Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7056/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 3.780 (üç min yeddi yüz səksən) manat sığorta ödənişi, 57,80 (əlli yeddi manat səksən qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 3.838,20 (üç min səkkiz yüz otuz səkkiz manat iyirmi qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məxsus olan "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış “Ranault Megane” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə olunarkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə X5 idarə etdiyi, **-MH-*** dövlət nömrə nişanlı “Mercedes Benz C180” minik markalı və X8 idarə etdiyi **-HJ-*** dövlət nömrə nişanlı "xxxx" minik markalı avtomobillərə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X6 təqsirli bilinmişdir və onun barəsində AR İXM-in 332.1 və 327.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman X4 avtomobili etibarnaməsiz idarə etdiyi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Renault Megane minik" markalı, **-FD-*** ((k.n.n. ** XN ***) VİN - VF1KMSEC6********) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN Göyçay RPŞ-nin TP ******* saylı inzibati tənbeh vernə haqqında qərardan, AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, № 3-xx-xx-4885/2024 nömrəli və AR DİN Göyçay RPŞ-nin xx.xx.2024-cü il tarixli, № 3-13- 76/2-23572/2024 nömrəli məktublarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində X6 təqsirli bilinmiş və AR İXM-in 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” (Forma 4)-dən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Renault Megane minik” markalı, ** FD *** ((k.n.n. ** XN ***) VlN - VF1FCMSEC6********) dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli PBAİ75/24 saylı sığorta aktından və xx.xx.2024-cü il tarixli № AZ240205023 nömrəli ödəniş tapşırığından göründüyü kimi, hadisə nəticəsində **-MH-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş zərərlə bağlı ASC tərəfindən 3.500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli PBAİ76/24 saylı sığorta aktından və xx.xx.2024-cü il tarixli № AZ********** nömrəli ödəniş tapşırığından göründüyü kimi, hadisə nəticəsində **-HJ-*** dövlət nömrə nişanlı "xxxx" minik markalı avtomobilə dəymiş zərərlə bağlı ASC tərəfindən 280 (iki yüz səksən) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/1356 saylı pretenziya məktubundan və həmin məktubun cavabdehlərə göndərilməsini təsdiq edən xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlə mübahisənin nizama salınması üçün ASC tərəfindən ona geriyə tələb məktubu göndərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan ünvanları üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmişdir və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazlarını məhkəməyə bildirməmişlər. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 Əlikram oğluna və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ümumilikdə 3.780 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan Göyçay rayon Polis şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Renault Megane” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Renault Megane” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 nəqliyyat vasitəsi etibarnaməsiz halda idarə etmiş və barəsində tərtib edilmiş İXP5975547 nömrəli inzibati protokola 332.1-ci maddənin əlavə edilməsi barədə BDYPİ-nə rəsmi müraciət edilmişdir. İş materiallarında olan "xxxx"-nın dəymiş zərərin hesablanmasına dair aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-MH-*** dövlət nömrə nişanlı Mercedes Benz C180” minik markalı avtomobilə dəymiş zərər 3.500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx"nın dəymiş zərərin hesablanmasına dair aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-HJ-*** dövlət nömrə nişanlı Mercedes Benz C200” minik markalı avtomobilə dəymiş zərər 280 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Renault Megane” minik markalı, **-FD-*** dövlət nömrə nişanlı minik avtomobil "xxxx" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli “Renault Megane” minik markalı, **-FD-*** dövlət nömrə nişanlı minik avtomobili idarə edən şəxs olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı X5 idarə etdiyi "xxxx" markalı, **-MH-*** nömrə nişanlı minik avtomobilinə zərər dəymişdir. İş materiallarında olan “yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən dilən digər şəxs barədə” məlumatın surətindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı X9 idarə etdiyi “Mercedes C240 minik” markalı, **-HJ-*** nömrə nişanlı minik avtomobilinə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 3.500 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin tərəfindən X5 hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 280 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin tərəfindən X10 hesabına ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:55 radələrində etibarnamə ilə idarə etdiyi “Renault Megane” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonu Potu kənd ərazisində hərəkətdə olarkən ara yoldan çıxan zaman manevr etmə qaydalarını pozmuşdur və Göyçay-Ucar yolu ilə hərəkət edən “Mercedes-benz” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən vurmuşdur və o da zərbənin gücündən idarə etməni itirərək “Mercedes-benz” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir və nəticədə zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə vaxtı xəsarət alan olmamışdır. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə qərar qəbul edilərək cərimələnmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh X6 tərəfindən idarə olunan “Ranault Megane” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin X5 idarə etdiyi **-MH-*** dövlət nömrə nişanlı “Mercedes Benz C180” minik markalı və X8 idarə etdiyi **-HJ-*** dövlət nömrə nişanlı "xxxx" minik markalı avtomobillərə dəyməsi nəticəsində həmin avtmobillərə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş X2 yolnəqliyyat hadisəsi zamanı avtomobili idarə etmək səlahiyyətlərinin olmaması iş materialları ilə təsdiq olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Ranault Megane” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sözügedən avtomobillərə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması iş materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onun sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmədiyindən, ona qarşı irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu da cavabdeh X3 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh X1 hüququ əsasında 3.780 (üç min yeddi yüz səksən) manat məbləğində sığorta ödənişi, 57,80 (əlli yeddi manat səksən qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 3.838 (üç min səkkiz yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7056/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7056/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver