istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmaları tələbi ilə məhkəmə müraciət etmişdir. Hal-hazırda İddiaçı Cavabdeh1 və onun övladlarının mübahisəli mənzildən istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli yaşayış sahəsinə istifadə hüququna malik olan şəxs olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzil (Yeni qaydalarla: AZ 1129, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar