Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6342/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı «Meqa Sığorta” ASC Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 120,08 manat zərər məbləğinin və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq «Meqa Sığorta” ASC-nin hesabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "BMW 5351" markalı ** VF *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə, "İVECO CREALİS" markalı ** JH *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən "BMW 5351" markalı ** VF *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "İVECO CREALİS" markalı ** JH *** dövlət nömrə nişanlı avtomobilə 89,68 (səksən doqquz manat, altmış səkkiz qəpik) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222403 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 89,68 (səksən doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinin surətindən görünür ki, “BMW 535l” markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili «Meqa Sığorta” ASC tərəfindən sığortalanmışdır. İş materiallarında sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış avtonəqliyyat vasitələrinin (kasko) siğortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus "İVECO CREALİS" markalı ** JH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MVC1051/21 saylı siğorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “BMW 535l” markalı, **-VF-*** dövlət nömrə nişanlı minik avtomobili "İVECO CREALİS" markalı ** JH *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. 89,68 manat siğorta ödənişi nəzərdə tutulmuşdur. İş materiallarında olan subroqasiya tələbinin güzəşt edilməsi barədə xx.xx.2022-ci il tarixli, 397 saylı müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2021-ci il taroxli MV-C(Q) 00047_1-21 saylı siğorta müqaviləsi üzrə siğortalanmış "İVECO CREALİS" markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixində baş vermiş siğorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 89,68 manat məbləğində siğorta ödənişi həyata keçirilmiş və buna görə də "xxxx" ASC-nin həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC həyata keçirilmiş 89,68 manat məbləğində siğorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu "xxxx" ASCyə güzəşt edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MV-C(Q) 00047_1-21 nömrəli avtomobillərin tam siğortası müqaviləsinin 1 nömrəli qoşmada "İVECO CREALİS" markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 30-cu sırada göstərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 535l” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "İVECO CREALİS" markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMCyə məxsusdur. İş materiallarında olan TP4438312 nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “BMW 535l” markalı, **-VF-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktının surətindən görünür ki, "İVECO CREALİS" markalı ** JH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 89,68 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 89,68 manat məbləği «Meqa Sığorta” ASC tərəfindən "xxxx" ASC-nin AZ13PAHA35090ANHC********** saylı hesabına köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı «Meqa Sığorta” ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “BMW 535l” markalı, **-VF-*** qeydiyyat nişanlı avtomobilin "İVECO CREALİS" markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə sübut olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “BMW 535l” markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə "İVECO CREALİS" markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı «Meqa Sığorta” ASC tərəfindən aradan qaldırılması və sonuncu tərəfindən "xxxx" ASC-nin hesabına 89,68 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “BMW 535l” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə «Meqa Sığorta” ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Buna görə də «Meqa Sığorta” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Subroqasiya hüququ əsasında 120,08 (bir yüz iyirmi manat səkkiz qəpik) manat məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6342/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6342/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver