Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7085/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2016-cı il tarixdə, 04/41 saylı müqavilə uzrə öhdəliklərin, vəzifələrin icrası cavabdeh tərəfindən pozulduğundan müqavilənin ləğv edilməsi, cavabdehdən 20000 manat odənilmiş məbləğ, başqa qarajın hazırda alınması üçün yaranmış fərq olaraq maddi zərər 25000 manat və mənəvi zərər olaraq 10000 manat, ümumilikdə 50000 manat tutularaq, iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş formada tərtib edilmədiyindən geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə cavabdehə təklif göndərməli, cavabdeh tərəfindən müqavilənin ləğvindən imtina barədə bildiriş aldıqdan sonra, yaxud xəbərdarlığında göstərdiyi müddət ərzində məlumat almadıqda, iddia ərizəsi ilə (pretenziyaya dair sənədlər iddia ərizəsinə əlavə edilməklə) məhkəməyə müraciət etməli idi. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünr ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı məhkəməyə qədər pretenziya qaydasına əməl etməmiş, cavabdehə bu barəə bildiriş göndərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınma qaydasına riayət etmədiyindən və buna dair sübutları iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı “müqavilənin ləğv edilməsi, pul və digər” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-7085/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7085/2023
15.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver