Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7086/2024 21.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 1070,00 (bir min yetmiş) manat sığorta ödənişi məbləğinin və 30,70 (otuz manat yetmiş qəpik) manat dövlət rüsumunun, cəmi 100,70 (bir min bir yüz manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21093” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21093” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 1223” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən1 070,00 (bir min yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xaçmaz RPŞ DYPB-dən ünvanımıza İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Xaçmaz RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyiArayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında PAA********** nömrəli olan avtomobil vasitələrinin tam sığorta şəhadətnaməsinndən görünür ki, ** CU *** dövlət qeydiyyat nişanlı, “VAZ21093”, ban nömrəsi XTA**********0066 olan avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “VAZ 21093” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli olan şəxsdir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* №-li Protokolun və İnzibati tənbeh vermə haqqında TP ******* №-li Qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 01:19-da, “VAZ 21093” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.6-cı maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan AS-23/760 №-li, xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməsi ondan xahiş edilmişdir. İş materiallarında olan Zərər dəymiş avtonqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, avtomobilin ehtiyyat hissələri və görüləcək işlər ilə bağlı yekun məbləğ 1070,00 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixdı baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Mercedes Benz 1223” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 1070,00 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Gəndob-Yalama yolunun 10-cu kilometrliyində baş vermiş sığorta hadiəsi nəticəsində dəymiş zərər məbləği 1070,00 (min yetmiş) manat, sığorta ödənişi 1070,00 manat olmaqla, həmin məbləğdə sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" ASC-nin hesabına köçürülür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 002441 nömrəli qəbzdən görünür ki, 1070,00 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən "xxxx" ASCnin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış AS- 23/760 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixində Gəndob-Yalama yolunun 10-cu kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə "AtaSığorta” ASC tərəfindən 1070,00 (min yetmiş) manat məbləğində siğorta ödənişi həyata keçirilmiş, subroqasiya tələbi hüququna əsasən 1070,00 (min yetmiş) manat məbləğində vəsaitin "AtaSığorta” ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan AS-23/760 №-li, xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərər 1070,00 (min yetmiş) manat məbləğ "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Ödənilmiş məbləğdən 1070,00 (beş min) manat sığorta ödənişi məbləğinin, 500 (beş yüz) manat işlərin gğrülməsi xərcinin, cəmi 1570,00 (min beş yüz yetmiş) manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 1070,00 (min yetmiş) manat məbləğində vəsaitin 10 (on) təqvim günü ərzində "AtaSığorta” ASC-nin bank hesabına ödənilməsi ondan xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında Qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 30 (otuz) manat 70 (yetmiş) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ** RC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1223” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır, həmin nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan ** CU *** dövlət qeydiyyat nişanlı “VAZ 21093” markalı avtonəqliyyat vasitəsilə zərər vurulmuşdur. Sığortalı ** RC *** dövlət qeydiyyat nişanlı “Mercerdes Ben 1223” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir., “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** RC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1223” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 1070,00 (min yetmiş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019cu il tarixli “Sığorta aktı”na əsasən 1070,00 manat (min yetmiş) məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" ASC-nin hesabına köçürülmüş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1070,00 manat məbləğində vəsait alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30,70 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat Cavabdeh aid edilməli, ondan 31,10 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh zərər vurulmuş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 1070 (min yetmiş) manat məbləğində vəsait və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 70 (yetmiş) qəpik alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7086/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7086/2024
21.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver