Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7354/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə 579.40 manat məbləğin tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – Cavabdeh 549 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş orta ödənişinin məbləği, 30,40 manat dövlət rüsumu, 579,40 manatın tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərindən xx.xx.2023-cü il tarixində irəli sürülmüş və e-2(011)-7354/2023 nömrəsi ilə qeydiyyata alınmış iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinin tələbinə əsasən, geri qaytarılması barədə və 114.1.3cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumun geri qaytarılması barədə qərardad çxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 224/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh vurulmuş zərərə görə 549 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 579 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC- yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-224/2021 nömrəli xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qətnamə mövcud olduğundan və həmin qətnamə qanuni qüvvədə olduğundan, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi olduğundan, iş üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Cavabdeh 549 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş orta ödənişinin məbləği, 30,40 manat dövlət rüsumu, 579,40 manatın tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – Cavabdeh 549 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş orta ödənişinin məbləği, 30,40 manat dövlət rüsumu, 579,40 manatın tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7354/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7354/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver