Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6692/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Respublika Perinatal Mərkəzi” X6 nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Respublika Perinatal Mərkəzi” X7rşı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 3.500 manat, mənəvi zərərə görə 100.000 manat – cəmi 103.500 (yüz üç min beş yüz) manatın cavabdeh “Respublika Perinatal Mərkəzi” X11dən tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ikinci cavabdehin işə cəlb olunması barədə vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun qısa izahat verərək, mülki işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Respublika Perinatal Mərkəzi” X11 nümayəndəsi və vəkili Vəkil2 qısa izahat verərək bildirdi ki, iddiaçı hadisənin 2005-ci ildə aprel ayında “Respublika Doğum Evi” tibb müəssisəsində baş verdiyini qeyd etmişdir, onun fikrinə görə “Respublika Perinatal Mərkəzi” X5 hüquqi varisidir, ona görə də tələbə o cavabdeh verməlidir, lakin “Respublika Doğum Evi” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2009-cu il tarixli 154 nömrəli əmrinə əsasən ləğv edilmişdir, yəni yenidən təşkil edilməmişdir, hüquqi varislik qaydasında hər hansı müəssisəyə keçməmişdir, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi isə inzibati orqandır və Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən, inzibati orqanların hərəkətləri nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır, maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iclasında cavabdeh “Respublika Perinatal Mərkəzi” X11 nümayəndəsi R.Ə.Ağaquliyeva Vəkil2 izahatına uyğun olaraq qısa izahat verdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə qısa izahat verərək bildirdi ki, hazırki işə mülki icraat qaydasında hazırki məhkəmədə baxıla bilməz, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqandır, buna görə də hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Ə.S.Hümbətov zərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin izahatına uyğun qısa izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqandır, ona qarşı irəli sürülmüş iddiaya hazırki məhkəmədə baxılmamalıdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddia tələbi “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədədir, cavabdeh qismində əvvəlcə, “Respublika Doğum Evi”nin hüquqi varisi kimi “Respublika Perinatal Mərkəzi” X14 göstərilmiş, iddiaçının xx.xx.2022-ci il tarixli vəsatəti əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ikinci cavabdeh kimi işə cəlb edilmişdir, “Respublika Doğum Evi” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 noyabr 2009-cu il tarixli 154 №-li əmri ilə ləğv edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 dekabr 2019-cu il tarixli 147 №-li Qərarı əsasında “Respublika Perinatal Mərkəzi” X14 yaradılmışdır, onun “Respublika Doğum Evi” tibb müəssisənin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana (maddi və mənəvi) görə kompensasiyanın ödənilməsi barədə olduğundan və tələbin yönəldiyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqan olduğundan, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 7.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi inzibati orqan kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbz barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 394 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 394 manat dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 114, 261-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Respublika Perinatal Mərkəzi” X4rşı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı tərəfindən 08 oktyabr 2022-ci il tarixdə ödənilmiş 394 (üç yüz doxsan dörd) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6692/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6692/2022
28.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver