Məhkəmə qərarları › İş №e-2(011)-6544/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6544/2025

05.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6544/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 Mayıl oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə İman qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, ünvan 5andarov küçəsiev 90 ünvanında yerləşən 37 nömrəli mənzildən istifadə hüququna 9600 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin əşyaları ilə birgə həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilmiş 126 manat dövlət rüsumunun və vəkil xərci olaraq ödədiyi 320 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qızı Cavabdeh3 və qardaşı Cavabdeh2 Aqşin oğlunun mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzildən istifadə hüququna hər birinə 6000 manat olmaqla cəmi 12000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilmiş 126 manat dövlət rüsumunun və vəkil xərci olaraq ödədiyi 320 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qardaşı Cavabdeh2 Aqşin oğlunun mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dünyaya gələndən atası X8 məxsus ünvan 2 ünvanında anası X6, qardaşı Cavabdeh2 Aqşin oğlu ilə birlikdə yaşamışdır. X17 15 iyun 2001-ci ildə dünyasını dəyişdikdən sonra həmin mənzil X13nın xüsusi mülkiyyətində olmuşdur. 16 noyabr 1999-cu ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra Cavabdeh1 da X13ya məxsus ünvan 2 ünvanında yaşamağa başlamışdır. Bu nikahdan xx xxxxxxxx 2000-ci ildə Cavabdeh3 dünyaya gəlmişdir. X13 16 oktyabr 2012-ci ildə dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında 18 aprel 2013-cü ildə Bakı şəhəri, ünvan 5andarov küçəsiev 90 yerləşən 37 nömrəli mənzilə RX ******* saylı daşınmaz əmlakı qəbul etmişdir. Həmin vaxt qardaşı Cavabdeh2 mirasdan imtina etdi. 6 iyun 2013-cü ildə həmin mənzilə dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixlie-2(001)- 6529/2024 saylı qətnaməsi Cavabdeh1 ilə aralarında olan 16 noyabr 1999-cu il tarixli nikah pozulmuşdur. Bundan başqa qızı Cavabdeh3 dünyaya gəldiyi vaxtdan həmin mənzildə yaşamış, 2020-ci ildə ailə quraraq həmin mənzildən ayrılmış, Nərimanov rayonu ərazisində yerləşən mənzildə əri ilə birlikdə yaşayır və artıq 5 ildir ki, həmin mənzildən istifadə etmir. Həmçinin qardaşı Cavabdeh2 Aqşin oğlu ünvan 2-də 2011-ci ilədək yaşamış, həmin tarixdən sonra Fransa Respublikasında ailəsi ilə birlikdə yaşayır və mənzildən artıq 15 ildir ki istifadə etmir. O notariat qaydasında verdiyi ərizəsində miras mənzillə bağlı heç bir tələbinin olmadığını və gələcəkdədə olmayacağını bildirmişdir. Hazırda Fransa vətəndaşıdır. Hazırda Cavabdeh1 həmin mənzildə yaşayır. Hazırda mənzilim üzərində nəinki mülkiyyət hüquqlarını, heç istifadə hüququnu da həyata keçirə bilmir. Mövcud vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyrimümkün edir, digər tərəfdən mülkiyyətçi kimi iddiaçının öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Bakı şəhəri Xətai rayonu ərazisində 3 otaqlı, yaşayış sahəsi 42 kv.m olan mənzilin aylıq kirayə haqqı 400 manatdır. Maddi cəhətdən çətinlik çəkməməsi üçün keçmiş keçmiş arvadı Cavabdeh1 9600 manat kompensasiya təklif edir. Təklif edilən kompensasiya məbləği mübahisəli mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən və eyni şəraitə malik mənzilin 2 illik kirayə haqqına bərabərdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçı atası X8 məxsus ünvan 2 ünvanında anası X6, qardaşı Cavabdeh2 Aqşin oğlu ilə birlikdə yaşamışdır, X17 15 iyun 2001-ci ildə dünyasını dəyişdikdən sonra həmin mənzil X13nın xüsusi mülkiyyətində olmuşdur, X13 16 oktyabr 2012-ci ildə dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında 18 aprel 2013-cü ildə ünvan 3 yerləşən 37 nömrəli mənzilə RX ******* saylı daşınmaz əmlakı qəbul etmişdir, həmin vaxt qardaşı Cavabdeh2 mirasdan imtina etmiş, iddiaçı da 6 iyun 2013-cü ildə həmin mənzilə dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ əldə etmişdir, qardaşı Cavabdeh2 Aqşin oğlu həmin mənzildə 2011-ci ilədək yaşamış, həmin tarixdən sonra Fransa Respublikasında ailəsi ilə birlikdə yaşayır, ora vətəndaşıdır və mənzildən artıq 15 ildir ki istifadə etmir, notariat qaydasında verdiyi ərizəsində miras mənzillə bağlı heç bir tələbinin olmadığını və gələcəkdədə olmayacağını bildirmişdir. 16 noyabr 1999-cu ildə Cavabdeh1 ilə ailə qurmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2(001)-6529/2024 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur, birgə nikahdan xx xxxxxxxx 2000-ci ildə Cavabdeh3 dünyaya gəlmişdir və 2020-ci ildə ailə quraraq həmin mənzildən ayrılmış, Nərimanov rayonu ərazisində yerləşən mənzildə əri ilə birlikdə yaşayır və 5 ildir ki, həmin mənzildən istifadə etmir, həmin mənzildə hazırda yanız iddiaçının həyat yoldaşı Cavabdeh1 yaşayır, iddiaçının mane olurlar. Cavabdeh X3 nümayəndəsi və vəkili tərəfindən verilən vəsatətlədə razı olmadıqlarından təmin edilməməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzildən istifadə hüququna hər birinə 6000 manat olmaqla cəmi 12000 manat kompensasiya ödənilməklə xitam verilməsini xahiş edərək, bildirdi ki, praktikada daha az kompensasiya ödənilməklə xitam verilməsi də mövcud olmuşdur. Cavabdeh3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi və bildirdi ki, atası həmin mənzildə dünyaya gəlməyib Sovetskidəki mənzildə dünyaya gəlib, məktəbli vaxtı Günəşlidəki mənzilə köçmüşlər, atası anası ilə həmin evdə nikaha daxil olmuşlar və o həmin evdə dünyaya gəlmişdir, 2020-ci il tarixdə nikaha daxil olmuş, təxmin 1 il yarım ayrı yaşamış, atasının psixoloji problemlərinə görə qayınanası onu və həyat yoldaşını evdən qovmuş, buna görə həyat yoldaşı ilə ata evinə gələrək orda yaşayır,atası evi tərk etdikdə də onu saxlaya bilməmişlər, cavabdeh X3 nümayəndəsi və vəkili tərəfindən verilən vəsatətlə razı olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında, iddia tələbinə etiraz edərək, bildirdi ki, cavabdeh X9 mülkiyyətə sahiblik hüququnda imtina etsədə , həmin mənzilə dair istifadə hüququ saxlanmışdır, Fransaya getsədə hər yay Azərbaycana gəlmiş və bura gəldikdə ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır, ona dair münasibətdə iddia tələbinin keçmiş mənzil məcəlləsi ilə tənzimlənməsini qeyd etdi, həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şifahi vəsatət verərək, məhkəmədən ünvan 3 , 37 saylı mənzilə dair ilkin orderdə X3 adının olub olmamasına dair sənədlərin əldə edilməsini xahiş etdi. Mənzilə istifadə hüququnun cavabdeh X5 münasibətdə kompensasiyasız xitam verilməsinin ədalətsiz olacağını bildirdi və ən azı 5 illik kompensasiyanın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı Bakı şəhəri Xətai rayonu ərazisində 3 otaqlı, yaşayış sahəsi 42 kv.m olan mənzildən cavabdeh P.Yaqut Nəriman qızının və qızı Cavabdeh3 istifadə hüququna xitam verilməsini tələb etməklə bunun müqabilində 12000 manat kompensasiya təklif edir, bu kompensasiya məbləği cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona təklif edilən kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz, cavabdeh P.Yaqut Nəriman qızı aldığı aylıq maaşla özünün zəruri maddi ehtiyaclarını çətinliklə qarşılayır, əlavə heç bir gəlir və qazanc mənbəyi yoxdur, belə halda cavabdehin maddi cəhətdən vəziyyətini nəzərə alınsa, onun həmin mənzildən çıxarıldıqdan sonra uzun müddət kirayə qalmalı olacağı aşkardır, təklif edilən kompensasiya məbləği isə yalnız 2 il 6 aylıq kirayə haqqına bərabərdir, bu isə 25 ildən çox müddətdə həmin mənzildən istifadə hüququ olan şəxsin bu hüququna xitam verilərkən qeyd edilən məbləğdə kompensasiya məbləğinin müəyyən edilməsi onun qanunla qorunan mənafeyinin ciddi şəkildə pozulması deməkdir, ona görə qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi üçün eyni şəraitli mənzilin 5 illik kirayə haqqına bərabər kompensasiya müəyyən edilməsini xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, xx.xx.2025-ci il tarixli , ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən tərəfindən 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmamazlığından ölmüşdür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən 150293 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4andarov küçəsi ev 90 ünvanında yerləşən 37 nömrəli mənzil X2 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər 36 saylı dövlət Notariat Kontoru tərəfindən verilən xx.xx.2013-cü il tarixdə 2V-70 nömrə ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işində olan xx.xx.2012-ci il tarixli mirasdan imtina barədə ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 miras qalan əmlakın onun payına düşən hissəsi üçün heç bir tələbi yoxdur, gələcəkdə bu mirasla bağlı heç bir iddia irəli sürməyəcək və bununla bağlı heç bir tələbi olmayacığını bildirmişdir. xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 4andarov küçəsi ev 90 ünvanında yerləşən 37 nömrəli mənzil ünvanında yerləşən ümumi sahəsi 64,22 kv.m yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı mənzil olan miras əmlak xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı bütövlükdə irs qalmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6529/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı və Cavabdeh1 arasında xx.xx.1999-cu il tarixdə Vİİ-ЖГ № 373179 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatların yoxlanılması nəticəsində məlum olmuşdur ki, X11 ilə Cavabdeh3 nikahı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 4064 saylı akt ilə qeydə alınmışdır. İş materiallarında olan **********41 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 Fransa Respublikasının vətəndaşlığı xx.xx.2011-ci il tarixdə verilmişdir və etibarlılıq müddəti xx.xx.2021-ci il tarixə kimidir. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan sərhədkeçmə barədə məlumatlardan görünür ki, Cavabdeh2 tez-tez ölkəyə giriş-çıxışları mövcuddur, sonuncular xx.xx.2023-cü il tarixdə çıxış, xx.xx.2024-cü il tarixdə giriş,xx.xx.2024-cü il tarixdə çıxış, xx.xx.2025-ci il tarixdə giriş, xx.xx.2025-ci il tarixdə çıxışı olmuşdur. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 (seriya-AA*******) Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsini xx.xx.2022-ci il tarixdə yeniləmişdir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli 224/Mİ/25 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilinə bənzər mənzillərin xx.xx.2025-ci il tarixə olan orta aylıq kirayə haqqı dəyəri 400-500 manat təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzil ünvanında X4, Cavabdeh2, Cavabdeh1 Nərman qızı, Cavabdeh3 və İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadırlar. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən 150293 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4andarov küçəsi ev 90 ünvanında yerləşən 37 nömrəli mənzil X2 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə ünvan 4andarov küçəsi ev 90 ünvanında yerləşən 37 nömrəli mənzil ünvanında yerləşən ümumi sahəsi 64,22 kv.m yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı mənzil olan miras əmlak xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı bütövlükdə irs qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6529/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasında xx.xx.1999-cu il tarixdə Vİİ-ЖГ № 373179 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuşdur. Həmçinin tərəflərin birgə nikahından xx.xx.2000-ci il tarixdə Cavabdeh3 dünyaya gəlmişdir. Göründüyü kimi cavabdehlərin mənzilə dair istifadə hüquqları mənzilə dair qeydiyyat vəsiqəsi alındığı dövrə kimi və xx.xx.2003-cü il tarixdə qeydiyyat vəsiqəsi alındığı dövrdə də mövcud olmuşdur. Belə ki, cavabdehlər mənzilin keçmiş icarədarı X2, həmçinin hazırki icarədarı İddiaçı ailə üzvü olmaqla həmin mənzildə yaşamışlar. Odur ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-bulluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzildən istifadə hüququna hər birinə 6000 manat olmaqla cəmi 12000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə” dair hissəsinə münasibətdə hesab edir ki, cavabdehlərin mənzil üzərində istifadə hüquqlarının itirilməsi üçün təklif edilən kompensasiya məbləği bazar qiymətinə uyğun olmadığından iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə cavabdehlərin ayrıayrılıqda davamlı sürətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin oluna bilmələri qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi nəticəsində cavabdehlər gözləmədikləri halda yaşayış yerindən təminatsız qala bilərlər. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli 224/Mİ/25 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilinə bənzər mənzillərin xx.xx.2025-ci il tarixə olan orta aylıq kirayə haqqı dəyəri 400-500 manat təşkil edir. Məhkəmə həmçinin iddia tələbinin “qardaşı Cavabdeh2 mənzildən istifadə hüquqlarının itirilməsi”-nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 mübahisəli mənzilin yaşayış sahəsindən kompensasiya verilmədən istifadə hüququnun itirilməsi üçün qanunla müəyyən edilmiş əsaslar iş üzrə mövcud olmadığından iddia tələbi ona münasibətdə də əsassızdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 müvəqqəti olaraq Fransa Respublikasında işləməsi onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan sərhədkeçmə barədə məlumatlardan görünür ki, Cavabdeh2 tez-tez ölkəyə giriş-çıxışları mövcuddur, sonuncular xx.xx.2023-cü il tarixdə çıxış, xx.xx.2024-cü il tarixdə giriş, xx.xx.2024-cü il tarixdə çıxış, xx.xx.2025-ci il tarixdə giriş, xx.xx.2025-ci il tarixdə çıxışı olmuşdur. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 (seriya-AA*******) Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsini xx.xx.2022-ci il tarixdə yeniləmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri rədd edildiyindən iddia tələbi “126 manat dövlət rüsumu və vəkil xərci olaraq ödədiyi 320 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə” dair hissəsində də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh1, X5, Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və pul tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar