Məhkəmə qərarları › İş №e-2(011)-648/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-648/2024

09.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-648/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Qarşılıqlı tələb üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair ilkin iddia tələbi və Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Xətai rayonu, N.Tusi küçəsi 19 nömrəli evin 78 nömrəli mənzilə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Xətai rayonu. N.Tusi küçəsi, ev 19, 78 saylı mənzilə köçürülməsinin təmin edilməsi və həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 19 nömrəli evin 78 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Sözügedən mənzil 03 iyun 2019-cu il ildən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin idarə tərəfindən ona çıxarış verilmişdir. Cavabdehlər xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 Cavabdeh4 oğlu və qızıdır. xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh3 isə Cavabdeh4 aravadı olmuş, onlar arasında olan nikah 2019-cu ildə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 keçmiş həyat yoldaşı Cavabdeh3 faktiki olaraq İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da onlar 1995-ci il tarixdən ona məxsus evdən çıxaraq yaşamaq üçün onlarda olan məlumata əsasən Cavabdeh3 valideyinlərinə məxsus Buzovna qəsəbəsində yerləşən mənzilinə köçərək bir müddət orada yaşamışlar. Hal-hazırda cavabdehlərin bir qisminin, yəni Cavabdeh4 Buzovna qəsəbəsində, digər cavabdehlərdən Cavabdeh3 Cavabdeh4 ayrılması və ayrılan zaman iş üzrə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 anaları Cavabdeh3 ilə birlikdə, onların da Buzovna qəsəbəsində ayrı ünvanda yaşaması barədə məlumatları vardır. O da qeyd olunmalıdır ki, İddiaçı bacısı X5 övladı olmadığlndan o özünə məxsus Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi 7 nömrəli evin 87 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində bağışlanma müqaviləsi əsasında əvəzsiz olaraq Cavabdeh4 hədiyyə etmişdir. Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 keçmiş həyat yoldaşı Cavabdeh3 faktiki olaraq İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da faktiki olaraq 1995-ci il tarixdən həmin mənzildə yaşamadıqları üçün onlar iddiaçının qanunla müəyyən edilmiş xüsusi mülkiyyət hüquqlarını məhdudlaşdırmaqda davam edirlər. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən mənzilə dair ödənilən kommunal ödənişlər mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanaraq mənzil mülkiyyətçisindən tələb olunur. Göründüyü kimi cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal istifadə hüquqları və istifadə hüquqları əsasında olan formal qeydiyyatları iddiaçının hər ay əlavə olaraq onların adına kommunal ödənişləri ödəməyinə səbəb olur. Belə olduğu halda onun qanunla qorunan mülkiyyət hüquqları pozulur. Sonda Vəkil1 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ilkin İddiaçı onun anası, həmin mübahisəli mənzildə yaşayan və psixoloji xəstə olan digər şəxs Etibar isə onun ögey qardaşıdır, onun və anasının köməyi ilə 7-8 il olar ki, Etibarı evləndirmişlər, onlar əvvəl Montin qəsəbəsində yaşamışlar, evə aid nə təmir işləri var idisə, hamısını özü təmir etmişdir, çünki özü ustasıdır, onun zəhməti ilə ev təmir olunmuşdur, Etibar ona heç vaxt kömək etməyib, hazırda özü başqa adama məxsus bağda qalır, həm bağa xidmət edir, həm də elə uzun illərdir ki, orada qalır, oğlu Bəxtiyar da əvvəllər onunla birlikdə bağda qalırdı, özü 2017-ci ildə boşanmışdır, adıçəkilən Bakı şəhəri Xətai rayonu. N.Tusi küçəsi, ev 19, 78 saylı mənzil həmişə problemli olub, ailədaxili münaqişələr səbəbindən 3-4 dəfə polisə də müraciət olunub. Onun öz adına mənzil var, Bakı şəhəri, Neapol küçəsi, ev 7, 87 saylı mənzildir, xalasının evidir, o baxırdı ona, həm də elə uşaqlıqdan onun yanında qalırdı, anası onunla yola getmirdi deyə. Hətta anasının fikri var idi ki, həmin mənzili də öz adına keçirtsin, lakin xalası mənzili ona bağışlamışdır, xalası tək yaşamağı xoşlayır, 85 yaşı var, hazırda rayondadır, evlər arasındakı məsafə çox azdır, işləyir deyə qalmır xalası gildə, özü uşaqlarının yanında olmaq istəyir, digər oğlu hərbçidir, 250 manat əlavə verilir kirayə üçün, o da kirayə qalır xidmət elədiyi yerdə. Keçmiş həyat yoldaşı Billurə qardaşına aid evdə qalır. Özü həmişə anasının yanına getmək istəmişdir, lakin anası hər dəfə onu polisə verir. Onları ailəlikcə 2023-cü ildə evdən zorla çıxardıblar. Mənzilə girəndə sağ tərəfdəki otaq onlara məxsus olub, hazırda həmin otaqda onlara məxsus pal-paltar, ev əşyaları, TV, soyuducu var və həmin əşyalar ordadır. Mənzili ümumilikdə özü təmir etmişdir, ona heç kim kömək etməmişdir, evin giriş qapısının və otağın açarı onda var. Lakin onun ailəsinin həmin mənzilə daxil olmasına qardaşı Etibar hədə-qorxu gəlir, bununla bağlı səs yazısı da var, deyir, evə daxil olsanız başınızı kəsəcəm, 20 mininizi götürün gedin. Arzuya deyib ki, sizə veriləcək 20 min kəfən puludur. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli evdən hədə qorxu edildiyi üçün çıxmışdır. O məcbur olmuşdur ki, əmisi Etibarı polisə versin. Əmisi gecələr də əlində bıçaqla qorxudurdu onu. Ona deyirdi ki, mənim telefonumu oğurlamısan. O da demişdir ki, lazım deyil mənə sənin telefonun. Polis də ona demişdir ki, bir müddət ayrı yerdə qal ki, səndən aralasınlar. Evdən 2023-cü ilin yanvar ayından çıxmışdır. Hazırda anası ilə dayısına məxsus evdə qalır. Qardaşı da onunla birlikdə mübahisəli mənzildə yaşayırdı, o da məcbur çıxdı həmin evdən. 1 evin qiymətinin pulunu istəyir ki, gedib həmin ərazidə ev alsınlar, onlar ancaq şər-böhtan atırlar, hədə-qorxu gəlirlər, evdə onun və ailəsinin əşyaları qalır, orada yaşaya bilməməsinin əsas səbəbi mütəmadi dava-dalaşın baş verməsidir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzilə 1993-cü ildən gəlin olaraq köçmüşdür və mütəmadi olaraq həmin mənzildə yaşamışdır, övladları da həmin mənzildə anadan olmuşlar, lakin daimi dava-dalaş səbəbindən övladları orada yaşaya bilməmiş və 2023-cü ildən mənzili məcburi surətdə tərk etmişlər, keçmiş qaynanası çox konfliktli adam olub, onlarla heç vaxt yola getməyibdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddiaçıların izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı iddiası əsassızdır, Cavabdeh4 1979-cu ildə Bakı şəhəri Xətai rayonu, N.Tusi küçəsi 19 nömrəli evin 78 nömrəli mənzilinə order əsasında anası ilə köçmüş, 1993-cü il tarixdə Cavabdeh3 ilə evlənmiş, övladları Cavabdeh2, Cavabdeh1 və X4 bu ünvanda anadan olmuşdurlar. İllərdir ailə üzvləri ilə birlikdə bu evdə yaşamışdırlar. Həmin evdə ailə üzvlərinin hər birinin paltarları, mebelləri (divar mebeli, bir ədəd taxt, bir kravat, komputer, komputerin stolu, başqa bir şkaf, sovet soyuducusu (balaca), güzgü, qab-qacaq) yerləşir. Həmin ev üç otaqdan ibarətdir və otağın bir açarı da Cavabdeh4dır, o 2010-cu ildə evin hər üç otağını balaca oğlu Bəxtiyarla təmir etmişdir. Evin vəziyyəti yararsız halda olduğu üçün divarları söküb yenidən tikmişlər, astar və üzlüklərini vurmuşlar, tavanın alçıpanlarını vurmuş, dəmir qapı qoymuş və elektrik xətlərini təzələmişlər. Evi təmir etməkləri və uzun müddət həmin ünvanda yaşamalarına baxmayaraq ilkin İddiaçı qarşılıqlı iddiaçıların mənzildən istifadə etməklərinə maneə olurlar. Dəfələrlə qarşılıqlı cavabdehin gəlini və digər oğlu ilə mübahisələri olub, sonuncular onların evdə yaşamasına imkan vermir, bununla bağlı dəfələrlə polisə şikayət olunubdur. Həmçinin ailə üzvlərindən Talıbov Mirabbas “44 günlük müharibədə” iştirak edib. Göstərilən əsaslara görə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqları vardır. Bu səbəbdən Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə köçürülməsinin təmin edilməsi və həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ilkin iddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəmə iclasında iştirak edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, ünvan 1 ünvanı üzrə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Neapol küçəsi, ev 7, 87 saylı mənzili qardaşı oğlu - Cavabdeh4 hədiyyə etmişdir və həmin mənzil hazırda onun mülkiyyətindədir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan və ünvan 3uğunda saxlanılan sənədlərin göndərilməsinə dair məktubundan və ona əlavə olunan sənədlərdən görünür ki, 17 aprel 1979-cu ildə İddiaçı 109890 saylı Order verilmişdir. Order əsasnda ona və onunla birlikdə yaşayan 3 nəfər – X15, Cavabdeh4 və X10 3 otaqdan ibarət Əhmədli qəsəbəsi 2942-6 məhəllə, 24 saylı evin 6 saylı mənzilinə yaşayış sahəsi əldə etmək hüququna malikdir. Həmin materiallara əlavə edilən 18 saylı Notariat ofisinin möhürlə təsdiq edilmiş Cavabdeh2 **********451 saylı xx.xx.2019-cu il, X8 **********285 saylı xx.xx.2019-cu il, X3 **********286 saylı xx.xx.2019-cu il, X1 **********289 saylı xx.xx.2019-cu il, Cavabdeh4 **********290 saylı xx.xx.2019-cu il, Cavabdeh3 **********288 saylı xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, onlar ünvan 4 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və Çıxarış verilməsinə razıdırlar. Ona görə imza edirlər. Həmin materiallara əlavə edilən Lənkəran rayon 1 saylı Notariat ofisininin möhürlə təsdiq edilmiş Cavabdeh1 **********863 saylı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19-da yerləşən 78 nömrəli mənzilin İddiaçı adına sənədləşməsinə, özəlləşdirilməsinə razılıq verir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon RPİ-nin 35-ci Polis Bölməsinin rəisi X14 rayonu, N.Tusi küçəsi ev 19, mənzil 78 ünvanda yaşayan Cavabdeh3 ünvanlanan xx.xx.2023-cü il tarixli 552/2-5-7424 saylı məktubundan görünür ki, onun xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci PB-yə ünvanlandığı müraciəti tərəflərindən baxılmış, məktubda qeyd olunmuşdur ki, “qaynınız Etibar və həyat yoldaşı Məlahət adlı şəxslər tərəfindən narahat olmağınız ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatlarda heç bir inzibati və cinayət tərkib yaranmadığı üçün aparılan araşdırmanın icraatı tərəfimizdən dayandırılmışdır”. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Vəkil2 tərəfindən Xətai rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon RPİ-nin 35-ci Polis Bölməsinin Vəkil2 ünvanlanan xx.xx.2024-cü il tarixli 55-2/2-4354 saylı məktub və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarın surətindən görünür ki, Cavabdeh2 və İddiaçı ərizələri əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığı üçün Cavabdeh2 və X7 barəsində cinayət işinin başlanması rədd edilmiş, onlar barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Xətai RPİ-nin 35-ci PB-nin aidiyyatı əməkdaşına həvalə edilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir cinayət hadisəsinin və analoji hadisələrin qarşısının alınması məqsədilə Xətai PRİ-nin 35-ci PB-nin müvafiq əməkdaşlarına profilaktik tədbir görülməsi üçün tapşırıq verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 17 aprel 1979cu ildə İddiaçı 109890 saylı Order verilmiş, order əsasnda ona və onunla birlikdə yaşayan 3 nəfər – X15, Cavabdeh4 və X10 3 otaqdan ibarət Əhmədli qəsəbəsi 2942-6 məhəllə, 24 saylı evin 6 saylı mənzilinə yaşayış sahəsi əldə etmək hüququna malik olmuşlar, Cavabdeh2, X8, X3, X1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 razılıqlarına əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir, qarşılıqlı iddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 RahiləTalıbovanın müvafiq olaraq oğlu, nəvələri və keçmiş gəlini olmaqla həmin mənzildə pasport qeydiyyatındadırlar, Cavabdeh3 Cavabdeh4 ilə nikah bağlamaqla 1993-cü ildən həmin mənzilə gəlin köçmüş və həmin mənzildə yaşayaraq əri Cavabdeh4 ilə birlikdə birgə ümumi təsərrüfat aparmış, evdə aparılan təmir-tikinti işlərində, aparılan yaxşılaşmalarda iştirak etmişdir, Cavabdeh4 övladları Cavabdeh2 (xx.xx.1994), Cavabdeh1 (xx.xx.1998), X4 (xx.xx.1996) həmin mənzildə anadan olmaqla orada yaşamışlar, Cavabdeh4 ilə Cavabdeh3 arasında nikah münasibətləri pozulsa da, Cavabdeh3 həmin mənzildə yaşamaqla oradan istifadə etməyə davam etmişdir, ailədaxili münaqişələr səbəbindən İddiaçı, cavabdehlərin (qarşılıqlı iddiaçıların) mənzildən istifadəsinə maneələr yaradır, qarşılıqlı iddiaçılar hazırda başqa ünvanda müvəqqəti yaşayırlar, onların mübahisəli mənzildə yaşamaması İddiaçı yaratdığı maneələrlə əlaqədardır. Tərəflər arasında mübahisə ilə bağlı Cavabdeh2 və İddiaçı ərizələri əsasında polis şöbəsinə müraciət olunmuş, toplanmış materiallarda cinayət hadisəsi olmadığı üçün Cavabdeh2 və X12 (ilkin iddiaçının oğlu) barəsində cinayət işinin başlanması rədd edilmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Cavabdeh4 ilə X9 arasında xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalanmışdır, həmin müqaviləyə əsasən X9 Bakı şəhəri, Neapol küçəsi, ev 7, 87 saylı mənzilini Cavabdeh4 hədiyyə etmişdir və həmin mənzil hazırda sonuncunun mülkiyyətindədir - qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçılara məxsus əşyaların bir qismi 3 otaqlı mübahisəli mənzilin bir otağında yerləşir və hazırda da oradadır, otağın açarı Cavabdeh3 ixtiyarındadır. Qarşılıqlı iddiaçıların mənzildən istifadə hüquqlarına və mənzilə daxil olmaq imkanlarına ilkin İddiaçı və onun oğlu E.Talıbov tərəfindən süni maneələr yaradılır ki, bu da Cavabdeh4 istisna olmaqla qarşılıqlı iddiaçıların mənzildən istifadə hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə, iddia tələbində Cavabdeh4 münasibətdə qeyd edir ki, Cavabdeh4 mülkiyyətində mənzil olduğundan və uzun müddət (üç ildən artıq bir müddətdə) ərzində mübahisəli mənzildən mütəmadi istifadə etmədiyindən, eləcə də mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığından, həmçinin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı ona qarşı hazırkı tələblə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də ilkin iddia tələbi həmin hissə təmin olunmalıdır. Məhkəmə, iddia tələbində Cavabdeh3 münasibətdə qeyd edir ki, o, 1993-cü ildə mübahisəli mənzilə iddiaçının gəlini qismində köçməklə orada yaşamış, iddiaçı ilə ümumi təsərrüfat aparmaqla mübahisəli mənzildən istifadə etmiş, bununla da o dövrdə qüvədə olan Mənzil Məcləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ yaranmışdır, onun iddiaçının ailə üzvü hesab olunmuş Cavabdeh4la nikahın pozulması mənzildən istifadə hüququna hər hansı bir formada təsir etmir. O, mübahisəli mənzildən məişət zəminində yaranmış mübahisə, o cümlədən hüquqa müdaxilə fonunda çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılqılı iddia tələbi təmin edilməli, istifadəyə görə Cavabdeh3 qarşı yaradılmış maneə aradan qaldırılmalı, o, həmin mənzilə köçürülməklə istifadə hüququ tanınmalıdır. İddia tələbində Cavabdeh2, Cavabdeh1 və X2 münasibətdə məhkəmə qeyd edir ki, onlar iddiaçının ailə üzvü olan Cavabdeh4 uşaqları olmaqla doğulduqları 1994, 1996 və 1998-ci il tarixlərdən həmin mənzildə yaşadıqlarından, o dövrdə qüvvədə olan Mənzil Məcəllsinin 54-cü maddəsinə əsasən, mənzilə istifadə hüququ əldə edirlər. Belə ki, həmin maddəyə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Cavabdeh4 da həddi-büluğa çatmamış uşaqlarını öz yanına hər hansı razılıq tələb edilmədən köçürmək hüququ olduğundan onların mübahisəli mənzilə istifadə hüquqları yaranmış, lakin onlar, mübahisəli mənzildən məişət zəminində yaranmış mübahisə, o cümlədən hüquqa müdaxilə fonunda çıxmışlar. Belə olan halda məhkəmə hesab edir ki, qarşılqılı iddia tələbi təmin edilməli, istifadəyə görə Cavabdeh2, Cavabdeh1 və Mirabbas Talıbova qarşı yaradılmış maneələr aradan qaldırılmalı, onlar, həmin mənzilə köçürülməklə istifadə hüquqları tanınmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Mirabbas Talıbov mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsi və ona çıxarış verilməsinə dair razılıq vermişdirlər ki, bu razılıq onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il Qərarı). 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il Qərarları). Konstitusiya Məhkəməsinin digər bir mövqeyinə görə, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il və xx.xx.2008-ci il Qərarları). Konstitusiya Məhkəməsinin digər bir mövqeyinə görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001-ci il 27 iyul tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə. Hüseynov və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə köçürülməklə istifadə hüquqları tanınmalı, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumunları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə köçürülməklə onların həmin mənzilə istifadə hüquqları tanınsın. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar