Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7097/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1149, ünvan 2 istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, qətnamənin Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1149, ünvan 2 qeydiyyatdan çıxarılması üçün əsas olmasının qeyd edəsilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilə (yeni qaydalarla: AZ1149, ünvan 2 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23/24 saylı evin 62 saylı mənzilinin cavabdeh Məmmədova Səidə Hüseyn qızının adına rəsmiləşdirilməsi ilə bağlı olan və üzərində bağlanma tarixi kimi “01 mart 2006-cı il” qeyd edilmiş 100 saylı “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8161/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi əsasında icra vərəqəsi verilmiş və "xxxx" MTK tərəfindən Məmmədova Səidə Hüseyn qızının adına olan “01 mart 2006-cı il” qeyd edilmiş 100 saylı “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” etibarsız hesab edilmişdir. Məhkəmə çəkişmələrinin gedişində mübahisəli mənzilə həbs qoyulmasına baxmayaraq Cavabdeh Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, ev 39F, giriş 1, 67 saylı mənzilinə dair qanunsuz yolla çıxarış əldə etmişdir. Apelyasiya instansiya məhkəməsinin gedişində bu barədə xəbəri olmadığına görə tələbi dəqiqləşdirib Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, giriş 1, 39F saylı evin 67 saylı mənzilinə dair cavabdeh Məmmədova Səidə Hüseyn qızının adına verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da ləğv edilməsini tələb edə bilməmişdir. Ona görə də, sonradan bu barədə iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3055/2020 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilində yerləşən əşyaların-kombi, soyuducu və kondisionerin İddiaçı alınaraq Cavabdeh verilməsi, Cavabdeh yekinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülməsi, İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə dair çıxarışın ləğv edilməsi, Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayətinə əsasən baxan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5588/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-3055/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin “Cavabdeh yekinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülsün.” və “Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyət hüququ tanınsın.” hissələrində ləğv edilməsi, həmin hissələrdə Cavabdeh iddialarının rədd edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə çəkişmələrinin gedişində üçüncü şəxs Cavabdeh Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, ev 39F, giriş 1, 67 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Daha sonra isə 2019-cu ildə Cavabdeh və oğlu X2 həmin mənzilə qeydiyyata düşmüşlər. Yuxarıda qeyd edilən məhkəmə qətnamələrinin əsasında verilmiş icra sənədinə əsasən ona Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, ev 39F, giriş 1, 67 saylı mənzilinə dair çıxarış verilmişdir. Yəni mənzil xüsusi mülkiyyət kimi ona məxsusdur. Keçmiş arvadı olan Cavabdeh və oğlu X1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilinə heç bir hüquqları yoxdur. Onlar həmin mənzildə yaşamırlar. Həmçinin, kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5588/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, qeyd edilən mənzil birgə nikah dövründə əldə edilməmişdir və üçüncü şəxslərin həmin mənzilə dair heç bir hüququ yoxdur. Belə ki, qətnamədə qeyd edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzili tərəflərin birgə nikahda olan zaman əldə edilmiş əmlakı kimi qiymətləndirilə bilməz. Belə ki, mübahisəli mənzil xx.xx.2011-ci ildə X3 (cavabdeh İddiaçı anası) tərəfindən əldə edilmişdir. O, həmin mənzili əvəzsiz olaraq oğlu İddiaçı adına "xxxx" MMC-nin iştirakı ilə keçirmişdir. Göründüyü kimi mübahisəli mənzil İddiaçı tərəfindən əvəzsiz olaraq hədiyyə şəklində əldə edilmişdir. Bu hal mübahisəli mənzilin tərəflərin nikahı zamanı onların birgə vəsaiti hesabına əldə edilməsini istisna edir və sübutlarla öz təsdiqini tapmır. Hətta Cavabdeh mübahisəli mənzilin dəyərinin bir hissəsinin onun ailəsi tərəfindən ödənilməsi qeyd etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin mənzilə dair 01 mart 2006-cı il tarixli 100 saylı müqavilə etibarsız hesab edildiyi üçün mənzil ilkin vəziyyətə, yəni İddiaçı adına qaytarılmışdır. Belə olan halda, kollegiya hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilmədiyindən iddiaçı S.Hümbətovun həmin mənzilə dair pay hüququ müəyyən edilə və o həmin mənzilə yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçürülə bilməz. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə dair 01 mart 2006-cı il qeyd edilmiş 100 saylı müqavilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli 2(103)-6625/2019 saylı qətnaməsi ilə etibarsız hesab edildiyindən, həmin müqavilə hər-hansı hüquqi nəticələr yaratmamışdır. Belə olan halda isə həmin müqavilə əsasında Cavabdeh adına verilmiş çıxarış da hər-hansı hüquqi nəticələr yaratmır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Cavabdeh onun keçmiş arvadıdır, onun razılığı olmadan 2019-cu ildə həmin mənzilə qeydiyyata düşüb. Hazırda da həmin mənzildə yaşamır. Onun mübahisəli mənzilə heç bir hüququ yoxdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın yaşayış yer üzrə qeydiyyata alınması üçün, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mütləqdir. Cavabdehin mənzilə qeydiyyata düşməsi üçün nə yazılı, nə də şifahi razılıq verilməmişdir. Və ya cavabdehin mənzildən istifadə hüququ olması barədə məhkəmə qərarı yoxdur. Yəni cavabdehin mübahisəli mənzildən istifadə hüququ yoxdur və qeydiyyatı əsassızdır. Cavabdehin, onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması öz mülkiyyət hüququmun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Bu qeydiyyat sadəcə formal xarakter daşıyır və əsassız olaraq öz mənzilinə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını, məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh qeydiyyat ünvanı üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadığına dair “Xətai-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş Arayış məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 67 (yeni qaydalarla: AZ1149, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinin cavabdeh Məmmədova Səidə Hüseyn qızının adına rəsmiləşdirilməsi ilə bağlı olan və üzərində bağlanma tarixi kimi 01 mart 2006-cı il qeyd edilmiş 100 saylı kooperativ binada mənzil tikintisi üçün müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-8161/2019 saylı 20 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Məmmədova Səidə Hüseyn qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3055/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı pul məbləğinin, əşyaların qaytarılması və mənzilə köçürülmə barədə iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 39F, 67 saylı mənzildə yerləşən əşyalar-kombi, soyuducu, kondisioner İddiaçı alınaraq Cavabdeh verilməsi, Cavabdeh yekinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə dair Çıxarışın ləğv edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “mənzil üzərində payının müəyyən edilməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh ödədiyi 60 (altmış) manat dövlət rüsumunun 30 (otuz) manatı özünə aid edilmiş, qalan 30 (otuz) manatın İddiaçı alınıb Cavabdeh ödənilməsi, İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3055/2020 saylı, 10 noyabr 2020ci il tarixli qətnaməsi Cavabdeh yekinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülməsi və Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyət hüququ tanınması hissələrində ləğv edilmiş, həmin hissələrdə Cavabdeh iddiaları rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6062/2021 saylı xx.xx.2021-ci il tarixli Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin aşağıdakı halları müəyyən olunmuşdur, iddiaçı ilə cavabdeh 2006-cı ildə nikaha daxil olmuş, 2016-cı ildə isə nikahları pozulmuşdur. 2011-ci ildə İddiaçı anası Zənurə Məmmədova tərəfindən mübahisəli mənzil alınmışdır. Sonuncunun ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə həmin mənzil üzrə "xxxx" MTK ilə Zənurə Məmmədova arasında olan müqavilə İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2016cı ildə tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə mübahisəsi olarkən İddiaçı tərəflər arasında barışığın əldə olunması və ailənin bərpası niyyətilə müqaviləni Cavabdeh adına rəsmiləşdirir. Buna baxmayaraq, tərəflərin arasında nikah xx.xx.2016-cı il tarixdə məhkəmə qaydasında pozulur. Sonradan məlum olur ki, İddiaçı mənzil üzrə müqaviləni nikahın pozulması barədə qətnamənin qəbul olunduğundan xəbərdar olmadan Cavabdeh adına rəsmiləşdirmişdir. Cavabdeh həmin mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış almamışdan əvvəl, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı artıq həmin müqavilənin etibarsızlığı mübahisələndirmiş, həmin iddia üzrə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə iddia rədd edilmişdir. Cavabdeh isə bu müddət ərzində mübahisəli mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair xx.xx.2019-cu il tarixdə çıxarış alır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş, müqavilə etibarsız hesab edilmişdir. Daha sonra qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Xətai-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğlu X2 Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsində yerləşən "xxxx" MTK-nın tikmiş olduğu 3 bloklu 17 mərtəbəli 39 F nömrəli evin 67 nömrəli mənzilində (yeni qaydalarla: AZ1149, ünvan 2 qeydiyyatda olmasına baxmayaraq yaşamır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Vəkil tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 67 (yeni qaydalarla: AZ1149, ünvan 2 ünvanında yerləşən mənzil 2011-ci ildə iddiaçının anası tərəfindən əldə edilmiş, bundan sonra 2016-cı ildə iddiaçıya bağışlanmışdır və hazırda İddiaçı mülkiyyətindədir, Cavabdeh iddiaçının keçmiş arvadıdır, cavabdehlə ailə münasibətlərinə 2016-cı ildə xitam verilmişdir, cavabdeh mübahisəli mənzilə köçürülməsi barədə məhkəmə qaydasında tələb irəli sürsə də, məhkəmə tərəfindən iddiası təmin edilməmişdir. Halhazırda cavabdeh həmin mənzildə yaşamır və ondan istifadə etmir. Bununla belə, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, istifadə hüququna xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (Latridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ) Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzildən (yeni qaydalarla: AZ1149, ünvan 2 Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Bununla bərabər, məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzildən (yeni qaydalarla: AZ1149, ünvan 2 qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır Həmin Məcəllənin 253.3-cü maddəsinə əsasən, qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzildən (yeni qaydalarla: AZ1149, ünvan 2 istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7097/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-7097/2023
22.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver