Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7453/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 350 (üç yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği, 30.40 (otuz, qırx) manat dövlət rüsumu, ümumilikdə 380.40 (üç yüz səksən qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz ML320” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman baş verən yol nəqliyyat hadisəsi nəticəsində, “Kia Optima” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş qərarla “Mercedes Benz ML320” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələrində (məsafəsinin düzgün seçilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS240157 saylı xx.xx.2024-cü il tarixli Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənin ailə üzvlərinə cəmi 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Mercedes Benz ML320” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında PME********** nömrəli olan avtomobil vasitələrinin tam sığorta şəhadətnaməsinndən görünür ki, ** TY *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz ML320”, ban nömrəsi 4JGAB54E62A308235 olan avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Mercedes Benz ML320” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli olan şəxsdir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* №-li Protokolun və İnzibati tənbeh vermə haqqında TP ******* №-li Qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cu il tarixdə, saat 14:00-da, “Mercedes Benz ML320” minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 332.1-ci, 327.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 584-05/244 №-li, xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixində yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməsi ondan xahiş edilmişdir. İş materiallarında olan Zərər dəymiş avtonqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, avtomobilin ehtiyyat hissələri və görüləcək işlər ilə bağlı yekun məbləğ 350.00 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş sığorta hadiəsi nəticəsində dəymiş zərər məbləği 350.00 (min yetmiş) manat, sığorta ödənişi 350.00 manat olmaqla, həmin məbləğdə sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" ASC-nin hesabına köçürülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 350.00 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən "xxxx" ASCnin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış İAS240157 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə "MeqaSığorta” ASC tərəfindən 350.00 (min yetmiş) manat məbləğində siğorta ödənişi həyata keçirilmiş, subroqasiya tələbi hüququna əsasən 350.00 (min yetmiş) manat məbləğində vəsaitin "Meqa Sığorta” ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 584-05/244 №-li, xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixində yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərər 350.00 (min yetmiş) manat məbləğ "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Ödənilmiş məbləğdən 350.00 (beş min) manat sığorta ödənişi məbləğinin, 300 (üç yüz) manat işlərin görülməsi xərcinin, cəmi 650,00 (altı yüz əlli) manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 350.00 (min yetmiş) manat məbləğində vəsaitin 10 (on) təqvim günü ərzində "Meqa Sığorta” ASC-nin bank hesabına ödənilməsi ondan xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında Qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ** SF *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır, həmin nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan ** TY *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML320” markalı avtonəqliyyat vasitəsilə zərər vurulmuşdur. Sığortalı ** SF *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir., “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** SF *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 350.00 (min yetmiş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cu il tarixli “Sığorta aktı”na əsasən 350.00 manat (üç yüz əlli) məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" ASC-nin hesabına köçürülmüş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 350.00 manat məbləğində vəsait alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat Cavabdeh aid edilməli, ondan 30,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh zərər vurulmuş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 350 (üç yüz əlli) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qəpik) alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7453/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7453/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver