Məhkəmə qərarları › İş №e-2(011)-6886/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6886/2025

25.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6886/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı şəxsin ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı əri - X3 xx.xx.2014- cü ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. ünvan 1 ünvanda da yaşayır. Ailəlidir və dörd övladı var. Bildirim ki, mən xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X4 ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmaqlaailə həyatı qurmuşdur. Birgə nikahlarından dörd övladları var. Ailədə 2014-cü ilə kimi aralarında heç bir söz-söhbətləri olmamışdır və hər ikisi uşaqlarının böyüyüb boya-başa çatması üçün birgə zəhmət çəkmişlər. xx.xx.2014-cü il tarixdən X2 Azərbaycan Respublikasının ərazisini tərk etmiş və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə “İŞİD (hazırki adı “İD”) adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla Suriya Ərəb Respublikasının ərazisinə keçmiş, qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyəti ilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etmişdir. Əri həmin döyüşlər zamanı xx.xx.2014-cü ildə vəfat etmişdir. X2 xx.xx.2014-cü ildə döyüşlər zamanı Suriya Respublikasında vəfat etmişdir. Ona görə də, qərara gəlmişdir ki, ərinin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. X1 ölmüş elan edilməsi ona ölüm haqqında şəhadətnamə almaq və bir sıra hüquqlarını realizə etmək üçün lazımdır. Bildirmişdir ki, bu faktı təsdiq edən şahidləri var və o, onların məhkəmə iclasında iştiraklarını təmin edək. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərinin xx.xx.2014-cü ildən itkin düşmüş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilən müddəları məhkəmə əsas tutaraq iddiaçıya xüsusi icraat qaydasında şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizə ilə iddiaçının yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququ izah edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı şəxsin ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-6886/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 25 avqust 2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:05-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 11:20-də qurtardı. Protokol 25 avqust 2025-ci il tarixdə tərtib edilmişdir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar