Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6794/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4607 manat (dörd min altı yüz yeddi) vəsaitin, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, nümayəndəsi olduğum İddiaçı tanışı Yusifli Zərifə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsində təmir-tikinti işlərinin görülməsi ilə bağlı ona köməklik göstərilməsi ilə bağlı iddiaçıya müraciət etmişdir. Sözügedən bağ sahəsinin qonşuluğunda Cavabdeh məxsus olan bağ sahəsi yerləşir. Hansı ki, Yusifli Zərifəyə məxsus olan bağ sahəsinin ayıredici divarları ilə cavabdehin ayırdedici divarları arasında müəyyən məsafə vardır və orada yol olmuşdur. Cavabdeh isə həmin yolu zəbt edərək, Yusifli Zərifəyə məxsus bağ sahəsinin ayıredici divarlarına bitişik depo tikmişdir. Sözügedən bağ sahələrinin ayıredici divarları yararsız vəziyyətdə olduğu üçün iddiaçı həmin bağ sahələri arasında mövcud olan hasarın təmiri ilə bağlı cavabdehə müraciət etmişdir və onlar razılığa gəlmişlər ki, təmir işlərinə çəkilən xərclərdə birgə iştirak edəcəklər. Bundan iddiaçı hasarı təmir etmiş və yaxşılaşdırma nəticəsində hər iki bağ sahəsinin, o cümlədən cavabdehə məxsus bağ sahəsinin hasarı da təmirli vəziyyətə gətirilmişdir. İddia ərizəsinə əlavə edilən fotoşəkillərdən də göründüyü kimi iddiaçı köhnə yararsız hasarın əvəzinə dayanıqlı hasar tikdirmişdir. İddiaçı sözügedən təmir işlərinin görülməsinə ümumilikdə təxmini on min manat vəsait sərf etmişdir və işlərin görülməsi zamanı dəfələrlə cavabdehə təklif etmişdir ki, sözügedən təmir işlərinin çəkilməsinə sərf olunan xərclərdə iştirak etsin. "xxxx" MMCnin 29 iyul 2024-cü il tarixli 02-106/24 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evinin giriş sağ tərəfində hörülmüş, uzunluğu L=66,0 P.M olan, tək daşla hörülmüş dəmir-beton konsruksiyalı hasara çəkilmiş xərclərin məbləği (material və işçilik daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9214,71 manat (doqquz min iki yüz on dörd manat, 71 qəpik) təşkil edir. Sözügedən mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 300 manat xidmət haqqı ödənilmişdir. Lakin, cavabdeh sözügedən təmir işlərinin görülməsi üçün iddiaçıya heç bir vəsait ödəməmişdir. İddiaçı sözügedən hasarın təmirinə çəkdiyi xərclərin yarısını cavabdehdən tələb etdikdə cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan pul tələb etmişdir. Belə ki, Cavabdeh iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ sahəsində olan anbara və bağ evinin hasarına İddiaçı vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, hüquqi xidmətə görə vəkilə ödədiyi 800 manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla ümumilikdə isə 9536 (doqquz min beş yüz otuz altı) manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ə.Səkinəyə məxsus bağ sahəsinin zaborunu sökmüş və ona maddi ziyan vurmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı 2658,0 (iki min altı yüz əlli səkkiz) manat maddi ziyana görə pul, vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 250 manat olmaqla, cəmi 3408 manat və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamədən tərəfimizdən apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. İndiki halda, Rəhimli X1 Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinin icrası məqsədilə sözügedən məbləği Cavabdeh ödəməlidir. Digər tərəfdən, İddiaçı artıq Cavabdeh məxsus olan bağ sahəsinin hasarını tam təmir etdirib və Ə.Səkinə bu təmirin edilməsi üçün heç bir vəsait sərf etməyib. Nəzərə alınsa ki, İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinin icrası məqsədilə qeyd edilən məbləği Ə.Səkinəyə ödəməlidir, bu halda Ə.Səkinə də sözügedən təmir işlərinin görülməsi üçün iddiaçının çəkdiyi xərclərin yarısını, yəni 4607 manat pul vəsaitini iddiaçıya ödəməlidir, çünki iddiaçının etdiyi təmir işləri nəticəsində Ə.Səkinəyə məxsus bağ sahəsinin hasarı da təmirli vəziyyətə gətirilmişdir. Hətta, Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsində də qeyd edilib ki ,“İddiaçı bu məsələ ilə bağlı cavabdehlə danışarkən iddiaçıya öz evinin tikintisi bitdikdə guya iddiaçının da zaborunu düzəltdirəcəyini söz vermişdir. Lakin iddiaçı bu qədər vaxtı gözləyə bilmir”. Göründüyü kimi əgər İddiaçı Ə.Səkinəyə məxsus bağ sahəsinin hasarını sökdüyünün həqiqi olduğunu qəbul etsək belə, Ə.Səkinə bilirdi ki, İddiaçı onun hasarını düzəldəcək. Başqa sözlə, Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə qeyd edilən pul məbləğinin İddiaçı tutularaq Ə.Səkinəyə ödəniləcəyinə baxmayaraq, Ə.Səkinə öz hasarını R.Turalın hesabına təmir etdirməklə əsassız olaraq varlanmışdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A saylı bağ evi ona məxsusdur və çıxarışı, sənədləri hər biri rəsmi olaraq onun adınadır, bağ evinin zaboru İddiaçı tərəfindən sökülmüşdür. Buna görə də tərəflər arasında məhkəmə mübahisəsi olmuş, məhkəmənin qərarı ilə İddiaçı vurduğu zərərin ona ödənilməsi nəzərdə tutulmuşdur, iddiaçı həmin qətnamədən şikayət versə də, şikayəti təmin edilməmişdir, indi isə ondan pul tələb edir, axı o, niyə Tural Rəhimova pul verməlidir, o öz dağıtdığı hasarı yenidən çəkib, Tural Rəhimovun çəkdiyi hasar ona lazım deyil, onun öz hasarı var idi və həmin hasar olduqca sağlam idi, yeni hasara ehtiyacı yox idi, Tural Rəhimov hasarı onun razılığı olmadan dağıtmışdır, indi isə öz pozuntusunu aradan qaldırdığına görə ondan pul tələb edir, Tural Rəhimovun ucbatından uzun müddətdir ki, məhkəmələrdə əziyyət çəkir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 12/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 2658,0 manat maddi ziyana görə pul, vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 250 manat olmaqla, cəmi 3408 manat və 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsi iddiaçı Cavabdeh məxsusdur. Həmin bağ sahəsinin qonşuluğunda cavabdeh İddiaçı tərəfindən tikinti işləri aparılarkən, iddiaçıya məxsus olan anbarın və hasarın dağıdılması nəticəsində həmin tikililər sökülmüşdür. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə və hasara cavabdeh İddiaçı vurduğu maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, qeyd olunan ərazidə ona məxsus əmlakın olmadığını, tikinti və söküntüdə iştirak etmədiyini, həmin əmlaka heç bir aidiyyatının olmadığını, əksinə iddiaçının özünün qanunazidd hərəkətləri nəticəsində iddia edilən hadisəyə səbəb olduğunu bildirir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evinin giriş sağ tərəfində hörülmüş, uzunluğu L=66,0 p.m olan, tək daşla hörülmüş dəmir-beton konstruksiyalı hasara çəkilmiş xərclərin məbləği (material və işçilik daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9214,71 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsi Cavabdeh məxsus olmaqla İddiaçı məxsus olan bağ sahəsinin qonşuluğunda yerləşir, bağ sahələri arasında yerləşən hasar iddiaçı tərəfindən dağıdılmışdır, bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hasarı dağıtması ilə müşayiət olunan zərərin İddiaçı tərəfindən ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin hasarın onun tərəfindən inşa edildiyini, hasar çəkilməsi nəticəsində cavabdehin əsassız varlandığını qeyd edərək, cavabdehdən hasarın inşası məqsədilə çəkilmiş xərclərin yarısını tələb edir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddaçı, əvvəllər mövcud olmuş mərzin (daş hasarın) yenisi ilə əvəz edilməsi zəruriliyi barədə sübutetmə vəzifəsi daşıyır. Lakin o, mübahisəli tikilinin sökülməsinə haqq qazandıran halların mövcudluğu ilə bağlı sübutlar təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bundan başqa, cavabdehin həmin hasarın inşa edilməsi ilə bağlı xərclərin yarısında iştirak edəcəyinə dair razılığı da yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Həmin Məcəllənin 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 4607 manat (dörd min altı yüz yeddi) vəsaitin, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 4607 manat (dörd min altı yüz yeddi) vəsaitin, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6794/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6794/2024
02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver