Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6584/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Bakı Şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzili iddiaçı olaraq İddiaçı 2010-cu ildə alqı-satqı müqaviləsi əsasında almış və adına xx.xx.2010-cu ildə mülkiyyət hüququ tanınmışdır və çıxarış verilmişdir. İddiaçı bildirir ki,cavabdehlər iddiaçının oğlu və nəvələridir. Oğlu Cavabdeh1 ailə həyatı qurduqdan sonra həyat yoldaşı ilə birlikdə başqa bir mənzilə köçmüşlər. Cavabdeh1 həyat yoldaşı ilə birgə nikahdan 2 uşağı doğulmuşdur - xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh3. Cavabdeh1 evləndikdən sonra iddiaçının mənzilində yaşamamışdır. Lakin uşaqları doğulduqdan bir müddət sonra iddiaçıdan xəbərsiz olaraq öz uşaqlarını iddiaçının mülkiyyətində olan mənzilə posport qeydiyyatına saldırmışdır. Lakin bu günə kimi, heç vaxt həmin uşaqlar iddiaçıya məxsus mənzildə yaşamamışlar. İddiaçının cavabdehlə razılaşmasına əsasən cavabdehin iddiaçının evindən qeydiyyatdan çıxması üçün razılaşdıqları kompensasiya məbləği 10.000 manat olmuşdur. Həmin məbləği iddiaçının həyat yoldaşı, yəni oğlu Cavabdeh1 anası pensiyaya çıxdıqdan sonra 51 ay aldığı pensiya pulundan hər ay 200 manat olmaqla Cavabdeh1 kompensasiya olaraq ödəmişdir. Lakin həmin məbləği cavabdehə ödədikdən sonra cavabdeh yenə iddiaçının mülkiyyətində olan mənzildən passport qeydiyyatından çıxmamışdır. Artıq 2011ci ildən bugünə kimi cavabdehlər iddiaçının mülkiyyətində olan ünvanda yaşamırlar. Lakin bugünə kimi cavabdehlər iddiaçının mülkiyyəti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda posport qeydiyyatında qalmışdır. Mənzilin bütün kommunal xərclərini iddiaçı olaraq İddiaçı ödəyir. Həmin şəxsin iddiaçının evində qeydiyyatda qalmağı iddiaçıya maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarımdan istifadə edə bilmir. Ona görə də cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüququ itirilməlidir. Tərəflərin izahatları: iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsalar da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışla məlum olur ki, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1993-cü il təvvəllüdlü X5, və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 Bakı Şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2024-cü il 3-21-3-30/2- 41055/2024 saylı məktubuna əsasən, Bakı şəhəri, ünvan 4ənzil 9 İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, ünvan 4ənzil 9 İddiaçı məxsusdur (reyestr nömrəsi: **********30-05101-093019, qeydiyyat nömrəsi: **********). Məktuba əlavə olunmuş 039102 saylı xx.xx.1989-cu il tarixli orderə əsasən, Babək prospekti, ev 48, mənzil 9 İddiaçı verilmişdir. Orderdə Cavabdeh1 İddiaçı ailə üzvü kimi qeyd edilmişdir. Məktuba əlavə olunmuş ərizəyə əsasən, Cavabdeh1 yaşadığı mənzili atası İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Məktuba əlavə olunmuş xx.xx.2010-cu il tarxili, 62 saylı arayışa əsasən, İddiaçı həqiqətən də Bakı şəhəri, ünvan 4ənzil 9-da yaşayır. Daimi qeydiyyatda Cavabdeh1 və digərləri qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Bakı şəhəri, ünvan 4ənzil 9-da yaşayan İddiaçı tanıyır. Şəxs illərdir o evdə yaşayır. Cavabdeh1 şəxsin oğludur. Əvvələr o mənzildə yaşamasına baxmayaraq evləndikdən sonra yoldaşı ilə yeni mənzilə köçmüşlər. Digər cavabdehlər haqqında məlumatı yoxdur, hazırki mənzildə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Bakı şəhəri, ünvan 4ənzil 9 ünvanında ancaq İddiaçı görmüşdür. Əvvəllər İddiaçı həmin mənzildə yaşasa da hazırda orda yaşamır, evlənəndən sonra gedib. Uşaqları haqqında heç bir şey bilmədiyini, bu evdə yaşamadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, İddiaçı çoxdandan tanıyır. Əvvələr yoldaşı və iki oğlu ilə Bakı şəhəri, ünvan 4ənzil 9-da yaşayırdı. Sonradan oğlu Cavabdeh1 evləndi və yoldaşı ilə başqa evə köçdülər. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (Azərbaycan Respublikasının 2009cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Babək prospekti, ev 58 ünvanında yerləşən 9 saylı mənzildən istifadə hüququ 1989-cu ildə yaranmışdır. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsini müvafiq müddəalarına əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı Cavabdeh1 artıq 10 ildən artıq daimi yaşamaq üçün mübahisəli mənzildən köçüb yoldaşı ilə və sonradan dünyaya gəlmiş uşaqları ilə ayrı mənzildə yaşadığı sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 Bakı Şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzili altı aydan uzun müddətdə tərk etdiyinə görə onun həmin mənzildən istifadə hüququ “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsi itirilmiş hesab edilməlidir. Məhkəmə digər cavabdehlər xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh3 münasibətdə qeyd edir ki, cavabdehlərin anadan olduğu dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən ə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə heç vaxt yaşamadıqları, onlar iddiaçının ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququ olan digər qohumu hesab edilmədiklərinə görə, həmin şəxslərin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Bakı Şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzil ünvanında yerləşən yaşayış sahəsindən iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6584/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6584/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver