Məhkəmə qərarları › İş №e-2(011)-6519/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6519/2024

01.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6519/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cabir oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 15000 manat və iddia qaldırılması üçün ödədiyi 135 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya təqdim etdiyi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqaviləyə əsasən sözügedən bağ sahəsinə baxış keçirəndən sonra onunla xx.xx.2023-cı il tarixdə Bakı şəhəri, 19 saylı Notariat Ofisinə getmişdirlər və orada cavabdeh səlahiyyətli orqanlara 8İ-3763 reyestr sayıla **********763 saylı ərizəsi notarial qaydada təsdiq edilmişdir. Həmin ərizədə cavabdeh göstərmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqaviləyə əsasən adına olan Suraxanı rayonu, Hövsan bağlar ərazisində 0.05 ha torpaq sahəsinə dair İddiaçı 15000 məbləğində pulu aldı. Gələcəkdə bu torpaqla bağlı iddia və tələbi olmayacaq. Bundan əlavə, cavabdeh iddiaçıya eyni tarixdə və eyni Notariat Ofisində qeyd edilən bağ sahəsinə dair bütün dövlət idarə, müəssisə və təşkilatlarda onun nümayəndəsi kimi müəyyən işləri görmək üçün bir sıra səlahiyyətlərə dair 40 il müddətinə etibarnamə də vermişdir. İddiaçı qeyd edilən müqaviləni və sözügedən notarial qaydada təsdiq edilmiş ərizə və etibarnaməni mötəbər sənədlər hesab edərək Suraxanı rayonu, Hövsan bağlar ərazisində 0.05 ha torpaq sahəsini satılması üçün elan yerləşdirdi. Lakin elə həmin gün ərazidə olan bir nəfər şəxs qeyd edilən sahənin ona məxsus olmasını, hətta buna dair sənədinin də olmasını bildirmişdir. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə iddiaçı cavabdehə verdiyi mobil telefon nömrələri ilə əlaqə saxlamaq istəsə də, əlaqə saxlaya bilməmişdir. Telefon nömrələri ya sönmüş vəziyyətdə olurdu, ya da cavabdeh iddiaçının zənglərinə cavab vermirdi. İddiaçıya verilmiş etibarnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan ünvanı ilə bağlı ilkin texniki pasport, torpaq sənədləri, cizgi, bağ müqavilələri, order və digər sənədlər haqqında məlumatın və surətlərinin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və cavabdehin ona verdiyi bağ sahəsinə dair müqaviləni ərizəsinə əlavə etmişdir. Həmin İdarənin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ərizəyə surəti əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 846 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında Cavabdeh adına 892 nömrəli müqavilə barədə məlumat İdarənin arxivində aşkar olunmamışdır. Hətta iddiaçıya şifahi olaraq bildirilmişdir ki, cavabdehin iddiaçıya təqdim etdiyi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqavilə əsl deyil, rəngli printerdə çap edilmiş kserosurətdir. Bundan sonra cavabdehlə iddiaçıya saxta sənəd verilməsinə aydınlıq gətirməsi və pulunun geri qaytarılması ilə əlaqədar dəfələrlə əlaqə saxlamağa çalışsa da nəticəsi olmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqavilədə göstərilmişdir ki, Birlik Suraxanı rayonunun, Hövsan Bağlar ərazisində 0,05 hektar torpaq sahəsi olan bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir və İstifadəçi həmin bağı istifadəsinə götürür. Bağın istifadəyə verilməsi barədə müqavilə 99 il müddətinə bağlanılır. Bağ 1962-ci il təvəllüdlü Cavabdeh istifadəsinə verilir. Müqavilənin müddəti xx.xx.2010-ci il tarixdən xx.xx.2104-cü il tarixinədəkdir. Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqaviləyə əsasən adına olan Suraxanı rayonu, Hövsan bağlar ərazisində 0.05 ha torpaq sahəsinə dair İddiaçı 15000 məbləğində pulu aldığını bəyan edir. Daha sonra Cavabdeh iddiaçı Məmmədov Hicran Mikayıl qızına Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqaviləyə əsasən adına olan Suraxanı rayonu, Hövsan bağlar ərazisində 0.05 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli AR-İİİ №058146 nömrəli etibarnamə vermişdir. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ərizəyə surəti əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 846 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında Cavabdeh adına 892 nömrəli müqavilə barədə məlumat İdarənin arxivində aşkar olunmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı 05 avqust 2010 tarixli müqavilə təqdim edərək, həmin bağ sahəsinin ona məxsus olduğuna inandırmış, həmin sahənin gələcəkdə İddiaçı adına rəsmiləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinə dair notariat qaydada etibarnamə və ərizə təqdim etmiş, bunun müqabilində İddiaçı 15000 manat pul almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 İnkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 892 saylı müqavilə ümumiyyətlə arxiv məlumatlarında aşkar edilməyib. Nəticədə iddiaçı sözügedən torpaq sahəsini nə adına rəsmiləşdirə bilmiş, nə də torpaq sahəsi ona təhvil verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı 15000 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın 135 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması hissəinə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 135 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 15000 (on beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar