Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6441/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı “Caucasus Autoimport” LTD-nin Cavabdeh qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “Caucasus Autoimport” LTD Cavabdeh qarşı Cavabdeh iddiaçı Gürcüstan Respublikasında fəaliyyət göstərən Caucasus Autoimport MMC şirktənin xeyrinə 4000 ABŞ dolları və ya onun icra tarixinə olan Azərbaycan manatı ekvivalentində təşkil edən 6800 manat əsassız varlanma nəticəsində əldə etdiyi pulun, həmçinin 400 manat hüquqi xidmət haqqı, 42 manat etibarnamənin tərcümə təsdiq xərci və iddia ərizəsinin verilməsinə ödənilmiş 92,42 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Caucasus Autoimport” LTD (VÖEN: *********) şirkəti Gürcüstan Respublikasında xaricdən avtomobil idaxlı və daşınması sahəsində fəaliyyət göstərən şirkətdir. Cavabdeh (VÖEN: **********) isə “Caucasus Autoimport” LTD şirkəti ilə əməkdaşlıq edərək diller kimi ölkəyə avtomobil gətirib satışı ilə məşğul olan fiziki şəxdir. Göründüyü kimi, tərəflər arasında mübahisə onların birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Caucasus Autoimport” LTD ilə Cavabdeh arasında mübahisə onların mənfəət əldə etmək məqsədilə nəticə etibarı ilə əmlakın istifadəsi, əmtəə satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətin, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Beləliklə, hazırki iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Odur ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından “Caucasus Autoimport” LTD tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********82 nömrəli qəbzdən görünür ki, “Caucasus Autoimport” LTD tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 92.42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı “Caucasus Autoimport” LTD-nin Cavabdeh qarşı Cavabdeh iddiaçı Gürcüstan Respublikasında fəaliyyət göstərən Caucasus Autoimport MMC şirkətinin xeyrinə 4000 ABŞ dolları və ya onun icra tarixinə olan Azərbaycan manatı ekvivalentində təşkil edən 6800 manat əsassız varlanma nəticəsində əldə etdiyi pulun, həmçinin 400 manat hüquqi xidmət haqqı, 42 manat etibarnamənin tərcümə təsdiq xərci və iddia ərizəsinin verilməsinə ödənilmiş 92,42 manat dövlət rüsumunun tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “Caucasus Autoimport” LTD tərəfindən xx.xx.2025-ci il tarixdə (qəbzin nömrəsi- **********82) ödənilmiş 92.42 (doxsan iki manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6441/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6441/2025
01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver