Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7475/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh qızı arasında bağlanmış xx.xx.2024-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, iddia tələbi tərəflər arasında mediasiya prosessi gedişində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədədir, bu qəbildən olan işlərə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, ərizə iddia icraatı qaydasında verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsi İddiaçı vəkili Vəkil tərəfindən imzalanaraq, ərizəyə xx.xx.2024-cü il tarixli ******* nömrəli orderin surəti əlavə edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən order İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” barədə iddia tələbinə (2(011)-2723/2025 nömrəli mülki iş) məhkəmədə baxılan zaman məhkəməyə təqdim edilmişdir. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi barədə order yalnız həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəkilin iştirakını səlahiyyətli etdiyindən, Vəkil İddiaçı adından hazırkı iddia ərizəsini imzalamaq səlahiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud tələbə iddia icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edilən zaman ödənilmiş 10 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********21) dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat məbləğində pul dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-7475/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7475/2025
23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver