Məhkəmə qərarları › İş №e-2(011)-6878/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6878/2023

29.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6878/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı “pul tələbi və borcda payların müəyyən edilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (Əlizadə) onun əvəzinə ödədiyim 5605.32 (beş min altı yüz beş) manat pulu tutularaq mənə verilməsinə və öhdəlik bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə təqdim edərək, Cavabdeh1 (Əlizadə) onun əvəzinə İpoteka kreditinə və sğorta haqqına ödədiyim 5794.54 manat pulun tutularaq ona verilməsinə və Cavabdeh2 ASC tərəfindən öhdəlik bölgüsünün aparılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızı ilə 09.12..2006-cı ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan 29 sentyabr 2007-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlib. Cavabdehlə birgə nikahda olduqları dövrdə 30 mart 2012-ci il tarixdə, 28 il müddətinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən ev 17 mənzil 49 saylı 2 otaqlı evi ipoteka krediti ilə, ayda 168,37 manat cavabdehlə birgə ödəmək şərti ilə almışlar. Xətai Rayon Məhkəməsinin 2(011)-7324/2015 saylı 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək evin bölünməsi və mülkiyyət hüququnun verilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)- 7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmişdir. Cavabdeh həmin mənzilin 2040-cı ilədək, ayda 168.37 manat ödəmək şərti ilə Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edildiyini bildiyi, həmin kreditin onunla birgə ödəməyi öz öhdəsinə götürdüyünü bildiyi halda, öz payına düşən 50% hissəsini ödəməkdən qərəzli yayınır, həmin ipoteka krediti hər ay 168.37 manat olmaqla onun tərəfindən ödənilir. Bundan başqa Cavabdeh2 ASC-ilə bağlanılmış ipoteka müqaviləsinin şərtlərinə əsasən, həm ipoteka ilə yüklü edilən mənzil hər il 61 (altmış bir) manat məbləğində mənzil sğortası edilməli, həm də bankda ipoteka kredit borcunu cavabdehlə birlikdə ödəməyi müqavilə əsasında öz öhdəmizə götürdüklərinə görə, hər il 160.69 manat məbləğində “həyat sığortası” ödənilməlidir. Birgə nikah dövründə əldə edilmiş mənzil Turanbank” ASC-də ipotekada olduğu üçün, 30 mart 2040-cı il tarixinə qədər hər ay 168.37 manat kredit borcunu və hər il üçün 221.69 manat sığorta borcları cavabdehlə birgə ödənməlidir. Çünki həmin mənzil birgə mülkiyyətdədir və cavabdehin də həmin mənzilə onunla bərabər mülkiyyət hüququ var, bundan da başqa kredit müqaviləsi üzrə cavabdeh də Turanbank” ASC qarşısında onunla birgə kredit ödənişi öhdəliyi götürmüşdür. Bu da əsasdır ki, cavabdeh də hər ay mənzilin aylıq kredit borcunun və hər il sığorta məbləğinin 50% hissəsini ödəsin. Dəfələrlə Cavabdeh1 ipoteka kreditinin aylıq ödənişinin yarı hissəsini tələb etsə də cavabdeh bu ödənişdən qərəzli şəkildə imtina etdiyinə görə 2018-ci ilin sonlarında Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, rəsmi nikah pozulduğu gündən16 oktyabr 2015-ci il tarixdən 2018-ci ilin noyabr ayı daxil olmaqla İpoteka krediti üçün ödənilmiş məbləğin və sığorta ödənişinin yəni onun payına düşən 50% hissəsinin cəmi 3446.35 manat cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təqdim edərək guya həmin mənzilin onun tərəfimdən kirəyə verilməsi və kirayədən əldə olunmuş 4500 manatın 50% hissəsinin yəni 2250 manatın məndən tutularaq cavabdehə verilməsini xahiş etmişdir. Lakin heç bir sübut və dəlil təqdim etməyən cavabdeh öz anasını şahid qismində məhkəməyə gətirərək ad və soyadını Dilarə Vəliyeva kimi təqdim edərək evin kirayə verilməsini sübut etməyə çalışmışdır. Məhkəmə zalında müəyyən olunmuşdur ki, şahid qismində iştirak edən şəxs cavabdehin anasıdır və Dilarə Vəliyeva olması barədə sənədi yoxdur. Xətai rayon Məhkəməsi onun təqdim etdiyi bütün sənəd və sübutların natoriat qaydada təstiq olunmuş formasını işə tikərək xx.xx.2018-ci il tarixdə 2(011)-7038/2018 saylı qətnamə ilə onun iddiasını təmin etdi. Cavabdeh həmin qətnamədən Apellyasiya məhkəməsinə şikayət etdi. Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103)-2579/2019 saylı qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-7038/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103)-2579/2019 saylı qətnaməsidən Ali məhkəməyə şikayət vermiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-4751/2019 saylı qətnaməsi ilə Bakı Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli iş № 2(103)-2579/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 7038/2018 saylı qətnaməsi ilə 3446.35 manat cavabdehdən alınaraq ona ödənilmişdir. 2018-ci ilin noyabr ayından 2024-cü ilin yanvar ayı daxil olmaqla Cavabdeh1 əvəzinə İpoteka kreditinə və sığorta ödənişlərinə görə ümumilikdə 5794.54 manat pul ödəmişdir, həmçinin bundan sonra da 2040-cı ilə qədər də ödənişlər həyata keçirilməlidir və buna görə də bundan sonra banka ödənilməli olan pul öhdəliyinə də tərəflərin ½ hissədə payı müəyyən edilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh1 izahatında bildirdi ki, həmin evdə yaşamamışdır və o, həmin evdə yaşamadığı dövrdə iddiaçı həmin evi kirayə vermiş, həmin kirayə müqaviləsi ilə əldə edilmiş gəlirdən ona çatası məbləği verməmişdir, bundan sonra evə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunaraq həmin mənzilə köçürülmüşdür. İddiaçı oxşar mübahisə ilə bağlı əvvəl də məhkəməyə müraciət etmiş, həmin iddia təmin olmuş və məhkəmə tərəfindən müəyyən edilən pul məbləği onun tərəfindən iddiaçıya ödənilmişdir. Onun payına düşən məbləği ödəməyi iddiaçıdan o xahiş və ya tələb etməyib, əgər ödəmək istəmirdisə, bank qarşısında öhdəlik kimi müəyyən edərdi. Evə köçəndən sonra olan ayların ödənişləri ödəməkdən imtina etmir, lakin əməliyyat olunduğuna görə hazırda həmin məbləği ödəməyə imkanı yoxdur. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Cavid Babayev izahatında bildirdi ki, hazırki mübahisə ödənilmiş pul tələbi və bank qarşısında öhdəlikdə payların müəyyən edilməsi barədədir, bu tələblə bağlı bankın heç bir öhdəliyini müəyyən edilməli deyil, buna görə də bu iş üzrə bank tərəf olmalı deyil. Məhkəmə, iddiaçının, cavadeh Cavabdeh1 və Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 009/İK/B-12 nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Kreditor-İpoteka saxlayan Turanbank” ASC-nin Binəqədi filialı, Alıcı-İpoteka qoyan İddiaçı, X2 və Birgə X1 arasında razılaşmaya əsasən, Satıcı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, b. 17, 5 mərtəbəli, 4 bloklıı binanın 4-cü blokunun 5-ci mərtəbəsində verləşən, 2 otaqlı 49 saylı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 40 000 (qırx min) manatdır, mənzilin dəyərinin 6 000 (altı min) manatı Alıcı-İpotekaqoyanm özü tərəfindən, 34 000 (otuz dörd min) manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən “30” mart 2012-ci il tarixli 009/İK/B-12 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı- İpotekaqoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış “30” mart 2012-ci il tarixli 009/İK/B-12 № li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor- İpoteka saxlayana ipotekaya verir. Həmin müqaviləyə əsasən kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək 168.37 manat məbləğində bərabər hissələrlə ödənilməlidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 009/İK/B-12 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Kreditor Cavabdeh2 ASC-nin Binəqədi filialı, və birgə borcalanlar İddiaçı və X7 arasında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzilə dair daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalanlarlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminätlılıq əsasında 34 000 (otuz dörd min) manat məbləğində 336 (üç yüz otuz altı) ay müddətinə kredit verir. Borcalanlar kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Kredit Borcalanlara Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, mənzil 49 (bundan sonra yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir. Bu müqavilə üzrə Borcalanlarm öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: Borcalanlara və ya bu müqavilə üzrə borclu olmayan üçüncü şəxsə məxsus olan yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi; İpoteka ilə yüklii edilmiş daşınmaz əmlakın məhv olma və zədələnməsi riskinin sığortası (irəlidə - əmlak sığortası). Bu zaman Kreditor faydalanan şəxsdir; Borcalanlarm həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi üzrə sığortası (irəlidə -həyat sığortası). Bu zaman Kreditor faydalanan şəxsdir. İlk ödəniş üçün tarix xx.xx.2012ci il son ödəniş üçün isə xx.xx.2040-cı ildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1100 nömrəli reyestr kitabının 99507 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7324/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında olan xx.xx.2006-cı il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan övladları anası X3 yanında saxlanılması və onun saxlanılması üçün hər ay 110 manat məbləğində alimentin İddiaçı X3 xeyrinə tutulması qət edilmişdir İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İsayeva (Əlizadə) Fərqanə Lətif qızının ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və ipoteka müqaviləsinin dəyişdirilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, 17 nömrəli evin 49 nömrəli mənzili aralarında bölünərək həmin mənzilin ½ hissəsi üzərində X3 mülkiyyət hüququ tanınmış, X7 övladı ilə birlikdə həmin mənzilə köçürülmüş, İddiaçı İsayeva (Əlizadə) Fərqanə Lətif qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7038/2018 saylı, 02 noyabr 2018-ci il il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızına qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızından xx.xx.2012-ci il tarixli, 009/İK/B-12 saylı alqı-satqı və ipoteka müqaviləsi üzrə aylıq kredit borclarının ödənilməsinə görə 3446.35 manat məbləğində pul vəsaitin alınaraq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı Cavabdeh2 ASC-nin də üçüncü şəxs qismində cəlb olunduğu “mənzil kirayəsindən əldə edilmiş gəlirin yarısının verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya məhkəməsinin 2(103)-2579/2019 saylı 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-7038/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli iş 2(102)-4751/2019 saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103)-2579/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, X3 övladı X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, 17 nömrəli evin 49 nömrəli mənzilə köçürülməsi təmin edilmişdir. İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ pay əsasında İddiaçı və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görürünür ki, 009/İK/B-12 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarix də daxil olmaqla 10270,60 manat məbləğ Cavabdeh2 ASC-ə ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar, onlar arasındakı nikah xx.xx.2015-ci il tarixində pozulmuşdur, birgə nikahda olduqları xx.xx.2012-ci il tarixdə mübahisə predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzil ipoteka və kredit müqavilələri əsasında alınmışdır, həmin müqavilə üzrə hər iki tərəf, yəni İddiaçı və Cavabdeh1 Cavabdeh2 ASC qarşısında borcalanlar olmuşdur, müqavilə 28 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2040 tarixə qədər) bağlanmışdır, tərəflər arasında nikah pozulduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, 17 nömrəli evin 49 nömrəli mənzili aralarında bölünərək həmin mənzilin ½ hissəsi üzərində X3 mülkiyyət hüququ tanınmış və X7 övladı ilə birlikdə həmin mənzilə köçürülməsi müəyyən edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7038/2018 saylı, 02 noyabr 2018-ci il il tarixli qətnaməsi ilə cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızından xx.xx.2012-ci il tarixli, 009/İK/B-12 saylı alqı-satqı və ipoteka müqaviləsi üzrə aylıq kredit borclarının ödənilməsinə görə 3446.35 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir, hazırda mübahisəli mənzil üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüquqları müəyyən edilmiş, Cavabdeh1 övladı ilə birlikdə həmin mənzilə köçürülmüşdür, ipoteka müqaviləsi üzrə aylıq ödənişlər xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarix daxil olmaqla iddiaçı tərəfindən 10270,60 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hazırki mübahisə ipoteka müqaviləsi üzrə 2018-ci ilin noyabr ayından 2024-cü il yanvar ayı da daxil olmaqla ödənilmiş məbləğin yarısının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi və 2024-cü ilin fevral ayından 2040-cı ilin mart ayına qədər ödənilməli olan kredit məbləğinə tərəflərin ½ hissədə Cavabdeh2 ASC tərəfindən öhdəlik bölgüsünün aparılması barədədir. Bununla belə, tərəflərin paylarının tanınmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, birgə nikahda dövründə bağlanmış kredit müqaviləsi üzrə tərəflər birgə borclu kimi çıxış etdiklərindən, həmin müqavilə əsasında alınmış mənzil üzərində tərəflərin bərabər payları müəyyən edildiyindən banka ödənilmiş və ödəniləcək məbləğlər üzərində tərəflərin bərabər payları müəyyən edilməli, iddiaçı tərəfindən banka ödənilmiş məbləğin yarısı Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməli olan məbləğin miqdarına münasibətdə hesab edir ki, xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarix daxil olmaqla iddiaçı tərəfindən ödənilmiş 10270,60 manat məbləğin yarısı olan 5135,30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 2023-cü ilin dekabr ayından sonrakı aylar üzrə kredit ödənişləri barəsində tərəflərin ½ hissədə öhdəliyi müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı mənzilə dair sığorta ödənişini və 2024-cü ilin yanvar ayı üzrə kredit ödənişini həyata keçirdiyini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinin “Turanbank ASC tərəfindən öhdəlik bölgüsünün aparılması” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2012-ci il tarixli 009/İK/B-12 nömrəli kredit müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 birgə borclular (borcalanlar) olduğundan və müqavilədə öhdəliyin borcalanlar tərəfindən ayrı-ayrılıqa yerinə yetirilməsi müəyyən edilmədiyindən, həmçinin ödənilməli olan kredit ödənişləri barəsində tərəflərin ½ hissədə öhdəliyi məhkəmə tərəfindən müəyyən edildiyindən, iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 502-ci maddəsinə əsasən, birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır. Həmin Məcəllənin 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 509-cu maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 009/İK/B-12 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarix daxil olmaqla iddiaçı tərəfindən ödənilmiş 10270,60 manat məbləğin ½ hissəsini təşkil edən 5135,30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 2023-cü ilin dekabr ayından xx.xx.2040-cı il tarix daxil olmaqla hər ay üzrə ödənilməli olan 168,37 manat məbləğ üzərində tərəflərin ½ hissədə öhdəliyi müəyyən edilməli, iddia tələbi Turanbank” ASC-yə münasibətdə və digər hissələrdə təmin edilməməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, qaçqınlar və məcburi köçkünlər, məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia qismən təmin edildiyindən, dövlət rüsumu iddia tələbinin təmin edilən hissəsinə münasibətdə cavabdehə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla 71,36 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin, 009/İK/B-12 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci ildən xx.xx.2023cü il tarix daxil olmaqla iddiaçı tərəfindən ödənilmiş 10270,60 manat məbləğin ½ hissəsini təşkil edən 5135,30 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. 009/İK/B-12 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü ildən xx.xx.2040-cı il tarix daxil olmaqla hər ay üzrə ödənilməli olan 168,37 manat məbləğ üzərində tərəflərin ½ hissədə öhdəliyi müəyyən edilsin. İddia tələbi Cavabdeh2 ASC-yə münasibətdə və digər hissələrdə təmin edilməsin. Cavabdeh1 71 (yetmiş bir) manat 36 (otuz altı) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar