Məhkəmə qərarları › İş №e-2(011)-69/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-69/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-69/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Şəki şəhəri 5-ci rayon Vidadi küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi üzrə 2005-ci il tarixdən 2022-ci il tarixə kimi 17 il ərzində bələdiyyəyə ödədiyi torpaq vergisi üçün 21 manat, əmlak vergisi üçün isə 112 manat, həmin həyətyanı sahədə əkilmiş meyvə ağaclarının qələmlərinin alınması üçün ödənilmiş 111 manat, həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə çəkdiyi xərc olaraq-9159 manat, 2005-ci il tarixdə evin faktiki satılması üçün X14 ödədiyi 1000 ABŞ dolları pulun hazırkı məzənnə üzrə qarşılığı olan 1700 manat, həmçinin mənəvi ziyanla bağlı 5000 manat pulun, ümumilikdə 16103 (on altı min yüz üç) manat pulun və dövlət rüsumu olaraq 138 manat 31 qəpik dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 5-ci rayon Vidadi küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi üzrə 2005-ci il tarixdən 2022-ci il tarixə kimi 17 il ərzində bələdiyyəyə ödədiyi torpaq vergisi üçün 21 manat, əmlak vergisi üçün isə 112 manat, həmin həyətyanı sahədə əkilmiş meyvə ağaclarının dəyəri olan 4650 manat, həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə çəkdiyi xərc olaraq-9159 manat, 2005-ci il tarixdə evin faktiki satılması üçün X14 ödədiyi 1000 ABŞ dolları pulun hazırkı məzənnə üzrə qarşılığı olan 1700 manat, həmçinin mənəvi ziyanla bağlı 5000 manat pulun, ümumilikdə 20642 (iyirmi min altı yüz qırx iki ) manat pulun və dövlət rüsumu olaraq 151 manat 93 qəpik dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 14 saylı mənzildə yaşadığı müddətdən tanımışdır. Sonradan o, həmin evdən köçərək Bakı şəhərində yaşamışdır. 27 yanvar 2005-ci il tarixdə Bakı şəhəri İ.Səfərli küçəsi 53 saylı evdə yaşayan X18 ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında özünə məxsus olan Şəki İnventar Bürosunun 20 avqust 1991-ci il tarixli 3/1180 reyestr saylı qeydiyyat vəsiqəsinə əsasən Şəki şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini iddiaçıya sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edərək faktiki olaraq həmin mübahisəli evi iddiaçıya satmışdır. Həmin etibarnamə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Həmçinin xx.xx.2005-ci il tarixdə X4 həyat yoldaşı Cavabdeh1 ünvan 1 ünvanlayaraq sonuncunun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X18 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına dəyişdirilməsinə, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. Bununla bağlı tərəfindən X14 1000 ABŞ dolları şəklində (1000 (bir min) manata(yeni AZN)) yaxın pul verilmişdir. Yuxarıda qeyd etdiyi X18 tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilən etibarnamənin, onun həyat yoldaşı Cavabdeh1 ünvan 1 ünvanlanan ərizənin səbəbi faktiki olaraq Əkrəm Əzizov tərəfindən həmin evin iddiaçıya 1000 ABŞ dollarına pula satılması səbəbi olmuşdur. Həmin tarixdən etibarən iddiaçı sözügedən fərdi yaşayış evinə faktiki sahiblik etməyə başlamışdır. Maddi imkanı zəif olduğu üçün, həmçinin qanunları bilmədiyi üçün etibarnamənin tarixinə nəzər yetirməkdə məsuliyyətsizlik edib etibarnamənin qüvvədə olduğu müddətdə evi adına özgəninkiləşdirməmişdir. 12 dekabr 2006-cı il tarixdə X18 ölmüşdür. Bundan sonra iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsinə köməklik edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsinə köməklik göstərilməsi barədə müraciətə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, ərizədə fərdi yaşayış evinin alqısatqı əsasında əldə edildiyi göstərilsə də, müraciətdə alqı-satqı müqaviləsi əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Ərazi idarəsinin arxiv materiallarında sözügedən fərdi yaşayış evinə X14 01 noyabr 1983-cü il tarixli 528 inventar nömrəli texniki pasport və 20 avqust 1991-ci il tarixli 6484/885 nömrəli qeydiyyat vəsiqəsi verilməsi barədə məlumat mövcuddur, lakin alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, müraciətə 27 yanvar 2005-ci il tarixli ƏN-İ- №020679 saylı etibarnamə əlavə edilsə də, etibarnamənin verilmə müddəti bitdiyindən və şifahi məlumat əsasında etibarnamə verən şəxsin vəfat etdiyindən sözügedən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyatı üçün qanun və ya vəsiyyət üzrə vərəsələrindən biri müraicət etməli və ya məhkəmə qərarı təqdim edilməlidir. Müraciətə cavab üzrə ilk olaraq Şəki şəhəri Vidadi küçəsində yerləşən torpağı aldığı şəxs X11 vərəsələrini axtarmaq qərarına gəldi ki, ya həyat yoldaşı ya oğlunu tapıb hazırda düşdüyü vəziyyəti izah etsin. Cavabdehi çətinliklə də olsa tapmağına baxmayaraq ona bu barədə müraciət etdiyi zaman onun ümumiyyətlə bu evdən məlumatı olmadığını gördü. Bir müddət keçdikdən sonra cavabdeh həmin məsələni “araşdırdığını”, atasının nəyisə satıb-satmaması barədə məsələnin ona aid olmadığını əgər istəyiriksə indidən sonra 28.000 manat pul verərsə həmin əmlakı bizə verəcəyini bildirdi. Yaranmış vəziyyətdən gördü ki, cavabdeh həmin vəziyyəti öz xeyrinə istifadə edərək ona faktiki olaraq satılmış, dəyəri tərəfindən ödənilmiş və 2005-ci ildən faktiki olaraq 17 ildir istifadəsində olan evi ondan almaq istəyir, bu barədə 2021-ci ildə daşınmaz əmlakdan çıxarış da əldə etmişdir. “Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi üzrə X18 ilə aralarında olan münasibət 2005-ci ildə olmasına baxmayaraq, ortada hər hansı yazılı əqd olmadığı üçün, həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli və “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarları üzrə məhkəmə təcrübəsi olduğu üçün iddia təmin edilməmişdir. Cavabdeh2 tərəfindən həmin fərdi yaşayış evinə 2021-ci il tarixdə çıxarış aldıqdan sonra iddiaçının hüquqları pozulmuş və cavabdeh tərəfindən onun həmin yerə girməyinə qadağa qoyulmuşdur. Hələ bir dəfəsində iddiaçının barəsində Şəki Rayon Polis şöbəsinə şikayət etmiş və polis əməkdaşları tərəfindən ona təzyiq olub, iddiaçının həmin əmlaka girməməyi üçün Şəki Rayon Polis şöbəsində izahatını almışlar. Həmin ərazi 17 ildir iddiaçının sahibliyində olub. X18 faktiki olaraq ona həmin əmlakı 1000 ABŞ dollarına satmışdır. Həmin əmlak 17 ildir sahibliyində olan müddət ərzində iddiaçı həmin əmlaka 9159 manat dəyərində xərc qoymuşdur. Qeyd olunan xərclərlə bağlı məlumat “KRİSTAL MM” şirkəti qiymətləndirmə departamentinin rəyində ətraflı olaraq qeyd olunmuşdur. Eyni zamanda 2005-ci ildən 2022-ci ildək olan müddət ərzində həmin əmlakın vergi borclarını iddiaçı ödəmişdir. Əqdin bağlanmış hesab edilməsinə dair Şəki Rayon Məhkəməsində baxılmış olan iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlər X1, X3, X6 və X15 izahatlarında iddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində gördüyü təmir-tikinti işlərini, eyni zamanda həmin şahidlərdən X3 və X6 iddiaçı tərəfindən 1000 ABŞ dolları pulun X14 verildiyini təsdiq etmişlər. Bildirmək istəyir ki, X11 adından 2021-ci ildə sentyabr ayında Şəki şəhəri, X30 küçəsi 16 ünvanında yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin tarixdən etibarən Cavabdeh2 faktiki olaraq iddiaçının 1000 ABŞ dolları verərək aldığı yerdən onu uzaqlaşdırmağa başlamış və həmin tarixdən etibarən hüquqları pozulmuşdur. Şəki Rayon Məhkəməsində baxılan iş üzrə iddia uğursuz olduğu üçün 2021-ci ilin sentyabr ayından hüquqlarının pozularaq iddiaçının təmir tikintisinə 10 000 manata yaxın pul xərclədiyi, 17 ildir ki, vergi borcunu ödədiyi faktiki sahibi olduğu əmlakdan iddiaçını uzaqlaşdıqları üçün həmin əmlaka çəkilən təmir tikinti xərclərini və ödədiyi 1000 ABŞ dolları pulu cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddianı məhkəməyə təqdim etmək məcburiyyətində qaldı. Cavabdehlərin 2005-ci ildə aldığı 17 ildir ki, faktiki sahibliyində olaraq təmir tikinti işləri aparardığı, illərini qoyduğu bir yeri etibarnamənin vaxtının bitməsindən istifadə edərək 2021-ci ildə sənəd alıb, əlindən almaları iddiaçıya 82 yaşında mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Hazırda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının faktiki olaraq 1000 ABŞ dolları ekvalentində pulu ödəyərək aldığı mübhaisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilk olaraq Cavabdeh1 adına rəsmişləmiş daha sonra bağışlama müqaviləsilə digər Cavabdeh2 adına rəsmiləşmişdir. Bu barədə xüsusatlar Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)-1789/2022 tarixli qətnaməsində öz əksini tapmışdır. Qeyd olunan səbəbdən hesab edir ki, iş üzrə cavabdeh qismində Cavabdeh2 ilə yanaşı eyni zamanda Cavabdeh1 da cavabdeh qismində iş üzrə icraatda tanınmalıdır. Hazırda mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2005-ci ildə Cavabdeh2 atasına pul ödəyərək almış və həmin ev 2005-ci ildən etibarən onun istifadəsindədir. Həmin evin 2005-ci ildə almağını, 2005-ci ildən indiyədək onun istifadəsində olduğunu təsdiq edəcək şahidləri və digər sübutları var. İddia ərizəsinə əlavə etdiyi texniki pasportun və qeydiyyat vərəqəsinin surətindən görünür ki, əgər iddiaçı faktiki olaraq həmin evi almasaydı cavabdehin adına olan texniki pasportun və qeydiyyat vərəqəsinin surəti onda necə ola bilərdi?! İddia ərizəsinə əlavə etdiyi 27 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, xx.xx.2005-ci il tarixdə X4 həyat yoldaşı Cavabdeh1 ünvan 1 ünvanlayaraq sonuncunun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X18 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına, dəyişdirilməsinə, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. İddia ərizəsinə əlavə etdiyi Şəki şəhər Bələdiyyəsinin 08 may 2020-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X11 adına olan yaşayış evinin 2020-ci ilə qədər torpaq və əmlak vergisi borcu yoxdur. İddia ərizəsinə əlavə etdiyi Şəki şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda X11 adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci ildən 2022-ci il tarixə kimi hesablanmış vergi borcu etibarnamə əsasında İddiaçı tərəfindən ödənilmiş, 2019-cu ildən 2022-ci ildək vergi ödəyicisinin kodu İddiaçı şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. İddia ərizəsinə əlavə etdiyi 27 yanvar 2005-ci il tarixli etibarnamədən görünür ki, X18 ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında özünə məxsus olan Şəki İnventar Bürosunun 20 avqust 1991-ci il tarixli 3/1180 reyestr saylı qeydiyyat vəsiqəsinə əsasən Şəki şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini İddiaçı sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir və etibarnamənin qüvvədə olduği tarix xx.xx.2018-ci ilədək müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi 08 aprel 2022-ci il tarixli aktdan görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin qonşuluğunda yaşayan, aşağıda adları qeyd olunmuş şəxslər təsdiq edirlər ki, 2005-ci ildən 2022-ci il tarixə kimi ünvan 3 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə faktiki olaraq İddiaçı sahiblik etmiş və onun istifadəsində olmuş, həmin müddətdə qeyd edilən evdə və onun yerləşdiyi torpaq sahəsində tikinti-abadlıq işləri aparılmış, daş hasar çəkmiş, ayaqyolu tikmiş, çöl giriş hissəyə darvaza qoymuş və həyətdə hovuz tikmişdir. 1. ünvan 5 ünvanında yaşayan xx.xx.1961-ci il təvəllüdlü X7; 2. ünvan 6 ünvanında yaşayan xx.xx.1972-ci il təvəllüdlü X8; 3. ünvan 7 ünvanda yaşayan xx.xx.1974-cü il təvəllüdlü X16; 4. ünvan 8 ünvanında yaşayan xx.xx.1950-ci il təvəllüdlü X2; ünvan 9 ünvanında yaşayan xx.xx.1970-ci il təvəllüdlü X12. İddia ərizəsinə əlavə etdiyi 22 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində iddiaçı tərəfindən aparılmış tikinti işlərinin dəyəri 9159 manat təşkil edir. Mübahisə predmeti olan ünvan 3 saylı fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıya məxsus olmasaydı, iddiaçı niyə 9159 manat dəyərində həmin evə əlavə xərc qoyardı və ya həmin evə aid torpaq və əmlak vergisi borcunu ödəyərdi. Bugün cavabdehin həmin əmlakın adına olmasından istifadə edərək vəziyyəti öz xeyrinə dəyişib, əsassız varlanmaq istəməsi ədalətsizliyə gətirib çıxarmışdır və bu ədalətsizliyin qarşısı yalnız məhkəmə tərəfindən alına bilər. 2005-ci il tarixdən hazırki dövrə kimi Şəki şəhəri Vidadi küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi iddiaçının istifadəsində və sahibliyində olmuş, həmin fərdi yaşayış evinə mülkiyyəti bilərək iddiaçı nəzarət etmiş və həmin fərdi yaşayış evində tikinti abadlıq işləri, o cümlədən bələdiyyə vergiləri iddiaçı tərəfindən ödənilmişdir. Həmin fərdi yaşayış evinin həyətində meyvə ağacları əkmişdir. 2005-ci il tarixdən 2022-ci il tarixə kimi 17 il ərzində torpaq vergisi üçün 21 manat, əmlak vergisi üçün isə 112 manat – cəmi 133 manat pul tərəfimdən bələdiyyənin bank hesabına ödənilmişdir. Şəki şəhəri Vidadi küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə 1 ədəd tut ağacı 3 manat, 1 ədəd albalı ağacı 2 manat olmaqla 20 ədədi 40 manat, 1 ədəd alma ağacı 2 manat olmaqla 2 ədədi 4 manat, 1 ədəd armud ağacı 2 manat olmaqla 2 ədədi 4 manat, 1 ədəd alça ağacı 2 manat olmaqla 3 ədədi 6 manat, 1 ədəd nar ağacı 3 manat olmaqla 6 ədədi 18 manat, 1 ədəd ərik ağacı 2 manat olmaqla 3 ədədi 6 manat, 1 ədəd gavalı ağacı 1 manat olmaqla 2 ədədi 2 manat, 1 ədəd xurma ağacı 3 manat olmaqla 5 ədədi 15 manat, 1 ədəd armud ağacı 3 manat olmaqla 2 ədədi 6 manat, 1 ədəd əncir ağacı 2 manat olmaqla 2 ədədi 4 manat və 1 ədəd üzüm ağacı 3 manat olmaqla- cəmi 111 manat meyvə ağaclarının alınmasına xərc çəkilmişdir. Bundan əlavə Kristal MM qiymətləndirmə mərkəzinin xx.xx.2021-ci il tarixli 1001/2021 saylı rəyinə əsasən iddiaçının Şəki şəhəri 5- ci rayon Vidadi küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsində çəkdiyi xərclər 9159 manat olmuşdur. Bundan əlavə mərhum X18 ilə aramızda olan 27 yanvar 2005-ci il tarixdəŞəki rayon 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında həmin fərdi yaşayış evinin alınması məqəsdi ilə ona iddiaçı tərəfindən 1000 ABŞ dolları pul ödənilmişdir. Yuxarıda qeyd olunanları əsas tutaraq hesab edir ki, 1000 ABŞ dolları, 9159 manat təmir tikinti xərcləri, 2005-ci il tarixdən 2022-ci il tarixə kimi 17 il ərzində torpaq vergisi üçün 21 manat, əmlak vergisi üçün isə 112 manat, meyvə ağaclarının alınmasına görə 111 manat çəkilmiş xərc və 5000 manat mənəvi zərər cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Eyni zamanda bildirmək istəyir ki, Azərbaycan Mülki Məcəlləsinin 377.1ci maddəsində qeyd olunmuşdur ki, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki iddia üzrə iddiaçının hüquqlarımın pozulması 2021-ci ilin sentyabr ayında cavabdehlər tərəfindən Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınaraq 27 sentyabr 2021-ci il tarixli, **********29 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsindən başlamışdır. Həmin vaxtadək iddiaçı həmin əmlakı öz əmlakı bilmiş və ona görə idarə edərək həmin əmlaka xərc qoymuşdur. Cavabdehin oğlunun atası tərəfindən aralarında halallaşaraq etibarnamə əsasında satdığı evi iddiaçının əlindən alacağı ağlına belə gəlməyib, yoxsa gedib özü onları etibarnamənin müddəti uzatmaq barədə xahiş etməyə görə axtarıb, tapmazdı. Həmin vaxtadək cavabdehlər həmin əmlakı adına çevirdiyini zənn etmişdirlər. Sadəcə olaraq iddiaçı bu işin bu radələrə gələcəyini fikirləşmədən bu işə etinasız yanaşıb, etibarnamənin qüvvədə olduğu vaxtda evi adına çevirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin dahaaz miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci madəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd etmək istəyir ki, Cavabdeh2 tərəfindən ona vurulan maddi ziyan ümumilikdə 11103 manat təşkil etmişdir. Cavabdeh2 İddiaçı vurduğu mənəvi ziyan isə 5000 manat civarında olmuşdur. Belə ki, iddiaçı həmin həyətə 17 ilədək qulluq etmiş və həmin həyəti özünün mülki kimi bilmişdir. Artıq cavabdeh olan şəxsin belə bir hərəkəti nəticəsində iddiaçı mənəvi ziyan çəkmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və digər cavabdehin nümayəndəssi Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan 27 yanvar 2005-ci il tarixli, ƏN-İ 020679 nömrəli etibarnamədən görünür ki, X18 etibarnamə əsasında mülkiyyətində olan Şəki şəhəri, 5-ci rayonda yerləşən 16 saylı evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan Cavabdeh1 Şəki şəhəri Dövlət Notariat konturuna ünvanladığı 27 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən evin özgəninkiləşdirilməsinə, satılmasına, dəyişdirilməsinə, bağışlanılmasına və ipotekaya qoyulmasına razı olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasportdan görünür ki, Şəki şəhəri, Vidadi küçəsində yerləşən 6 nömrəli ev Vəzifə Zəkəryə qızının və X11 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 20 avqust 1991-ci il tarixli, 528 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 11 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 08 may 2020-ci il tarixli 396 saylı arayışdan görünür ki, ünvan 12 ünvanda qeydiyyatda olan X11 adına olan yaşayış evinin 2020- ci ilə qədər torpaq və əmlak vergisi borcu yoxdur. İş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli, 419 saylı məktubdan görünür ki, ünvan 13 ünvanda X11 adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci ildən 2022-ci ilə kimi hesablanmış vergi borcu etibarnamə əsasında İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin 2019-cu ildən 2022-ci ilədək vergi ödəyicisinin kodu İddiaçı şəxsiyət vəsiqəsi əsasında verilmişdir. İş materiallarına əlavə edilmiş 08 aprel 2022-ci il tarixli aktdan görünür ki, 2005-ci il tarixdən 2022-ci il tarixədək ünvan 11ndə yerləşən 16 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə faktiki olaraq İddiaçı sahiblik etmiş və onun istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubundan görünür ki, ərazi idarəsinin arxiv materiallarında ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə X14 01 noyabr 1983-cü il tarixli 528 inventar nömrəli texniki pasport və 20 avqust 1991-ci il tarixli 6484/885 nömrəli qeydiyyat vəsiqəsi verilməsi barədə məlumat mövcuddur, lakin alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının müraciətinə 27 yanvar 2005-ci il tarixli ƏN-İ-№ 020679 saylı etibarnamə əlavə edilsə də, etibarnamənin verilmə müddəti bitdiyindən və şifahi məlumat əsasında etibarnamə verən şəxsin vəfat etdiyindən sözügedən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyatı üçün qanun və ya vəsiyyət üzrə vərəsələrindən biri müraciət etməli və ya məhkəmə qərarı təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş “Kristal-MM” tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli, 1001/21 saylı rəydən görünür ki, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış sahəsində aparılmış tikinti işlərinin 22 dekabr 2021-ci il tarixinə olan bazar dəyəri 9159 manat təşkil edir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, ünvan 15 ünvanında yerləşən əmlaka dair bələdiyyə əmlak vergisi ödənilmişdir. Həmin qəbzlərdə ödəyicinin adı X18 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli, **********29 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli, 01/12249 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsinə qiymətləndirmə işləri aparılmış və həmin torpaq sahəsinin 21 oktyabr 2021-ci il tarixinə olan bazar dəyəri 10300 manat olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2021-ci il tarixli A 662738 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 18 iyul 2006-cı il tarixli, AZ-İ seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 iyul 2006-cı il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 921 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin e-2(075)-1789/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X18 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində onun mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına verilmiş (təqdim olunmuş) çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-199/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin e-2(075)-1789/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan cavabdehlər tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, cavabdehlər mülki işə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı kompleks məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş X29 Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22-3-55/2-115/2023 saylı məktubundan görünür ki, baxış zamanı zamanı müxtəlif illərdə əkilən 34 ədəd ağac və 20 ədəd qızılgül bitkilərinin mövcudluğu müəyyən edilmişdir: nar-6 ədəd (əkin ili 2008-2010-cu illər), albalı-5 ədəd (əkin ili 2008-2010-cu illər), alma-3 ədəd (əkin ili 2009-2010-cu illər), qoz-2 ədəd (əkin ili 2008-2009-cu illər), alça-2 ədəd (əkin ili 2008-2009-cu illər), armud-2 ədəd (əkin ili 2009- 2010-cu illər), fındıq-2 ədəd (əkin ili 2011 -2012-ci illər), əncir-2 ədəd (əkin ili 2014-2015-ci illər), ərik-2 ədəd (əkin ili 2012-2013-cü illər), gavalı-2 ədəd (əkin ili 2010-2011-cu illər), üzüm- 2 ədəd (əkin ili 2008-2010-cu illər), heyva-2 ədəd (əkin ili 2012-2014-cü illər), xurma-1ədəd (əkin ili 2008-2009-cu illər), tut-1 ədəd (əkin ili 2009-cu il) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1949 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə tikililərin hansı dövrdə inşa edilməsinin müəyyən edilməsi baarədə metodika olmadığındna qərardadın birinci sualı üzrə tədqiqat aparılmamış, qərardadın ikinici sualı üzrə Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsində aparılan tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqriban 5238 manat məbləğində müəyyən edilmiş, qərardadın üçüncü sualının cavablandırılması Mühəndis-Texniki Ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5909, 9/6101 və 7/1135 saylı ekspert rəyindən görünür ki, iş materialında olan (səhifə 117) mütəxəssis rəyinə əsasən Şəki şəhəri, X30 küçəsi, ev 2/5 ünvanında yerləşən 0.0412 ha torpaq sahəsində 6 ədəd nar (əkin ili 2008-2010-cu illər), 5 ədəd albalı (əkin ili 2008-2010-cu illər), 3 ədəd alma (əkin ili 2009- 2010-cu illər), 2 ədəd qoz (əkin ili 2008-2009-cu illər), 2 ədəd alça (əkin ili 2008-2009-cu illər), 2 ədəd armud (əkin ili 2009-2010-cu illər), 2 ədəd fındıq (əkin ili 2011-2012-ci illər), 2 ədəd əncir (əkin ili 2014-2015-ci illər), 2 ədəd ərik (əkin ili 2012- 2013-cü illər), 2 ədəd gavalı (əkin ili 2010-2011-ci illər), 2 ədəd üzüm (əkin ili 2008-2010cu illər), 2 ədəd heyva (əkin ili 2012-2014-cü illər), 1 ədəd xurma (əkin ili 2008-2009-cu illər), 1 ədəd tut (əkin ili 2009-cu il) ağacları əkilmişdir. İş materialında olan mütəxəssis rəyindən və rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə, Şəki şəhərində yerləşən bağ sahəsində mövcud olmuş ağaclar orta məhsuldar olduğu halda orta bazar qiyməti ilə ümumi dəyər təxminən 4650,00 manat müəyyən edilir. O cümlədən:

1. Nar - 6 ədəd (əkin ili 2008-2010-cu illər) - 900,00 (6x150 man) manat,

2. albalı - 5 ədəd (əkin ili 2008-2010-cu illər) - 750,00 (5x150) manat,

3. alma - 3 ədəd (əkin ili 2009-2010-cu illər) - 450,00 (3x150) manat,

4. qoz - 2 ədəd (əkin ili 2008-2009-cu illər) - 400,00 (2x200) manat,

5. alça - 2 ədəd (əkin ili 2008-2009-cu illər) - 280,00 (2x140) manat,

6. armud - 2 ədəd (əkin ili 2009-2010-cu illər) -300,00 (2x150) manat,

7. fındıq - 2 ədəd (əkin ili 2011-2012-ci illər) - 240,00 (2x120) manat,

8. əncir - 2 ədəd (əkin ili 2014-2015-ci illər) - 200,00 (2x100) manat,

9. ərik - 2 ədəd (əkin ili 2012-2013-cü illər) - 300,00 (2x150) manat,

10. gavalı - 2 ədəd (əkin ili 2010-2011 -ci illər) - 240,00 (2x120) manat,

11. üzüm - 2 ədəd (əkin ili 2008-2010-cu illər) - 200,00 (2x100) manat,

12. heyva - 2 ədəd (əkin ili 2012-2014-cü illər) - 240,00 (2x120) manat,

13. xurma -1 ədəd (əkin ili 2008-2009-cu illər) - 150,00 manat,

14. tut -1 ədəd (əkin ili 2009-cu il) - 100,00 manat. Qeyd: Şəki şəhərində meyvə bağlarına mövcud olan tələb və təklifdən, inkişaf səviyyəsindən və digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkəmənin e-2(011)-1923/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad əsasən tərəflər xidmət haqqını ödənilməsinə etiraz etdikləri üçün qərardad icra olunmadan geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-69/2024 saylə qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizalarının keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X31 İnkişaf Mərkəzi təərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-22-3-55/2-114/2024 saylı mütəxəssis rəyindən görünür ki, qeyd olunan torpaq sahəsinə keçirilən baxış-müşahidə zamanı müxtəlif illərdə əkilmiş 1 ədəd tut ağacının, 6 ədəd albalı ağacının, 2 ədəd alma ağacının,1 ədəd armud ağacının, 3 ədəd alça ağacının, 3 ədəd nar ağacının,2 ədəd ərik ağacının,1 ədəd gavalı ağacının,1 ədəd xurma ağacının,2 ədəd əncir ağacının, 1 ədəd üzüm bitkisinin (ümumilikdə 23 ədəd) mövcudluğu müəyyən olundu və 1 ədəd üzüm bitkisi istisna olmaqla digər ağacların əkin ilinin çox olması, ağacların əkin sxeminə uyğun (cərgə ilə) əkilməməsi,budama işlərinin aparılmaması səbəbindən ağacların zədələnmədən torpaq sahəsindən ayrılması mümkün deyildir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilən Məcəllənin 152.3. maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 yanvar 2005-ci il tarixli, ƏN- İ 020679 nömrəli etibarnamə ilə X18 mülkiyyətində olan Şəki şəhəri, 5-ci rayonda yerləşən 16 saylı evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. X18 isə 12 iyul 2006-cı il tarixdə ölmüş, onun ölümü ölüm haqqında akt qeydləri kitabında 921 nömrə ilə qeyd edilmişdir. X11 ölümündən sonra vərəsəlik işi açılmış, vərəsələr olan X17 və X13 vərəsəlik hüququ şəhadətnaməsinə əsasən atalarından miras qalmış Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsindən özlərinə düşən 1/3 payı anaları Cavabdeh1 bağışlamışlar. 23 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X30 küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.0412 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamış və hazırda mübahisəsi olunan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın əsasında Cavabdeh2 xüsusi mülkiyyətindədir. Məhkəmə ilk olaraq iddia tələblərinin “ünvan 19 ünvanında yerləşən həyətyanı sahədə əkilmiş meyvə ağaclarının dəyəri olan 4650 manat, həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə çəkdiyi xərc olaraq-9159 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibət olaraq bidirir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələblərini həmin hissədə təmin edilməməsinin əsasını sübutetmə yükü ilə əlaqələndirir. Məhkəmə araşdırması zamanı, habelə məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən və iş üzrə verilmiş ekspert rəyindən görünür ki, sözügedən sahədə tikili olaraq fərdi yaşayış evi mövcud olmamış, tikili olaraq sanitar qovşaq, su hovuzu, hasar tikililəri və kanalizasiya quyuları müşahidə edilmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddənin də təhlilindən görünür ki, yaxşılaşdırmanı tələb etmək hüququ “vicdanlı sahibə” məxsusdur. Vicdanlı sahiblik şəxsin həyata keçirdiyi elə bir sahiblikdir ki, bu şəxs özünün əşyaya sahiblik hüququnun olmadığını bilmir və ya bunu bilməyə borclu deyildir. Bundan əvvəl tərəflər arasında mübahisə ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı isə iddiaçının mərhum X18 arasında torpaq sahəsinin alqı-satqısı barədə razılaşmanın olduğu müəyyən edilməmişdir. Belə ki, Mülki-Məcəllənin 362.1-ci maddəsinə əsasən etibarnamə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu isə qanunvericiliyə müvafiq olaraq hər hansı əqdi və ya alqı-satqı müqaviləsi hesab edilə bilməz. İddiaçı uzun illərdi yəni 2005-ci ildən həmin ünvanda yerləşən torpaq sahəsindən ailə üzvləri ilə birlikdə daimi istifadə etmiş və hazırkı məhkəmə prosesi gedən zaman da mübahisəli ünvandan istifadə etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə mülki qanunvericiliyin (MM-in 157-ci maddəsi) tələbləri baxımından “vicdanlı sahib” statusu yoxdur. Belə ki, iddiaçı həmin sahədə sanitar qovşağ, su hovuzu tikməklə və ağaclar əkməklə mülkiyyətçini varlandırmır, əksinə torpaq sahəsindən özünün istifadəsi məqsədilə özünü varlandırmış və görülmüş yaxşılaşdırma işlərinin nəticəsindən özü istifadə etməklə yararlanmışdır. Həmin görülmüş işlər üzrə “varlanan” da, sanitar qovşağın, su hovuzunun və bağın salınmasına pulu xərcləyən də iddiaçı özüdür. Deməli, iddiaçı özü-özünü varlandırıbsa, hüquqi əsası da elə özüdür, öz puludur. Yəni, hüquqi əsas olmadan və ya aradan qalxmış hüquqi əsasa görə varlanma halı aşkar olunmur. Əksinə həmin torpaq sahəsinin 20 ilə yaxın müddətdə iddiaçının istifadəsində olması cavabdehləri əmlakdan istifadə etməkdən, gəlir əldə etməkdən məhrum etmişdir.Nəticədə, əsassız varlanma hüquq institutu üzrə dispozitiv şərtlərin heç biri iddia tələbi üzrə yerinə yetirilmir. Məhkəmə torpaq vergisinə görə ödənilmiş 21 manat pulun cavabdehdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, “Torpaq vergisi” haqqında AR Qanuna əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpaq mülkiyyətçilərindən, torpaq sahiblərindən və torpaq istifadəçilərindən (icarədarlar istisna olmaqla) hər il torpaq vergisi tutulur. Qeyd edilən dövr ərzində iddiaçı torpaqdan istifadə etmiş və məhz istifadə etməsinin müqabilində müəyyən haqq ödəmişdir. Eyni qayda iddiaçı tərəfindən ödənilmiş 112 manat əmlak vergisinin cavabdehdən tutulmasına da aiddir. Belə ki, iddiaçı tərəfindən iddia etdiyi dövr ərzində məhz əmlakdan istifadə etdiyi üçün dövlət haqq ödəmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət oalraq bildirir ki, hazırkı iddia məhz tərəflər arasında bundan əvvəl olmuş müqavilənin bağlanmış hesab edilməsi barədə iddianın nəticəsi olaraq ərsəyə gəlmişdir. Belə ki, tərəflər arasaında müqavilənin bağlanmış hesab edilməsi barədə ididası təmin ediləcəyi təqdirdə çəkilmiş xərc və alqı-satqı üçün ödənilən pul ilə bağlı iddianın qaldırılmasına zərurət də olmayacaqdır. Yəni ki, tərəflər arasında məhkəmə çəkişməsi xx.xx.2022-ci il tarixdə başlanmış və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yekunlaşmışdır. Buna görə də iddia müddətinin başlanması 2022-ci il müəyyən edilməlidir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsaəsn əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iddia isə xx.xx.2023-cü il tarixə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Buna görə də iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə iddia tələbinin “2005-ci il tarixdə evin faktiki satılması üçün X14 ödədiyi 1000 ABŞ dolları pulun hazırkı məzənnə üzrə qarşılığı olan 1700 manatın cavabdehin tutulması” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə ona görə rədd edilməlidir ki, nə hazırkı məhkəmə araşdırması zamanı, nə də bundan əvvəl tərəflər arasında olan məhkəmə araşdırması zamanı həqiqətən iddiaçı tərəfindən 1000 ABŞ dollarının ödənilməsi öz təsdiqini tapmamışdır. Həmçinin bundan əvvəl olmuş məhkəmə prosesləri zamanı şahid qismində dindirilmiş şəxslərin ifadəsinə nəzər saldıqda görünür ki, onlar iddiaçı tərəfindən mərhum X14 1000 ABŞ dolları məbləğində pul verilən zaman orda olmamışlar, sadəcə pulun verilməsini eşitmişlər. Onlar həmin ünvanda sanitar qovşağının, hovuzun iddiaçı tərəfindən tikilməsinin və iddiaçının həmin ünvandan istifadə etməsinin şahidi olmuşdurlar. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 5000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd edilən hallar üzrə onun sağlamlığında yaranmış problemlərin məhz cavabdehin təqsiri ucbatından yaranması müəyyən olunmur, onun iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar