Məhkəmə qərarları › İş №e-2(011)-6160/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6160/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6160/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behdudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V nömrəli evin 82 nömrəli mənzilindən xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrdə faktiki istifadəyə görə 19200 manat haqqın və hazırkı iddianın verilməsinə görə ödənilmiş 159 AZN dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V nömrəli evin 82 nömrəli mənzilindən xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrdə faktiki istifadəyə görə 19200 manat haqqın alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci ildə reyestrdə 4Ə-196 № ilə qeyd olunmaqla təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, ünvan 3, mənzil 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili İddiaçı satıb və mənzilin satış qiyməti notariusun bankda olan depozit hesabı vasitəsilə cavabdehə ödənilib. İddiaçının mənzilə mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınıb və mənzil hazırda iddiaçının mülkiyyətindədir. AR MM-in 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə görə satıcı (cavabdeh) mənzili xx.xx.2022-ci ilədək alıcının (iddiaçının) faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı cavabdehə qarşı əmlakın qanunsuz sahiblikdən alınması (mənzildən çıxarılma) tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib və həmin məhkəməninin xx.xx.2024-cü il tarixli e-2(001)-224/2024 №-li qətnaməsi ilə iddia təmin olunaraq cavabdehin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət olunub. Qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü ildə icra vərəqəsi verilərək icraya yönəldilib və cavabdehin özünün də iştirakı ilə xx.xx.2024-cü ildə icra olunub, mənzil iddiaçıya təhvil verilib. Mənzilin iddiaçıya təhvil verilməsi üçün müqavilə ilə təyin olunmuş vaxt xx.xx.2022-ci ildə başa çatsa da, cavabdeh mənzili iddiaçının sahibliyinə vaxtında verməyib və yalnız xx.xx.2024-cü ildə icra məmuru tərəfindən mənzildən çıxarılana qədər 2 il 12 gün müddətində hüquqi əsas olmadan mənzildə yaşamaqla ondan qanunsuz istifadə edib. AR MM-in 146.1, 146.2 və 178.1-ci maddələrinə əsasən iddiaçının alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edildiyi andan (xx.xx.2022) mənzilə sahiblik və istifadə hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan (xx.xx.2022) isə mülkiyyət hüququ yaranıb. Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək mənzildə qanunsuz yaşamaqla iddiaçının həmin mənzilə mülkiyyət hüququnun həyata keçirilməsinə mane olub, onun həmin mənzili icarəyə verib gəlir götürmək hüququndan məhrum edib, 2 il 12 gün müddətində hüquqi əsas olmadan iddiaçının mənzilindən özü və ailəsinin yaşaması üçün əvəz ödəmədən faktiki istifadə edib. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X6 və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2, mənzil 82 (Yeni qaydalarla: AZ1106, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145 kv/m olan mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 11-ci maddəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinədək İddiaçı faktiki sahibliyinə verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 16-cı maddəsindən görünü ki, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 82 saylı mənzil (Yeni qaydalarla: AZ1106, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-224/2024 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024- cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzili boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3898/2024 saylı qərardadından görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 224/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X2 məhkəmənin 2(001)- 224/2024 saylı işi üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin edilməmiş və onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzildə Cavabdeh məxsus olan əmlaklar siyahıya alınaraq İddiaçı səlahiyyətli nümayəndəsi olan X1 verilmiş və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzili X6 xx.xx.2024-cü ildə təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 104/Mİ/24 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzilin aylıq kirayə haqqı 2022-ci ilin may ayı üçün 650 AZN, iyun ayı üçün 650 AZN, iyul ayı üçün 650 AZN, avqust ayı üçün 650 AZN, sentyabr ayı üçün 700 AZN, oktyabr ayı üçün 700 AZN, noyabr ayı üçün 700 AZN, dekabr ayı üçün 700 AZN, 2023-cü ilin yanvar ayı üçün 700 AZN, fevral ayı üçün 800 AZN, mart ayı üçün 800 AZN, aprel ayı üçün 800 AZN, may ayı üçün 800 AZN, iyun ayı üçün 700 AZN, iyul ayı üçün 700 AZN, avqust ayı üçün 700 AZN, sentyabr ayı üçün 900 AZN, oktyabr ayı üçün 900 AZN, noyabr ayı üçün 900 AZN, dekabr ayı üçün 900 AZN, 2024-cü ilin yanvar ayı üçün 1100 AZN, fevral ayı üçün 1100 AZN, mart ayı üçün 1100 AZN, aprel ayı üçün 1100 AZN, may ayı üçün 1100 AZN qiymətləndirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-törətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək, əmlakın dəyərini satıcıya ödəməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və adıçəkilən mənzildən çıxmamışdır. Nəticə olaraq İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024- cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzili boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan iltizam və aktdan müəyyən edilir ki, iddiaçı tərəf Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzili xx.xx.2024-cü il tarixində təhvil almış və cavabdehə məxsus əşyaları saxlanca qəbul etmişdir. Cavabdeh alqı-satqı müqaviləsində şərtləşdirilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzildə yaşaması və əşyalarının həmin mənzildə olması mülki işin mübahisəsiz halıdır. Həmçinin mənzildən faktiki istifadə etdiyi üçün Cavabdeh mülkiyyətçi İddiaçı hər hansı haqq verdiyi də müəyyən edilmir. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək öz əmlakından məhrum olmuşdur. Odur ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının əmlakından məhrum olması nəticəsində dəymiş ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və rəydə mübahisəli mənzilin aylıq kirayə haqqı 2022-ci ilin may ayı üçün 650 AZN, iyun ayı üçün 650 AZN, iyul ayı üçün 650 AZN, avqust ayı üçün 650 AZN, sentyabr ayı üçün 700 AZN, oktyabr ayı üçün 700 AZN, noyabr ayı üçün 700 AZN, dekabr ayı üçün 700 AZN, 2023-cü ilin yanvar ayı üçün 700 AZN, fevral ayı üçün 800 AZN, mart ayı üçün 800 AZN, aprel ayı üçün 800 AZN, may ayı üçün 800 AZN, iyun ayı üçün 700 AZN, iyul ayı üçün 700 AZN, avqust ayı üçün 700 AZN, sentyabr ayı üçün 900 AZN, oktyabr ayı üçün 900 AZN, noyabr ayı üçün 900 AZN, dekabr ayı üçün 900 AZN, 2024-cü ilin yanvar ayı üçün 1100 AZN, fevral ayı üçün 1100 AZN, mart ayı üçün 1100 AZN, aprel ayı üçün 1100 AZN, may ayı üçün 1100 AZN olmaqla, ümumilikdə isə 20.500 manat qiymətləndirilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğ mütəxəssis rəyində qeyd edilmiş məbləği ehtiva etdiyindən iddia tələbi təmin edilməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, Cavabdeh 19200 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 19 200 (on doqquz min iki yüz) manat dəymiş ziyan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar