Məhkəmə qərarları › İş №e-2(011)-7158/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7158/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7158/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 140.000 manat məbləğində pulun və 430 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh onun bacısının əridir. 2013-ci ilin fevral ayında Səxavətin «BakıŞərab 1№» zavoduna140.000 manat borcu yaranmışdır. Borca görə Səxavəti sıxıntı yaşamış, həmin vaxt qohum kimi Səxavət ondan 140.000 manat borc alıb zavoda olan borcunu ödəmişdir. Qeyd olunan vaxt Səxavətə Salyan şəhərində yerləşən fərdi yaşayış evində, öz anası Töhfə Abdullayeva, həyat yoldaşı Zülfiyyə Abdullayeva, Səxavətin öz oğlu Emil Cəfərov və həyat yoldaşı Nərminə Cəfərovanın yanında həmin məbləğdə borcu vermişdir. Həmin vaxt o özü də, qeyd olunan məbləğdə pulu özündə olmadığı üçün dostu Əşrəf Baloğlanovdan müvəqqəti borc alaraq Səxavətə vermişdir. Səxavət ona həmin vaxt 6 ay müddətinə borcunu ödəməyi söz versə də, sözünə əməl etməmişdir. Elə olmuşdur ki, Səxavətin maddi durumu çox pis olduğundan anası ondan xahiş etmişdir ki, ona müddət versin. Nə vaxt özünə gələr, maddi imkanı normallaşar onun borcunu ödəyər. İddiaçı anasının xahişini nəzərə alıb, həmin pulu öz cibindən Əşrəf Baloğlanova ödəmişdir. Qeyd olunan dövrdən keçən müddət ərzində hər il Səxavət söz versə də, ona olan həmin borcunu ödəməmişdir. Sonuncu dəfə ona söz vermişdir ki, Salyan şəhərində yerləşən özünə məxsus «Həyat» şadlıq sarayını sataraq onun borcunu ödəyəcəkdir. Lakin həmin şadlıq sarayını da satdıqdan sonra yenə onun borcunu ödəməmişdir. Aralarındakı razılıq ondan ibarət olmuşdur ki, Səxavət 140.000 manat borcunu 2023-cü ilin sonunda geri qaytarmalıdır. Lakin həmin məbləğ hazırda da qaytarılmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçı tərəfindən onlara borc pul verilmədiyini bildirmişlər. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, X1 İlqar Ağahəsən oğlu barəsində Salyan Rayon Prokurorluğuna müraciət etmiş, həmin müraciət üzrə araşdırma aparılmış, müraciət üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı 140.000 manat borc öhdəliyinin icra edilməməsi ilə bağlı Səxavət Səlimova qarşı mülki qaydada məhkəməyə iddia ilə müraciət etmək hüququ izah edilmişdir. Adıçəkilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh öz izahatında bildirmişdir ki, X8 onun bacısı Şövkət Cəfərovanın həyat yoldaşıdır. Həmçinin İddiaçı onun qaynıdır. İlqarın bacısı Nəriminə Cəfərova ilə o 1990-cı ildən bəri ailə həyatı qurmuşlar. Eldar Nəzirovun müraciətində qeyd etdiyi halları təsdiq edir. Əlavə olaraq bildirir ki, 2004-cü ildə o Salyan şəhərində yerləşən 0,0687 ha torpaq sahəsini bazar qiymətindən dəfələrlə ucuz qiymətə Salman adlı vəfat etmiş qonşudan qaynı İddiaçı üçün almışdır. Həmin torpaq sahəsinin pulunu o versə də, sonradan İlqar elə həmin il hissə-hissə torpaq sahəsinin pulunu ona geri qaytarmışdır. Həmin dövrdə İlqar yeni ticarətlə məşğul olmağa başlamış, hələ ticarətçi kimi təcrübəsi olmamışdır. Ona təklif etmişdir ki, şərikə həmin torpaq sahəsində mağaza tikərək orada inşaat materiallarının satışını həyata keçirsinlər. O İlqarla razılaşdıqdan sonra İlqarla şərt kəsmişdir ki, onunla şərik işləməyə razıdır, torpaq sahəsinin yarısını ondan pul qarşılığında alacaq, həmçinin tikiləcək dükanın da, yarı xərcini özü çəkəcəkdir. Bunun qarşılığında gələcəkdə İlqar həmin sahibkarlıq obyektindən əldə etdiyi gəlirin 50%-ni bacısı əri Eldar Nəzirova verəcəkdir. Belə razılığa gəldikdən sonra o İddiaçılə 25 may 2004-cü ildə Salyan şəhərində yerləşən notarial kontorunda torpaq sahəsinin ½ hissəsinin Eldar Nəzirovun adına keçirilməsi barədə alqı-satqı müqavilə bağlamışlar. Müqavilənin predmeti olan torpaq sahəsinin ½ hissəsini, o dövrün məzənnəsi ilə 10.000.000 manat pulu İlqara ödəməklə, həmçinin notarius ödənişlərini həyata keçirməklə Eldarın adına alqı-satqı edib keçirmişdir. Həmin dövrdə onun özünə məxsus biznesi olduğu üçün bir növ İlqarla şərikə tikəcəyi obyekti bacısına hədiyyə etmişdir. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra isə qeyd olunan torpaq sahəsində hazırda mövcud olan tikilini özü, öz puluna tikdirmişdir. Sonra isə həmin xərcin yarısını İlqar ona vermişdir. Lakin, həmin tikilini o özü əziyyət çəkib, ustaların üstündə durub tikdirmişdir. Bunun müqabilində İlqar ona bir qəpik də, zəhmət haqqı verməmişdir. Obyekt 2004-cü ilin payız ayından işləməyə başlamışdır. Həmin obyekt tamamilə İddiaçı tərəfindən işlədilmiş, o obyektin işlədilməsində bilavasitə iştirak etməmişdir. Sadəcə olaraq ilk 3 ay ərzində İlqar ona aylıq gəlir barədə hesabat versə də, sonradan həmin hesabat onu qane etmədiyi üçün İlqardan hər hansı pulu qəbul etməmişdir. İlqar isə ona söz vermişdir ki, işlərini qısa müddət ərzində yoluna qoyub ona normal şəkildə şəriklik haqqının qarşılığını verəcəkdir. Lakin, 2004-cü ildən keçən dövr ərzində İddiaçı həmin ticarət obyektindən gələn gəlirdən nə ona, nə də ki, Eldar Nəzirova 1 qəpik də, pul vəsaiti ödəməmişdir. Qohumluq münasibətlərinə görə 2004-cü ildən keçən dövr ərzində o bircə dəfə də, olsun İlqardan şərikə işlətmək üçün qurduqları, tikdikləri dükandan ona və ya Eldar Nəzirova hər hansı pay ayırmasını tələb etməmişdir. Əvəzində isə Eldar ondan nə vaxt həmin obyektdəki payı ilə bağlı pul istəyəndə o öz cibindən Eldara pul vermişdir. 2023-cü ilin noyabr ayında onunla İlqar arasında ailəliklə münasibətləri pozulmuşdur. Bundan sonra o qərara gəlmişdir ki, özünə aid olan 0,0687 ha torpaq sahəsinin ½ hissəsini Eldar Nəzirovun adına keçirsin. Torpaq sahəsi yeznəsi Eldar Nəzirovun adına olduğu üçün o torpaq sahəsinə sonuncunun adına çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi şəxsin 13 saylı Şirvan ərazi İdarəsinə ərizə ünvanlamışdır. Həmin ərizəyə sözügedən qurumdan daxil olmuş cavab məktubundan ona məlum olmuşdur ki, İlqar 2006-cı ildə qanunsuz olaraq onun haqqını tapdalayıb, ona məlum olmayan səbəblərdən və ondan gizli bütünlüklə, 0,0687 ha torpaq sahəsini özünün adına özəlləşdirib və çıxarış almışdır. Bu səbəbdən, İlqarın aralarında qüvvədə olan alqı-satqı müqaviləsinə baxmayaraq, dövlət orqanlarının vəzifəli şəxsləri ilə əlbir olaraq onun haqqını tapdalayıb, torpaq sahəsinin bütöv hissəsinə qanunsuz çıxarış alması barədə araşdırma aparılması üçün Salyan Rayon Prokurorluğuna, həmçinin həmin çıxarışın ləğv edilməsi ilə üçün Eldar Nəzirov tərəfindən məhkəməyə müraciət edilmişdir. İddiaçı dələduzluq yolu ilə, aralarında olan alqısatqı müqaviləsini, vəzifəli şəxslərdən gizlətməklə, onlarla əlbir olub onun əmlaka olan hüquqlarını ələ keçirmişdir. Mülki işin materiallarının 88-ci səhifəsindən görünür ki, izahatı alınarkən prokuror köməkçisi tərəfindən Cavabdeh İddiaçı tərəfindən 2013-cü ildə 140 000 manat borc verilib-verilməməsi sual edilmiş, bu suala cavab olaraq isə Cavabdeh İddiaçı ona heç vaxt, heç bir məbləğdə borc pul və ya digər əmlak verilmədiyini qeyd etmişdir. Araşdırma gedən zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, X5 Salyan Rayon Prokurorluğuna ünvanlandığı ərizəsini əslində onun bacısı əri Cavabdeh tərtib etmişdir. Belə ki, o uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2004-cü ildə özünə məxsus olan Salyan şəhərində yerləşən 0,0687 hektar torpaq sahəsində sahibkarlıq obyekti tikərək həmin obyekti işlətməyə başlamışdır. Həmin vaxt polisdə işləyən bacısı əri Cavabdeh ona onunla şərik həmin yeri işlətməyi təklif etmişdir. O Səxavətlə razılaşmış və Səxavətin qarşısına şərt qoymuşdur ki, onun həmin torpaq sahəsini almağı, həmçinin həyata keçirdiyi tikiliyə görə çəkdiyi xərclərin yarısını ona ödəsin, o da, bunun əvəzində Səxavətə şərik olsun. Razılaşdıqdan sonra Səxavət onun sahibkarlıq obyektinə nəzarət etməyə başlamışdır. Həmçinin həmin vaxt onun başqa da işləri var imiş deyə həmin obyektə o olmayan vaxt Səxavət özü nəzarət edirmiş, ticarətə yeni başladıqları üçün güclü mənfəət də, əldə edə bilməmişlər. Səxavət həmin vaxt razılaşdıqları kimi ona obyektin istismara verilməsinədək çəkdiyi xərclərin yarısını ödəyə bilməmişdi. Səxavət ona söz vermişdir ki, həmin pulu ona ödəyəcəkdir. Lakin ona ümumiyyətlə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Buna baxmayaraq obyektə nəzarət etdiyi üçün onu məcbur etmişdir ki, notarial qaydada həmin obyektin ½ hissəsini onun adına keçirsin, onsuzda gec-tez danışdıqları məbləğdə pul vəsaitini ona verəcəkdir. Səxavət razılaşdıqları pulu ona ödəmədiyi üçün öncə formal olaraq, həyat yoldaşının iştirakı olmadan müqavilə bağlamaq istəmiş, lakin, sonradan notarius həmin müqaviləni qeydiyyata almaq üçün yoldaşının razılığını şərt kimi qoyduğu üçün, məcbur qalıb buna razılıq vermişdir. Lakin, həmin müqaviləni öz aralarında qanuni bağlasalar da, əslində Səxavət ona çəkdiyi xərcin yarısını ödəməyincə müqavilə öz aralarında formal olmuşdur. Müqavilə predmeti olan o dövrün məzənnəsi ilə 10.000.000 manat pulu Eldar və ya Səxavət ona ödəməmişlər. Aralarında şifahi razılıq və danışıq olduğu üçün o da notariusa demişdir ki, həmin torpaq sahəsinə görə ona Eldar tərəfindən o dövrün məzənnəsi ilə 10.000.000 manat pul ödənilmişdir. Əslində həmin dövrdə də, sonrakı dövrlərdə də, nə Eldar nə də ki, Səxavət tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. Çünki, Səxavət sonradan gedib başqa biznesə qoşulmuşdur. Bu səbəbdən artıq aralarında olan razılaşma baş tutmamışdır. Onların aralarında olan alqı-satqı müqaviləsi formal olduğu üçün o həmin müqaviləni ləğv elətdirməyi belə zəruri hesab etməmişdir. Bu səbəbdən həmin alqısatqı müqaviləsi o vaxtdan qüvvədə qalmışdır. 2006-cı ildə 0,0687 ha torpaq sahəsinə çıxarış almışdır. Həmin vaxt reyestr xidmətinə müraciət edən zaman hətta Eldar Nəzirovla aralarında bağlanılmış alqı-satqı müqaviləsinin surətini də, torpaq ayırma sənədlərinin içində reyestr xidmətinə vermişdir. Reyestr xidmətindən ondan bu barədə hər hansı sual soruşulmadan elə 2006-cı ildə torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikdirdiyi tikiliyə çıxarış vermişlər. Həmin vaxtdan sonra üzərindən uzun illər keçdiyi üçün Eldar Nəzirovla aralarında olan alqı-satqı müqaviləsinin mövcudluğunu belə unutmuşdur. 2013-ci ilin fevral ayında Səxavətin «Bakı Şərab 1№» zavoduna 140.000 manat borcu yaranmışdır. Həmin vaxt Səxavət ondan 140.000 manat borc alıb zavoda olan borcunu ödəmişdir. Qeyd olunan vaxt Səxavətə Salyan şəhərində yerləşən fərdi yaşayış evində, öz anası Töhfə Abdullayeva, həyat yoldaşı Zülfiyyə Abdullayeva, Səxavətin öz oğlu Emil Cəfərov və həyat yoldaşı Nərminə Cəfərovanın yanında həmin məbləğdə borcu vermişdir. Həmin vaxt o özü də, qeyd olunan məbləğdə pulu özündə olmadığı üçün dostu Əşrəf Baloğlanovdan müvəqqəti borc alaraq Səxavətə vermişdir. Səxavət ona həmin vaxt 6 ay müddətinə borcunu ödəməyi söz versə də, sözünə əməl etməmişdir. Elə olmuşdur ki, Səxavətin maddi durumu çox pis olduğundan anası ondan xahiş etmişdir ki, ona müddət versin. Nə vaxt özünə gələr, maddi imkanı normallaşar onun borcunu ödəyər. O anasının xahişini nəzərə alıb həmin pulu öz cibindən Əşrəf Baloğlanova ödəmişdir. Qeyd olunan dövrdən keçən müddət ərzində hər il Səxavət söz versə də, ona olan həmin borcunu ödəməmişdir. Sonuncu dəfə ona söz vermişdir ki, Salyan şəhərində yerləşən özünə məxsus «Həyat» şadlıq sarayını sataraq onun borcunu ödəyəcəkdir. Lakin həmin şadlıq sarayını da, satdıqdan sonra yenə onun borcunu ödəməmişdir. O sonuncu dəfə Səxavətə xəbərdarlıq etmişdir ki, ona olan 140.000 manat borcunu 2023-cü ilin sonunda geri ödəməsə, ondan hüquq mühafizə orqanlarına şikayət edəcəkdir. Bu vaxtdan sonra 2023-cü ilin dekabr ayında Səxavətin bacısı, Eldar Nəzirovun həyat yoldaşı Şövkət adlı qadın onun həyat yoldaşına zəng edərək bildirmişdir ki, «Səxavət mənə dedi ki, əgər İlqar onun 140.000 manat borcundan keçməsə, mənim ərim Eldar da, aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında İlqarın Salyan şəhərində yerləşən obyektini məhkəməyə verib onun əlindən alacaqdır.» Telefon danışığı zamanı Şövkət yoldaşına təklif etmişdir ki, o həmin borcu tələb etməkdən imtina etsin, onlar da, sözügedən torpaq sahəsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etməsinlər. Yoldaşı ona bu xəbəri çatdırdıqdan sonra onun yadına düşmüşdür ki, o 2004-cü ildə formal olaraq Eldar Nəzirovla alqı-satqı müqaviləsi bağlamışdır. Lakin, o qarşı tərəfin tələbi ilə razı olmamış, onlara demişdir ki, ona olan 140.000 manat məbləğində borcu geri qaytarsınlar. Bundan sonra ona məlum olmuşdur ki, danışıqlarından sonra Səxavət Eldardan etibarnamə almış, onun adından vəkil tutmuş, məhkəmə və Salyan Rayon Prokurorluğuna müraciət etmişdir. Səxavətlə qeyd olunan dövrdə aralarındakı razılaşma pozulmuşdur, hətta onlar üçün həmin mülki müqavilə o qədər əhəmiyyətsiz və formal olmuşdur ki, o 2006-ci ildə reyestr xidmətindən özünə həmin torpaq sahəsi və tikili ilə bağlı çıxarış almaq üçün müraciət edən zaman həmin alqı-satqı müqaviləsini də, reyestr xidmətinə vermişdir. Elə həmin müqaviləni reyestr xidmətinə təqdim etməsindən də, görünür ki, o həmin müqaviləyə formal bir sənəd kimi baxmış, onun həmin torpaq sahəsini qarşı tərəfin dediyi kimi dələduzluq yolu ilə öz adına tam olaraq keçirmək niyyəti olmamışdır. Belə olsaydı o ümumiyyətlə həmin alqısatqı müqaviləsini reyestr xidmətinə təqdim etməzdi. Mülki işin materiallarının 81-ci səhifəsində olan İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, ilkin izahatlar alınan zaman Cavabdeh ondan 2017-ci ildə 140 000 manat borc almasını bildirmişdir. Əslində isə o, iddiaçıdan 2013-cü ilin fevral ayında həmin məbləğdə pul vəsaitini almışdır. Həmin dövrdən keçən müddət ərzində anasının xahişi ilə ona borcu qaytarmaq üçün müddət vermişdir. Sadəcə olaraq ilkin izahatlar alınan zaman üzərindən uzun müddət keçdiyi üçün iddiaçı ona dəqiq hansı tarixdə borc verməyini unudaraq səhvən 2017-ci il demişdir. Əslində isə həmin məsələ 2013-cü ildə baş vermişdir. İş materiallarından görünür ki, X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı reyestr qeydinin və çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2540/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəl qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin əvvəl qüvvədə olmuş 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin əvvəl qüvvədə olmuş 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin əvvəl qüvvədə olmuş 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsaəsn məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İddiaçı iddia ərizəzsində, habelə prokurorluqda vermiş olduğu izahatında qeyd etmişdir ki, Cavabdeh «Bakı Şərab 1№» zavoduna 140.000 manat borcu yaranmış, həmin borcu məbləğinin bağlanması məqsədi ilə İddiaçı tərəfindən cavabdehə 140.000 manat pul borc verilmişdir. İddiaçı hazırda həmin məbləğin cavabdehdən alınmasını tələb edir. Məhkəmə ilk olaraq, bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Hazırkı mülki işin araşdırması, habelə bundan əvvəl prokorurluqda araşdırma gedən zaman iddiaçı ilə cavabdeh arasında həqiqətən borc münasibətlərinin olması, həmin borcun nə məqsədlə və nə vaxt verilməsi heç bir mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili şahidlərin iştirakını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilsə də, şahidlər məhkəmə iclasında iştirak etməmişlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə”dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar