Məhkəmə qərarları › İş №e-2(011)-718/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-718/2023

01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-718/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli Şəhadətnaməsindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin satın alınması üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 8517 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bununla yanaşı, bu əmlakın alınması üçün iddiaçı tərəfindən əlavə olaraq həmin hesaba 1067 manat məbləğində də pul vəsaiti ödənilmişdir. Lakin Azərbaycan Dövlət X9 İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət X9 balansındakı yarımçıq tikinti olan laboratoriya korpusunun və 1,34 ha torpaq sahəsinin geri qaytarılması, alqı-satqı şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsi ilə, Samux Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilərək, Azərbaycan Dövlət X9 iddia tələbinin təmin edilməsi, iddiaçı Azərbaycan Dövlət X9 cavabdehlər X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət X9 balansında olan tikintisi yarımçıq olan labarotoriya korpusunun, 1,34 ha torpaq sahəsinin geri qaytarılması və Nəzərov Cəfər oğluna verilmiş 26 dekabr 2007-ci il tarixli, 002887 saylı, 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X4 verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə və 29 may 2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfiindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satımasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Dövlət X9 balansındakı yarımçıq tikinti olan laboratoriya korpusu və 1,34 ha torpaq sahəsinin Azərbaycan X2ytarılması qət edilmişdir. Bundan sonra da Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında Samux rayon icra qrupunun 11 yanvar 2013-cü il tarixli təqdimatı əsasında, Samux Rayon Məhkəməsinin 8(58)-02/2013 saylı 28 yanvar 2013-cü il tarixli qərardadı ilə həmin işin icraatına xitam verilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının ayrı-ayrı orqanlara və qurumlara, yuxarı instansiya məhkəmələrinə də olan müraciətləri heç bir nəticə vermədikdən sonra, həmin əmlakın alınması üçün onun tərəfindən ödənilən pulunun geri qaytarılmasını və sonuncu dəfə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət edərək xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab Rüstəm Şahbazovun ona ünvanladığı 22 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş vəsaitin geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsində ödənilən vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin qaytarılması mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ümumilikdə ödənilmiş 9584 (doqquz min, beş yüz səksən dörd 8517+1067) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb edilməsi və iddia tələbinin 75 faizinin Maliyyə Nazirliyi, 25 faizinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, analoji işlər Bakı şəhəri Xətai Rayon Məhkəməsində çox olmuşdur. Məsələ ondan ibarətdir ki, iddiaçının ödədiyi pulun 75%-i dövlətin, 25%-i isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansına keçmişdir. Dövlətin balansı dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulur. Ona görə də iddianın təmin edilməsinə etiraz etmirlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X11 iddianın onlara münasibətdə təmin edilməməsini xahiş etmişdir. X11 bildirmişdir ki, bu hüquq münasibətlərində İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Bu baxımdan iddia ərizəsi Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, İddiaçı həqiqətən Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Əmlakın ümumi satış qiyməti 8517 manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 №li tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 8517 manat məbləğində pul köçürülmüşdür. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı 19 yanvar 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Dövlət X9 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət X9 balansında olan yarımçıq tikinti olan labarotoriya korpusunun 1,34 ha torpaq sahəsinin geri qaytarılması və 26 dekabr 2007-ci il tarixli 002887 saylı 29 may 2008-ci il tarixli 001290 saylı alqı-satqı şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin direktoru C.K.Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli ləğv edilərək, iddiaçı Azərbaycan Dövlət X9 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət X9 balansında olan yarımçıq tikinti olan labarotoriya korpusunun 1,34 ha torpaq sahəsinin geri qaytarılması və İddiaçı verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı, 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı “Dövlət əmlakını hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin və 29 may 2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyetklərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Dövlət X9 balasında olan yarımçıq tikinti olan labarotoriya korpusunun və 1.34 ha torpaq sahəsinin Azərbaycan X2ytarılması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 29 may 2008-ci il tarixli 001290 saylı özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməyə əsasən İddiaçı Samux rayon İnstitut qəsəbəsində yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisinin yerləşdiyi 13435.6 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış, torpaq sahəsinin ümumi satış qiyməti 1067 manat təşkil etmiş və şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 28 yanvar 2023-cü il tarixli 8(058)- 02/2013 saylı qərardadının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı 19 yanvar 2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı 22 noyabr 2022-ci il tarixli **********08 nömrəli məktubun surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş vəsaitin geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsində ödənilən vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin qaytarılması mümkün deyildir. Həmin məktubda İddiaçı müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X11 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün onunla AR ƏMDK arasında alqısatqı müqaviləsi imzalanmışdır. Lakin sonradan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olaraq İddiaçı hüquqlarının pozulduğunu iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsində göstərilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmamışdırsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu hüquq münasibətlərində İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Bu baxımdan iddia ərizəsi Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözgedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyinə görə iddia tələbi Maliyyə Nazirliyinə yönəldilə bilməz. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Göründüyü kimi əmlakın özəlləşdirilməsi və digər bu kimi xidmətlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin qanunun 11.2-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etməklə bağlı xərclərin ödənilməsi üçün özəlləşdirməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumlann ödənilməsindən əldə edilən pul vəsaiti və daxilolmalar daxil olur. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsl məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ozəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəi Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməsinin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 qeydiyyat nömrəli və 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamələr əsasında Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisini və həmin tikilidə yerləşən 13435.6 kv.m olan torpaq sahəsini ümumilikdə 9584 manat (8517+1067) ödəməklə satın almışdır. Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət X9 balansında olan yarımçıq tikinti olan labarotoriya korpusunun 1,34 ha torpaq sahəsinin geri qaytarılması və 26 dekabr 2007-ci il tarixli 002887 saylı 29 may 2008-ci il tarixli 001290 saylı alqı-satqı şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Samux Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli qətnaməsi əsasən iddia tələbi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı 19 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin direktoru C.K.Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli ləğv edilərək, iddiaçı Azərbaycan Dövlət X9 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət X9 balansında olan yarımçıq tikinti olan labarotoriya korpusunun 1,34 ha torpaq sahəsinin geri qaytarılması və İddiaçı verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı, 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı “Dövlət əmlakını hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin və 29 may 2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Dövlət X9 balasında olan yarımçıq tikinti olan labarotoriya korpusunun və 1.34 ha torpaq sahəsinin Azərbaycan X2ytarılması qət edilmişdir. Göründüyü kimi qeyd olunan şəhadətnamələr etibarsız hesab edilsə də, İddiaçı tərəfindən ödənilmiş 9584 manat pul vəsaiti ona geri ödənilməmişdir. Qeyd olunan normativ hüquqi aktların tələblərindən və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin izahatından da göründüyü kimi, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövİət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Əmlak Məsələləri Dövlət Xidmətinin) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qeyri-yaşayış sahəsinə və torpağa görə ödənilmiş 9584 manat məbləğində pulun 25 %-i, yəni 2396 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni 7188 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 9584 (doqquz min beş yüz səksən dörd) manat pulun 25 %-i, yəni, 2396 (iki min üç yüz doxsan altı) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni, 7188 (yeddi min yüz səksən səkkiz) manat hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb, İddiaçı qaytarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar