Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7237/2021 10.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, «Paşa Sığorta» ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1500 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh idarə etdiyi ** PX *** dövlət qeydiyyat nişanlı Ravon R4 markalı avtonəqliyyat vasitəsi 31.08.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır, 27.06.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** PX *** dövlət qeydiyyat nişanlı Ravon R4 markalı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtonəqliyyat vasitəsinin sərnişini X4 az ağır xəsarət almışdır, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir, "xxxx" ASC-nin 26.09.2019-cu il tarixli sığorta aktına əsasən isə X4 az ağır xəsarət alması ilə bağlı 1500,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və onun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir, maşını idarə etmək hüququ olmamışdır, etibarnaməsiz idarə etmişdir, etibarnamə olsa da, olmasa da sığorta ödənişi edilməlidir, lakin etibarnamə olmadıqda, ödəniş subroqasiya qaydasında tərəfdən alınmalıdır, belə olan halda da hazırda "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 1500 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Sonda Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, maşını lizinqlə almışdır, lizinq ödənişini hər ay etmişdir, lakin qəza baş verən həmin ay ödəyə bilməmişdir, maşını idarə edərkən qəza baş vermişdir, bu zaman onun dostu da maşında olmuşdur, qəza nəticəsində idarə etdiyi maşın əzilmiş, həmçinin maşında olan dostunun onurğasına problem yaranmışdır, sığorta üçün lazım olan sənədlərin hamısını vermişdir, icbari sığorta da pulu ödəmişdir, pulu xəsarət aldığı üçün onun dostuna-maşında olan sərnişinə ödəmişlər, pulu Pərviz özü almışdır, indi isə 2 il sonra ondan pul istəyirlər, mübahisəli maşın onun olmuşdur, ancaq texniki pasportda isə AZEUROCOD-a məxsusdur, o maşının mülkiyyətçisi, sahibi deyildir, onun avtomobili idarə etməsi ilə bağlı etibarnaməsinin müddəti iyun ayının 21-i bitmiş, qəza isə həmin ayın 27-si olmuşdur, maşın idarə olunan zaman onu idarə etməyə səalhiyyəti olmamışdır, lakin belə bir hüququ yox idisə, sığorta şirkəti pulu ödəməməli idi, bu onların səhvidir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Paşa Sığorta” ASC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə və Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, “Paşa Sığorta” ASC tərəfindən Cavabdeh ilə mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 15 iş günü müddətində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş edilmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 31.08.2018-ci il tarixli PPA ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh 90PX106 qeydiyyat nişanlı RAVON R4 minik markalı nəqliyyast vasitəsi üçün əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində sığortalanmışdır. İş materiallarında olan 597045 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon R4” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan 26.09.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktının surətindən görünür ki, X3 "xxxx" ASC tərəfindən 1500 azn sığorta ödənişinin alınması üçün **********357555 saylı plastik kart verilmişdir. İş materiallarında olan 26.09.2019-cu il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 1500 manat məbləğində sığorta ödənişi 30.09.2019-cu il tarixdə köçürmə yolu (**********357555 saylı karta) X3 ödənilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə 21.01.2020-ci il tarixli Qərardan görünür ki, Ravon-R4 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR CM-in 263.1-ci maddəsində nəzərdə tutulan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətsə də, sərnişin X4 onunla barışıb heç bir şikayət və vəsatəti olmadığından 29 iyul 2019-cu il tarixdə Cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur, 12 dekabr 2019-cu il tarixdə toplanmış material üzrə qəbul edilmiş qərar sürücü Cavabdeh barəsində inzibati qaydada tənbeh tədbiri görülmədiyi üçün Neftçala rayon prokuroru tərəfindən ləğv edilərək təkrar araşdırmaya qaytarıldığından icraatına qəbul edilərək təkrar araşdırmaya qaytarıldığından icraatına qəbul edilərək araşdırılması davam etdirilmişdir. Həmin Qərar ilə sürücü Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMCyə məxsus ** PX *** dövlət qeydiyyat nişanlı “Ravon R4” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 31.08.2018-ci il tarixdə sığortalanmışdır, 27.06.2019-cu il tarixdə "xxxx" MMC-yə məxsus olan Cavabdeh tərəfindən idarə olunan Ravon-R4 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə törədilən qəza nəticəsində həmin avtomobildə sərnişin olan X1 az ağır zərər dəymişdir, sığortaçı tərəfindən sağlamlığına zərər vurulmuş X3 1500 manat məbləğində sığorta ödənişi edilmişdir, hadisə zamanı cavabdehin maşını idarə etmək üçün qüvvədə olan etibarnaməsi olmamışdır, cavabdeh AR CM-in 263.1-ci maddəsində nəzərdə tutulan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətsə də, sərnişinə barışdığından 29.07.2019-cu il tarixdə məsuliyyətdən azad edilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1500 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30,40 manat, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 1500 (min beş yüz) manat və dövlət rüsumun qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7237/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7237/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver