Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7276/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı X2 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iş üzrə Cavabdeh 35.000 manat məbləği və iddia ərizəsini verilməsi üçün ödənilmiş 195 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək iş üzrə Cavabdeh 44760 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 224,28 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, MK-20240403-002 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə və xx.xx.2024-cü il tarixli MK20240403-002-İP nömrəli ipoteka müaviləsinə əsasən əsasən Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı birinci nikahından olan oğlu X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzili girov qoyaraq "xxxx" BOKT-dan 36 ay müddətinə illik 27% olmaqla 35000 manat məbləğində kredit götürmüşdür. İş materiallrına əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, həmin kreditin 21960 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Artıq onların arasındakı nikah pozulduğuna və ər-arvad münasibtələri olmadığına görə Məmmədova X1 Vüsal Bəhruz oğlu tərəfindən götürülmüş 35000 manat kredit məbləğini cavabdehdən tələb etmək hüququ vardır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə sübutların tədqiqi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-751/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 2547 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan "xxxx" BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK20240403-002 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə 35000 manat məbləğində, kreditdən istifadəyə görə illik 27 faiz ödənilməsi şərtilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MK20240403-002-İP saylı ipoteka müqaviləsinə əsasən ipotek qoyan X4 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 124 saylı mənzili xx.xx.2024-cü il tarixli MK20240403-002 kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka yüklü etmişdir. İş materiallarında olan İddiaçı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli qəbzə əsasən 1460 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 1430 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 930 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 650 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 650 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 150 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 450 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 150 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 300 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 300 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 700 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 170 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 70 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1450 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1500 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1500 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 5000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 5000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 5000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1350 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1100 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 400 manat məbləğində ödənişlər etmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntülərdən və fotoşəkillərdən görünür ki, “Beer by Vüsal” adlı məkanın açılışı baş tutmuşdur. Tərəflər bununla bağlı mübahisə edirlər. İddiaçı öz iradını bildirərək qeyd etmişdir ki, cavabdeh kredit götürərək pub işlətməyə başlamış və əldə olunmuş gəlirdən ailəsinə heç bir şey verməmişdir. Cavabdeh bu iradlara hər hansı bir münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü səxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah xx.xx.2017-ci il tarixində bağlanmışdır. Tərəflər arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-751/2025 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə yaşadıqları və birgə təsərrüfat apardıqları dövrdə Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK20240403-002 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi iddiaçının oğlu X3 məxsus mənzil ipoteka yüklü edilmişdir. İddiaçı iddia edir ki, cavabdehlə birgə nikahda olan zaman sonuncu şəxsi məqsədlər üçün kredit götürmüş və sonradan kredit üzrə ödənişlər etməmişdir. Kredit götürüləndən sonra faktiki olaraq ailə münasibətləri pozulmuş və onlar ayrı yaşamağa başlamışlar. Həmin vaxtdan cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda iddiaçı kredit ödənişlərinin aparılacağının təminatı kimi oğluna məxsus mənzil ipoteka yüklü edildiyindən borcun həmin mənzilə yönəldilməməsi üçün cavabdehin yerinə kredit ödənişlərini etmişdir. Hazırda isə hesab edir ki, kredit müqaviləsi üzrə aparılmış bütün ödənişlər ona geri qaytarılmalıdır. Məhkəmə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadən qeyd edir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Mülki işin məhkəmə araşdrıması zamanı cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə sözü gedən kredit müqaviləsinə əsasən əldə edilmiş vəsaitin ailə ehtiyaclarının ödənilməsinə sərf etdiyinə dair hər hansı sübut və ya dəlil təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK20240403-002 nömrəli kredit müqaviləsi üzrə iddiaçı öhdəliyi icra edərək, kreditoru təmin etdiyindən, icra etdiyi öhdəlik həcmində tələb hüququ ona keçmişdir. Odur ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş vəsaitlər Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə aparılmış ödənişlərə dair məhkəmə qeyd edir ki, məhkəmə təqdim edilmiş qəbzlərin və "xxxx" QSC tərəfindən məhkəmə təqdim edilmiş kredit müqaviləsi üzrə hesabdan çıxarışın müqayisəli təhlili nəticəsində müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə 1460 manat, xx.xx.2024-cü il tarixdə 1430 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 930 manat, xx.xx.2024-cü il tarixdə 650 manat, xx.xx.2024-cü il tarixdə 650 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 1450 manat, xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 1350 manat, xx.xx.2025-ci il tarixdə 1100 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, ümumilikdə 42.310 manat məbləğində ödənişlər aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK20240403-002 nömrəli kredit müqaviləsi üzrə, iddiaçı tərəfindən ödənilmiş 42.310 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edildiyinə görə, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq dövlət rüsumu və dövlət rüsumunun kəsri cavabdehə aid edilməlidir. Bununla yanaşı ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 134.60 manat məbləğində dövlət rüsumu və 60 manat mediasiya xərci ödənişləri edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun kəsrinə görə 22,33 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə, 194,60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 42.310 (qırx iki min üç yüz on manat) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumununun əvəzi olaraq 134,60 (yüz otuz dörd manaty altmış qəpik) manat, mediasıya xərcinin əvəzi olaraq 60 (altmış manat) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun kəsrinə görə 22,33 (iyirmi iki manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7276/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7276/2025
12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver