Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6952/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** saylı xx.xx.2015-ci il tarixli qeydiyyat nömrəsi ilə qeydə alınmışdır və bu barədə iddiaçıya Seriya RX №0757776 saylı reyestrdən çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qardaşlarıdır. Sözügedən mənzil İddiaçı vərəsəlik qaydasında mərhum anası X1. Vərəsəlik işi gedərkən hər iki qardaşı (cavabdehlər) öz miras payralından bacılarının (iddiaçının) xeyrinə imtina etmişlər və gələcəkdə həmin paylarla bağlı hər hansı mübahisə qaldırmayacaqlarını notarial qaydada vəd etmişdirlər. Hazırda cavabdehlərin heç biri uzun illərdir həmin mənzildə yaşamırlar, hər hansı şəkildə istifadə etmirlər, özlərinin mülkiyyətlərində başqa mənzilləri vardır. İstifadə hüquqları formal olaraq saxlanılmışdır. İddiaçı hesab edir ki, cavabdehlərin onlara çatası miras paylarından (yəni gözlənilən mülkiyyət hüquqlarından) iddiaçının xeyrinə imtina etmələri həmçinin istifadə hüquqlarından da imtina etmələri kimi başa düşülməlidir, çünki mülkiyyət hüququ daha üstün hüquq hesab edilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X4 faktiki yaşayış yeri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmışlar, lakin Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X7 qonşuların dediyinə görə uzun illərdir Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 21 ünvanında yaşamır. Cavabdeh1 ünvan 2yyatdadır və yaşayır. Məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir, qeydiyyat tarixi xx.xx.2015-ci ildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayş yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X7 ünvan 1 ünvanında xx.xx.2006-cı il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 36 saylı notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işindən görünür ki, xx.xx.2015-ci il tarixli ərizə ilə Cavabdeh1 X3 ona düşən miras paydan İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 36 saylı notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işindən görünür ki, xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, X2 Şəmiyat Piroğlan qızından ona düşən miras paydan İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, cavabdeh X7 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, cavabdeh X4 mülkiyyətində ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak vardır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər bacı və qardaşlardır.İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin mənzil xx.xx.2015-ci il tarixdən onun mülkiyyətindədir. Həmçinin cavabdehlər Cavabdeh1 və X7 analarından onlara düşən miras payından bacıları İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 6 ünvanında qeydiyyatdadır.Cavabdeh1 ümumiyyətlə ünvan 1 ünvanı üzrə istifadə hüququnun yarandığı müəyyən edilmir. Ona görə də iddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X7 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1-də qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Həmçinin CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, cavabdeh X4 mülkiyyətində ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak vardır. Məhkəmə cavabdehin həmin mənzildə yaşamaması səbəbini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa mənzilə köçməsi ilə əlaqədardır. Ona görə ki, cavabdeh mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mənzillə əlaqəsini tamamilə kəsmişdir. Odur ki, cavabdeh X4 uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, cavabdeh X4 mənzildən istifadə hüququ itirilməlidir. Şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Cavabdeh X7 məhkəmə araşdırması zamanı belə bir niyyətinin olduğunu bildirməmişdir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdeh X7 mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Bu qətnamə X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6952/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6952/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver