Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6675/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC və cavabdeh X6 arasında xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində bağlanmış xidmət müqavilələrinə əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ƏDV daxil 5744,13 (beş min yeddi yüz qırx dörd manat, on üç qəpik) AZN borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 (yüz yetmiş) AZN, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) AZN və 82,15(səksən iki manat, on beş qəpik) AZN ödənilmişdövlət rüsumunun, ümumilikdə ƏDV daxil 6296,28 (altı min iki yüz doxsan altı manat, iyirmi səkkiz qəpik) AZN,eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbuledilənə kimiəlavə olaraq aylıq ƏDV daxil 511,60(beş yüz on bir manat, altmış qəpik) AZN hesablanmaqla xidmət haqqıməbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6675/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin “yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 511,60 (beş yüz on bir manat, altmış qəpik) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində iddia tələbinin baxılmamış saxlanılması barədə qərara alınmışdır. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli, 63, M4, m2 ünvanında yerləşən, ümumi sahəsi 255,8 kv.m və xx.xx.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli, 63, M3, m2 ünvanında yerləşən, ümumi sahəsi 236,5 kv.m olan mənzillər cavabdehin mülkiyyətinə keçmişdir. Qeyd edir ki, sözügedən mənzil “Gümüş Residence” Yaşayış Kompleksinin tərkibinə daxil olan mənzillərdən biridir. "xxxx" MMC-nin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, № GR/01 saylı qərarına əsasən, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Belə ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, “İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, ünvan 3 ünvanında, “Gümüş Residence” Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” Qeyd edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə Əlavə №1-in və xx.xx.2025-ci il tarixli müqaviləyə Əlavə №1-in 2-ci bəndində nəzərdə tutulmuş xidmətlərin, yəni təmizlik və texniki xidmətlər, mühafizə xidmətlərinin həyata keçirilməsi iddiaçının öhdəliyinə düşür. Habelə həmin Əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “X1 məxsus Obyekt(lər)in hər kvadrat metri üçün idarə edənə ƏDV daxil 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik)aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.” Belə ki, Cavabdeh məxsus olan mənzilin həcmi müvafiq olaraq 255,8 kv.m və 236,5 kv.m olduğundan, cavabdeh tərəfindən hər ay ƏDV daxil 984,60 (doqquz yüz səksən dörd manat, altmış qəpik) AZN məbləğində xidmət haqqı iddiaçıya ödənilməlidir. Bildirir ki, tərəflər arasındakı müqavilə bağlandığı andan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən Cavabdeh Yaşayış Kompleksində göstərilən xidmətlərə görə ödənişləri vaxtında və tam şəkildə təmin etmək öhdəliyinin öz üzərinə götürməyinə baxmayaraq xidmət müqaviləsi bağlandığı andan, yəni xx.xx.2024-cü il tarixindən və ikinci mənzil üzrə xx.xx.2025-ci il tarixindən etibarən hələ də cavabdeh tərəfindən heç bir xidmət haqqı ödənişi edilməmişdir. Nəticə etibarilə, xx.xx.2024-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək, cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 511,60 (beş yüz on bir manat, altmış qəpik) AZN və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək, cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 473.00 (dörd yüz yetmiş üç manat, sıfır qəpik) AZN xidmət haqqı ödənilmədiyi üçün, İddiaçı MMC-yə münasibətdə ümumi ƏDV daxil 5744,13 (beş min yeddi yüz qırx dörd manat, on üç qəpik) AZN həcmində borc məbləği yaranmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə uyğun olaraq, “öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək.” Vurğulamaq lazımdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini uzun müddət icra etməməsi və yaranmış borc məbləğini ödəməkdən yayınması iddiaçıya zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyat keçirməsinə də ciddi maneələr törədir. Cavabdehin həmin ödənişləri gecikdirməsi dolayı şəkildə iddiaçının da müvafiq qurumlara olan ödənişlərin ödənilməsinə və fəaliyyətini davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. Qeyd etdiyi kimi, mənzil mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin idarə edilməsi, yəni texniki və təmizlik xidmətləri, mühafizə xidmətləri cavabdehin hesabına iddiaçı tərəfindən həyat keçirilir. Belə ki, sözügedən xidmətlərin həyata keçirilməsi üçün iddiaçı da digər müəəsisələr ilə əməkdaşlıq edir. Belə olan halda cavabdeh tərəfindən xidmət haqqının vaxtı-vaxtında ödənilməməsi iddiaçının həm cavabdehə, həm də digər müəssisələrə qarşı öz öhdəliklərini icra etməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçının hər dəfəsində hazırkı iş üzrə cavabdehin və digər mənzil mülkiyyətçilərinin yerinə bu ödənişləri öz hesabına həyata keçirməsi iddiaçının maliyyə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Digər halda, yəni ödənişlər müvafiq üçüncü şəxslərə ödənilmədikdə isə, həmin şəxslər iddiaçını cavabdeh qismində görürlər. Qeyd edək ki, İddiaçı MMC bazarda, həmçinin ölkədə real olaraq bilinən nüfuzlu şirkətlərdən biridir və hər hansı bir dövlət orqanlarına və ya özəl müəssisələrə, fiziki şəxslərə qarşı heç bir borc öhdəliyi yoxdur. Lakin mənzil mülkiyyətçisi-cavabdeh tərəfindən yol verilən hallardan dolayı, İddiaçı MMC müvafiq üçüncü şəxslər qarşısında həm borclu kimi çıxış edir, həm də şirkətin işgüzar nüfuzuna ciddi şəkildə xələl dəymiş olur. Nəzərinizə çatdırırıq ki, yaranan borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, həmçinin müqavilə üzrə ödənişlərin təmin edilməsi tələbi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün Cavabdeh kifayət qədər möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və vurulan bütün zərərin əvəzinin ödənilməsi tələb ediləcəyi barədə xəbərdarlıq edilsə belə, bir nəticə əldə olunmamışdır. Tərəflərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 236.5 kv.m olan mənzili (Yeni qaydalarla: AZ1010, ünvan 3, M3, m2) alıcı Cavabdeh 568.800 manata satmışdır. xx.xx.2025-ci il tarixli 25/095 nömrəli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən Bu Müqaviləyə əsasən İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin (bundan sonra - Obyekt(lər)) yerləşdiyi Azərbaycan Respublikası, ünvan 5 ünvanında yerləşən "Gümüş Residence" yaşayış binasında (bundan sonra - Yaşayış Kompleksi) bu Müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi (bundan sonra - Xidmətlər adlanacaq), Sifarişçi isə bu Xidmətlərin müqabilində Müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının (bundan sonra - Xidmət haqqı) və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür. Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2025ci il tarixli, 25/095 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “Gümüş Residence” Yaşayış Kompleksinin A blokunun 3-cü mərtəbəsində yerləşən 2 nömrəli mənzilin (ümumi sahəsi 236.5 kv.m) hər kv.m-i üçün idarə edənə ƏDV daxil 2.00 manat məbləğində xidmət haqqı ödəməyi sifarişçi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 255.8 kv.m olan mənzili (Yeni qaydalarla: AZ1010, ünvan 3, M4, m2) alıcı Cavabdeh 630.000 manata satmışdır. Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2024cü il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən əsasən Bu Müqaviləyə əsasən İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin (bundan sonra - Obyekt(lər)) yerləşdiyi Azərbaycan Respublikası, ünvan 5 ünvanında yerləşən "Gümüş Residence" yaşayış binasında (bundan sonra - Yaşayış Kompleksi) bu Müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi (bundan sonra - Xidmətlər adlanacaq), Sifarişçi isə bu Xidmətlərin müqabilində Müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının (bundan sonra - Xidmət haqqı) və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “Gümüş Residence” Yaşayış Kompleksinin A blokunun 4-cü mərtəbəsində yerləşən 2 nömrəli mənzilin (ümumi sahəsi 255.8 kv.m) hər kv.m-i üçün idarə edənə ƏDV daxil 2.00 manat məbləğində xidmət haqqı ödəməyi sifarişçi öhdəsinə götürür. "xxxx" MMC-nin Ümumi Yığıncağının GR/01 nömrəli xx.xx.2020-ci il tarixli qərarının 1-ci bəndindən görünür ki, ünvan 6 ünvanında yerləşə çoxmənzilli yaşayış kompleksinin idarə edilməsi üsulu “İdarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC yaşayış kompleksinin idarəedici təşkilatı seçilmişdir . Həmin Qərarın 3-cü bəndindən görünür ki, idarəedici təşkilat tərəfindən yaşayış kompleksində göstəriləcək və nümunəvi siyahısı bu Qərara əlavədə müəyyənləşdirilmiş xidmətlərə görə yaşayış sahələrinin mülkiyyətçilərinə münasibətdə tətbiq edilən aylıq xidmət haqqının minimum məbləği yaşayış sahələrinin dupleks olub-olmamasından, hüquqi və ya fiziki şəxslərə mənsubiyyətindən, müvafiq hüquqi və ya fiziki şəxslər tərəfindən yaşayış məqsədilə təyinatına uyğun istifadəyə verilib-verilməməsindən asılı olaraq Yaşayış Kompleksindəki yaşayış sahələrinin hər 1.00 kv.m.-i üçün ƏDV daxil 1.00 AZN-2.50 AZN aralığında müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndindən görünür ki, bu Qərarın 3-cü bəndində nəzərdə tutulmuş xidmət haqqı üzrə ödənişlərin tətbiq olunma və hesablanma tarixi yaşayış sahə(lər)inin müvafiq alqı-satqı/ipoteka müqaviləsi və ya digər sənəd (order, qərar, sərəncam, akt və s.) əsasında fiziki/hüquqi şəxslərin (sakinlərin) sahibliyinə, istifadəsinə və ya sərəncamına verildiyi tarixdən başlayır. Adıçəkilən MMC-nin Ümumi Yığıncağın qərarı təsisçilər tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli **********16 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 82.15 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli, FMG-01.25.321 nömrəli pretenziya bildirişindən görünür ki, cavabdeh 5744.13 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəmə və ya hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə məlumat verilmişdir. Pretenziyaya əlavə edilmiş qaimədən görünür ki, xx.xx.2025-ci il tarixində Mərdan Bədirov adlı şəxs tərəfindən bildiriş qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X2 tərəfindən “Praym Leqal” vəkil bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 540 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2-ci Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2 Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 236.5 kv.m olan mənzil (Yeni qaydalarla: AZ1010, ünvan 3, M3, m2) alıcı Cavabdeh satılmışdır. Həmin tarixdə çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən idarəçi qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahəsinin bu Müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu Xidmətlərin müqabilində Müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2025ci il tarixli, 25/095 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “Gümüş Residence” Yaşayış Kompleksinin A blokunun 3-cü mərtəbəsində yerləşən 2 nömrəli mənzilin (ümumi sahəsi 236.5 kv.m) hər kv.m-i üçün idarə edənə ƏDV daxil 2.00 manat məbləğində xidmət haqqı ödəməyi sifarişçi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 255.8 kv.m olan mənzili (Yeni qaydalarla: AZ1010, ünvan 3, M4, m2) alıcı Cavabdeh satmışdır. Həmin tarixdə çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən idarəçi qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahəsinin bu Müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu Xidmətlərin müqabilində Müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “Gümüş Residence” Yaşayış Kompleksinin A blokunun 4-cü mərtəbəsində yerləşən 2 nömrəli mənzilin (ümumi sahəsi 255.8 kv.m) hər kv.m-i üçün idarə edənə ƏDV daxil 2.00 manat məbləğində xidmət haqqı ödəməyi sifarişçi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iki ayrı mənzilə görə çoxmənzilli binada xidmətlərin göstərilməsi müqabilində mənzilin hər kvadratmetrinə görə 2.00 manat haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin qeyd ediln pul məbləği ödənilmədiyindən iddiaçı xx.xx.2025-ci il tarixə qədər olan borcun cavabdehdən məhkəmə qaydasında tutulması üçün müraciət etmişdir. İddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Odur ki, iddia təmin edilməli, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində bağlanmış xidmət müqavilələrinə əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli, 63, M4, m2 ünvanında yerləşən mənzilə göstərilmiş komunnal xidmət haqqına və xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinə kimi Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli, 63, M3, m2 ünvanında yerləşən mənzilə göstərilmiş komunnal xidmət haqqına görə ƏDV daxil 5744,13 (beş min yeddi yüz qırx dörd manat, on üç qəpik) manat borc məbləğinin Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələblərinin hüquqi yardıma və vəkilə ödənilmiş pulun cavabdehdən tutulması hissəsində də əsaslı sayır. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya ödənilməmiş pulun əvəzinin cavabdehdən tutulmasının təmin edilməsi üçün hüquqi yardımdan istifadə etməsi və vəkil ilə təmsil olunması nəticəsində ona qeyd edilən zərər də dəymişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən hüquqi yardım üçün 170 manat, vəkil xərci olaraq isə 300 manat məbləğində pulun iddiaçı tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır Məhkəmə iddianın dövlət rüsumun cavabdehdən tutulması hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edildiyindən həmin hissəyə mütənasib olaraq 82.15 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində bağlanmış xidmət müqavilələrinə əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli, 63, M4, m2 ünvanında yerləşən mənzilə göstərilmiş komunnal xidmət haqqına və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli, 63, M3, m2 ünvanında yerləşən mənzilə göstərilmiş komunnal xidmət haqqına görə ƏDV daxil 5744,13 (beş min yeddi yüz qırx dörd manat, on üç qəpik) manat borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 (yüz yetmiş) manat, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) manat və 82,15 (səksən iki manat, on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 6296,28 (altı min iki yüz doxsan altı manat, iyirmi səkkiz qəpik) manat Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6675/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6675/2025
17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver