Məhkəmə qərarları › İş №e-2(011)-6545/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6545/2025

07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6545/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs AR ƏN Notariat Qeydiyyat və Reyestr baş İdarəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il tarixində anadan olmuş X3 xx.xx.2014-cü il tarixində Bakı şəhərində vəfat etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, X6, 26 mart 1936-cı il tarixində anadan olmuşdur. O, 20 mart 2014-cü il tarixində Bakı şəhərində yaşadığı evdə vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. Mərhum ərizəçinin atasıdır. Lakin ölüm faktı müvafiq dövlət orqanı tərəfindən rəsmiləşdirilmədiyindən, ölüm haqqında şəhadətnamə əldə olunmamışdır. Bu səbəbdən mərhumun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün olmur ki, bu da hüquqi və əmlak münasibətlərinin tənzimlənməsində maneə yaradır. Mərhumun Bakı şəhərində yerləşən qəbiristanlıqda dəfni baş tutmuş, məzar yeri mövcuddur və hal-hazırda ailəsi tərəfindən ziyarət olunur. Bu fakt sosial və ailəvi kontekstdə də qəbul edilmişdir. Ərizəçi mərhumun dəfni ilə bağlı proseslər zamanı müvafiq dövlət və bələdiyyə strukturlarına müraciət etmiş, lakin ölüm faktının qeydə alınmaması səbəbindən hüquqi boşluq yaranmışdır. Faktiki tanınma olsa da, hüquqi tanınma baş verməmişdir. Mərhumun qeydiyyatda qalması ərizəçinin və digər ailə üzvlərinin mülki hüquqlarının, o cümlədən vərəsəlik, yaşayış sahəsinə dair qeydiyyat, kommunal öhdəliklər və digər münasibətlərin tənzimlənməsinə maneə yaradır. Sözügedən faktın məhkəmə qaydasında müəyyən edilməməsi hüquqi qeyri-müəyyənlik yaradır və bu, ərizəçinin fundamental hüquqlarının həyata keçirilməsinə əngəl törədir. Bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Vəkil ərizənin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs AR ƏN Notariat Qeydiyyat və Reyestr baş İdarəsinə məlumat verilmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadə verərək bildirmişdir ki, o mərhumun nəvəsidir, ərizəçi onun anasıdır, həmin vaxt onun 17 yaşı olub, babasının vəfat etməsi barədə anası ona deyib, sonra təcili tibbi yardım gəlib, mərhum Mərdəkanda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirmişdir ki, o mərhumun nəvəsidir, ərizəçi onun anasıdır, mərhum 2014-cü ildə mart ayının 20-də vəfat etmişdir, həmin vaxt məktəbdə oxuyurdu, 13 yaşı var idi, mərhumun vəfat etdiyi gün təcili tibbi yardım gəlmiş, mərhum Mərdəkanda dəfn edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan "13" mart 2025-ci il tarixli, 3-16-5/8-1xx-xx/2025 nömrəli Səbail rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 26 mart 1936-cı ildə Bakı şəhərində anadan olmuş X2 Ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı nümayəndəsi X5 verilmiş Müraciətə baxılmanın nəticəsi haqqında məktubdan görünür ki, X2 ölüm haqqında şəhadətnamənin alınması barədə xx.xx.2025-ci il tarixli müraciətinizə baxıldı. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası nın 8.5ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə" olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Xahiş edirik bu məsələ ilə bağlı məhkəməyə müraciət edəsiniz. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1936-cı il təvəllüdlü vətəndaş X6 xx.xx.2014-cü il tarixində Bakı şəhərində vəfat etmiş, Bakı şəhərində dəfn olunmuşdur. Ərizəçi İddiaçı mərhum X1r, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1936-ci il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar