Məhkəmə qərarları › İş №e-2(011)-6797/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6797/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6797/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh Saipa Tıba SX minik markalı, **-GN-*** nömrə nişanlı avtomobilinə dəymiş 5445 manat maddi ziyan, vəkilə ödədiyi 4490 manat və dövlət rüsumu 80 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, vəkilə ödənilmiş 4490 manat sözünün 490 manatla əvəz edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu məhkəməyə ərizə ilə müraciət edərək, ekspertza xərci kimi ödənilmiş 150 manat pul vəsaitinin də cavabdehdən tutulmasını xahiş etdi. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı göstərmişdir ki, etibarnamə əsasında Saipa Tiba SX minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə 22 iyun 2025-ci il tarixdə saat təxminən 13 radələrində Qəbələ şəhərinin giriş hissəsində, Z.Əliyeva küçəsi ilə üzü Şəki rayonu istiqamətdə hərəkətdə olmuş, avtomobildə ön oturacaqda sərnişin qismində atası Əhmədağa, arxa oturacaqda daha iki nəfər sərnişini varmışdır. İddiaçı Qax rayonuna toy məclisinə gedirdi. Surət də təxminən 60 km/saat olmuşdur. Qəbələ şəhərinə girmədən oradakı yol dairəsinə keçərək Qəbələ şəhərinin girişindəki sağındakı yol dairəsinə çatmağa təxminən 18-20 metr qalmış, qəflətən yol dairəsindən qara rəngli bir avtomobil, sonradan sürücüsünü tanıdığı Talehə adlı sürücü yol dairəsində gözləmədən idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə hərəkət çıxmışdır. Dərhal tormoz pedalını basmış, toqquşmadan yayınmaq üçün avtomobilini bir qədər meyilləndirmişdir. Ancaq avtomobilləri arasındakı məsafə qısa olduğundan hadisədən ya bilməmiş, toqquşma qaçılmaz olmuşdur. Belə ki, avtomobilinin hərəkət yolunda Chevrolet Cruze markalı avtomobil ön hissəsi ilə avtomobilinin sağ orta hissəsindən vurmuşdur. Bundan sonra idarəetməni itirmiş, avtomobili yerində fırlanaraq əks istiqamətli hərəkət zolağına, oradan da yolun kənarındakı ehtiyat hissəyə çıxaraq sol yan tərəfi reklam lövhəsinin dirəyinə dəyərək dayanmışdır. Hadisə zamanı avtomobildə olan sərnişinlər Ramiq və Sevinc xəsarət aldıqları xəstəxanaya müraciət etmişlər. Özü isə hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmiş, onlar hadisə yerinə baxış keçirmiş, həmin sənədlərlə tanış olaraq imzalamışdır. Chevrolet Cruze markalı avtomobilin sürücüsü Talehə də baxışda iştirak etmişdir. Daha sonra xəstəxana getmişlər, orada alkoqol sərxoşluğu həkim vasitəsilə yoxlanılmışdır. Sonradan qorxduğu, həyata keçirdiyi üçün Qəbələ rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Baş vermiş hadisə zamanı avtomobil əhəmiyyətli dərəcədə əzilmiş, maddi ziyan dəymişdir. İddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Chevrolet Cruze markalı avtomobilin yol dairəsindən qəflətən gözləmədən qısa məsafədən onun hərəkət yoluna daxil olmuşdur. Dərhal bu barədə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişdir. Chevrolet Cruze markalı avtomobilin sürücüsü Cavabdeh hadisənin onun tərəfindən səhlənkarlıq ucbatından törədildiyini etiraf etdi və avtomobilinin sığortasının olmadığını bildirdi. Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X1 tərəfindən hadisə ilə əlaqədar araşdırma aparılaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Həmin qərarda izahatı alınmış Cavabdeh törətmiş hadisəni etitaf etmişdir. Ona görə də onun barəsində Chevrolet Cruze markalı avtomobili etibarnaməsi olmadan sürdüyünə görə və eyni zamanda yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycab Respublikası İXM-nin 327.2 və 332.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Mənim əməlimdə heç bir inzibati xəta olmadığı qərarda göstərilmişdir. Eyni zamanda qərarda Saipa Tıba SX minik markalı, 99-GN452 nömrə nişanlı avtomobilimə dəymiş 5445 manat maddi ziyanın mülki məhkəməyə müraciət etməyim qərarda izah olunmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Cavabdeh Saipa Tıba SX minik markalı, **-GN-*** nömrə nişanlı avtomobilinə dəymiş 5445 manat maddi ziyan, vəkilə ödənilən 490 manat, dövlət rüsumu 80 manat və ekspertza xərci kimi ödənilmiş 150 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK-1/676 saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət ışının başlanması rədd edilməsi, qəbul edilmiş qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilməsi, İddiaçı əməlində inzibati xəta tərkibinin olmadığı nəzərə alınması, sürücülər İddiaçı və Cavabdeh hadisə nəticəsində avtomobillərinə dəymiş maddi ziyana görə mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın Cavabdeh tərəfindən verilən izahatından görünür ki, İddiaçı əvvəllər tanımamış, ədavəti yoxdur. Etibarnamə əsasında Chevrolet Cruze markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 22 iyun 2025-ci il tarixdə saat təxminən 13 radələrində həmin avtomobili idarə edərək Qəbələ şəhərinin çıxış hissəsində yerləşən heykəlin yanından Vəndam qəsəbəsi istiqamətdə gedəcəkmiş. Avtomobilində sərnişin olmamışdır.Belə ki, yol dairəsinə daxil edərək oradan sola dönməli, ana heykəlinin qarşısındakı yol dairəsindən sola dönüb baş yola daxil olaraq hərəkətə davam etməli imiş.Yol dairəsinə daxil olanda sürəti 32 km/saat imiş.Ancaq baş yola çıxan zaman diqqətsizlik edərək gözləmədən baş yola çıxmışdır.Təxminən 6-7 metr məsafə qət etmişdir ki, bu zaman Vəndam qəsəbəsi istiqamətdə baş yolla gələn bir avtomobili görmüş, ancaq artıq gec olmuşdur.Belə ki, avtomobilinin ön hissəsi sonradan tanıdığı Ülvü adlı şəxsin idarə etdiyi ağ rəngli Saıpa markalı avtomobilin sağ yan tərəfindən vurmuş,həmin avtomobil yerində fırlanaraq əks istiqamətli yola çıxmış, yolun kənarındakı reklam lövhəsinin dirəyinə dəyərək dayanmışdır.Dərhal avtomobili saxlamış, yerə düşərək həmin avtomobilə yaxınlaşmış, orada iki nəfər sərnişin xəsarət aldığı üçün oraya çağırılmış təcili tibbi yardım avtomobili ilə. xəstəxanaya aparılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmiş, onlar gəldikdə isə polis əməkdaşları ilə birlikdə hadisə yerinə keçirilən baxışda iştirak etmiş, tərtib edilmiş sənədlərlə tanış olaraq imzalamışdır. Cavabdeh ona verilənə əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisənin bäş verməsinə səbəb diqqətsizlik edərək yol . dairəsindən gözləmədən baş yola çıxmağı olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın alınmasına görə Bakı şəhər 5 saylı Vəkil Bürosuna 490 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin alınmasına görə 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2025-ci il tarixli Avtoservis Badamdar tərəfindən verilən qüsur aktından görünür ki, Saipa Tıba SX minik markalı, **-GN-*** nömrə nişanlı avtomobilinə dəyən ümumi zərər 5445 manat hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-410/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, **-GN-*** dövlət qeydiyyat nişanlı “Saipa Tıba SX” minik markalı avtomobilinə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq,ehtiyat hissələri üzrə 3105 manat, nəqliyyat vasitəsinin təmiri üçün 1660 manat olmaqla, ümumilikdə 4765 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, qanuni əsaslarla onu idarə etmiş olan Cavabdeh daşımalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, **-GN-*** dövlət qeydiyyat nişanlı “Saipa Tıba SX” minik markalı avtomobilə zərər Cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin Cavabdeh səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın Cavabdeh tərəfindən verilən izahatından görünür ki, İddiaçı əvvəllər tanımamış, ədavəti yoxdur. Etibarnamə əsasında Chevrolet Cruze markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 22 iyun 2025-ci il tarixdə saat təxminən 13 radələrində həmin avtomobili idarə edərək Qəbələ şəhərinin çıxış hissəsində yerləşən heykəlin yanından Vəndam qəsəbəsi istiqamətdə gedəcəkmiş. Avtomobilində sərnişin olmamışdır.Belə ki, yol dairəsinə daxil edərək oradan sola dönməli, ana heykəlinin qarşısındakı yol dairəsindən sola dönüb baş yola daxil olaraq hərəkətə davam etməli imiş.Yol dairəsinə daxil olanda sürəti 32 km/saat imiş.Ancaq baş yola çıxan zaman diqqətsizlik edərək gözləmədən baş yola çıxmışdır.Təxminən 6-7 metr məsafə qət etmişdir ki, bu zaman Vəndam qəsəbəsi istiqamətdə baş yolla gələn bir avtomobili görmüş, ancaq artıq gec olmuşdur.Belə ki, avtomobilinin ön hissəsi sonradan tanıdığı Ülvü adlı şəxsin idarə etdiyi ağ rəngli Saıpa markalı avtomobilin sağ yan tərəfindən vurmuş,həmin avtomobil yerində fırlanaraq əks istiqamətli yola çıxmış, yolun kənarındakı reklam lövhəsinin dirəyinə dəyərək dayanmışdır.Dərhal avtomobili saxlamış, yerə düşərək həmin avtomobilə yaxınlaşmış, orada iki nəfər sərnişin xəsarət aldığı üçün oraya çağırılmış təcili tibbi yardım avtomobili ilə. xəstəxanaya aparılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmiş, onlar gəldikdə isə polis əməkdaşları ilə birlikdə hadisə yerinə keçirilən baxışda iştirak etmiş, tərtib edilmiş sənədlərlə tanış olaraq imzalamışdır. Cavabdeh ona verilənə əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb diqqətsizlik edərək yol dairəsindən gözləmədən baş yola çıxmağı olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-410/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, **-GN-*** dövlət qeydiyyat nişanlı “Saipa Tıba SX” minik markalı avtomobilinə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq,ehtiyat hissələri üzrə 3105 manat, nəqliyyat vasitəsinin təmiri üçün 1660 manat olmaqla, ümumilikdə 4765 manat təşkil edir. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 4765 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 490 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın alınmasına görə Bakı şəhər 5 saylı Vəkil Bürosuna 490 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona görə də hüquqi yardımın alınmasına görə ödənilmiş 490 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən məbləğdə maddi zərər dəymişdir. Məhkəmə həmçinin iddia tələbinin “150 manat mütəxəssis rəyinin alınmasına görə ödənilmiş pulun cavabdehdən tutulmasına dair” hissəsini əsaslı hesab edərək, qeyd edir ki, mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli cavabdehdən 80 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Saipa Tıba SX” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4765 (dörd min yeddi yüz altmış beş) manat maddi ziyan, hüquqi yardım alınmasına görə 490 (dörd yüz doxsan) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 150 (yüz əlli) manat və 80 (səksən) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5485 (beş min dörd yüz səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar