Məhkəmə qərarları › İş №e-2(011)-6636/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6636/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6636/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 465,22 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Chevrolet Camaro” markalı, 10–SA–107 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 24-də Cavabdeh sərxoş halda idarə etdiyi “Chevrolet Camaro” markalı, 10–SA–107 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində “Toyota Hilux” markalı, 90– PH–856 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Xətai DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə)) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Xətai DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü ((Bu Məcəllənin 333.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə)) maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “Toyota Hilux” markalı, 90–PH– 856 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də KASKO sığorta növündə sığortalandığından, sonuncu tərəfindən “Toyota Hilux” markalı, 90-PH–856 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 565,22 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödənişdir. Öz növbəsində "xxxx" ASC tərəfindən, 100 manat franşiza məbləğini çıxaraq 465,22 manat məvləöində sığorta ödənişini xx.xx.2022-ci il tarixində 1.647 nömrəli ödəniş tapşırığı ilə "xxxx" ASC-yə ödəmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmişdir və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət nömrə nişanlı minik avtomobil “Toyota Hilux” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət nömrə nişanlı minik avtomobili idarə edən Cavabdehdur. O, sərxoş vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “Toyota Hilux” markalı, **- PH-*** dövlət nömrə nişanlı minik avtomobilinin mülkiyyətçisi "xxxx" MMC-nə və “Ravon Nexia” markalı, **-PG-*** dövlət nömrə nişanlı minik avtomobilinin mülkiyyətçisi "xxxx" MMC-nin əmlakına zərər dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Chevrolet Camaro” markalı, **- SA-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli 1647 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 465,22 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan PXA92587 saylı siğorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət nömrə nişanlı minik avtomobili “Toyota Hilux” markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. 465,22 manat sığorta ödənişinin məbləği "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeha 465,22 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin bank heabına 7 iş günü ərzində könüllü ödəmək təklif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə görə bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Camaro” markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobilin “Toyota Hilux” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh avtonəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi iş materialları ilə sübut olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Hilux” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və sonuncu tərəfindən X1 hesabına 465,22 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “Chevrolet Camaro” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Buna görə də "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 465,22 (dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat məbləğində pul məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 495,22 (dörd yüz doxsan beş manat iyirmi iki qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar