Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6271/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500,00(altı min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 85,00 (səksən beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, hadisə zamanı nəqliyyat vasitəsinin mülkiyyətçi olan Cavabdeh1 ** LN *** DQN nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh3 xx.xx.2023-cü il tarixindən 1 il 3 ay müddətinə yəni xx.xx.2024 il saat 23:59-dək vermişdir. Qeyd olunanlara əsasən hesab edirik ki iş üzrə cavabdehin artırılmasına ehtiyac vardır, Cavabdeh1, Cavabdeh3 (xx.xx.1983 Ünvanı: BAKİ ŞƏHƏRİ, XƏTAİ RAYONU K.ƏHMƏDOV KÜÇ.1127,EV.3A,M.27) və Cavabdeh2 müştərək qaydada 6500,00 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 85,00 (səksən beş) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, saat 12:50-də Bakı şəhərində Cavabdeh1 məxsus olan və Şirkətimiz tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Audi Q7 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş nəticədə “Mercedes Benz E240 minik” markalı,**-EN-*** dövlt qeydiyyat nişanlı və “Mercedes Benz C180 minik” markalı,**-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymiş, sonuncu nəqliyyat vasitəsinin sürücüsü X13 isə sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarəti almışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(010)-128/2024 saylı hökmə əsasən, hadisə zamanı Cavabdeh2 avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki “Mercedes Benz E240 minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1850,00 (bir min səkkiz yüz əlli) manat, “Mercedes Benz C180 minik” markalı,**-SP-***dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddizərər 3200,00 (üç min iki yüz) manat təşkiledir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000,00 ( beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA155057/22 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz E240 minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1831,68 (bir min səkkiz yüz otuz bir manat, altmış səkkiz qəpik) manat, PXA155056/22 saylı sığorta aktı üzrə “Mercedes Benz C180 minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 3168,32 (üç min bir yüz altmış səkkiz manat, otuz iki qəpik) manat, PXA158277/22 saylı sığorta aktı üzrə isə X1 dəymiş zərər görə isə 1500,00 (bir min beş yüz) manatməbləğində sığorta ödənişi həyata keçirilmişdir. (ümumilikdə 6500,00(altı min beş yüz) manat). Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, Cavabdeh1 maşının mülkiyyətçisidir, onun hər hansı qanunsuz hərəkəti yoxdur, o maşını etibarnamə ilə Cavabdeh3 verib, Cavabdeh3 da maşını sürücülük vəsiqəsi olmayan Cavabdeh2 verib. İddia tələbini Cavabdeh1 ilə bağlı hissədə qəbul etmir. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, mülki işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA********** saylı AVSMMİS növlü icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı Cavabdeh1, avtonəqliyyat vasitəsi “Audi Q7 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Mülkiyyətçi Cavabdeh1 mülkiyyətində olan “Audi Q7 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh3 1 il 3 ay müddətində idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-128/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cavabdeh2 12 mart 2023-cü il tarixdə saat 12:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Audi Q7” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxnı rayonu, Yeni Günəşli qəsəbəsində “Lukoil” YDM-dən yuxarı “A/В” yaşayış massivi istiqamətində əks hərəkət zolağında hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-cui maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücü avtobusdan sərnişinlərin düşməsini gözləməli, sərnişinlərin avtobusdan düşmə prosesi tam başa çatdıqdan sonra hərəkətə başlamalı olduğu halda və yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat sürət həddindən artıq, yəni 100 km/saat sürətlə idarə edərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan öz yolu ilə eyni istiqamətdə hərəkət edən və sola geriyə dönmək üçün nəzərdə tutulmuş qırıq-qırıq xəttin üzərində hərəkət edərək dönmək istəyən X9 idarə etdiyi “Mercedes Benz C-180” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş və sonra idarəetməni itirərək ona əks istiqamətdə üzü “Lukoil” YDM istiqamətində yolun kənarında dayanmış vəziyyətdə olan X10 məxsus “Mercedes Benz E-240” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində isə “Mercedes Benz C-180” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 körpücük sümüyünün akromial ucunun çıxığı, sol çiyinüstü nahiyənin şişkinliyi və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almışdır. Həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanması və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh2 əvvəlki iş üzrə həbsdə saxlanıldığı 10 (on) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 fevral 2024-cü ildən hesablanması, Cavabdeh2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan PXA158277 saylı “Sığorta aktı”-ndan görünür ki, xx.xx.2023cü il tarixdə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində baş vermiş hadisə nəticəsində AR Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə uyğun olaraq X1 dəymiş zərər görə isə 1500,00 manat sığorta ödənişi X5 hesabına köçürülmüşdür. İş materiallarında olan PXA155056 saylı “Sığorta aktı”-ndan görünür ki, xx.xx.2023cü il tarixdə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində baş vermiş hadisə nəticəsində "xxxx" MMC tərəfindən təqdim olunan qiymətləndirmə aktına uyğun olaraq 3168,32 manat sığorta ödənişi X5 hesabına köçürülmüşdür. İş materiallarında olan PXA155057 saylı “Sığorta aktı”-ndan görünür ki, xx.xx.2023cü il tarixdə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində baş vermiş hadisə nəticəsində zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair akta uyğun olaraq 1831,68 manat sığorta ödənişi X3 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xx/xx-1969 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 3 təqvim günü ərzində zərər məbləğini ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xx.xx.2023-cü il tarixdə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********29 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Audi Q7 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır, sığortalı Cavabdeh1dur, Cavabdeh1 həmin avtonəqliyyat vasitəsini Cavabdeh3 xx.xx.2023-cü il tarixdə 1 il 3 ay müddətində idarə etmək səlahiyyəti vermiş, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə həmin avtomobili idarə edərkən X9 idarə etdiyi “Mercedes Benz C-180” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X10 məxsus “Mercedes Benz E- 240” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş, eyni zamanda X2 az ağır zərər vurmuşdur, vurulan zərər 6500 manat dəyərindədir, hadisə nəticəsində Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sığortaçı tərəfindən zərərçəkmiş X11 dəymiş maddi ziyana görə 3168,32 manat, sağlamlığına dəymiş zərərə görə 1500 manat, zərərçəkmiş X6 1831.68 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia tələbinin əsasını iddia tələbinin əsasını sığorta olunmuş “Audi Q7 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan idarə edilməsi təşkil edir. Qeyd olunmalıdır ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Bundan başqa, etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh2 avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs olmasına əsaslanır “hüququ olmayan şəxs” dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur və iş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh3 hadisənin baş verdiyi tarixdə sürücülük vəsiqəsi olmuşdur və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 vurulmuş zərərin əvəzi alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 6500 manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu Cavabdeh2 aid edilməli və təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 85 manat onlardan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 6500 (altı min beş yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 85 (səksən beş) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6271/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6271/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver