Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7484/2021 17.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – "xxxx" ASC tərəfindən ödənilmiş 781,28 (5795- 100-4913,72=781,28) manat sığorta ödənişi məbləğini və ödənilmiş 30,4 manat məhkəmə rüsumu olmaqla, cəmi 811,68 (səkkiz yüz on bir, 68) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, (sığortaçı) "xxxx" Sığorta Şirkəti ASC ilə bağlanmış AS 522/20 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta” müqaviləsinə əsasən **-UG-*** d.q.n., Volkswagen Jetta minik markalı avtomobilə sığortalanmışdır. 29.03.2021-ci il tarixdə Cavabdeh, mülkiyyətində olan **-TX-*** d.q.n., Mercedes Benz C220 CDİ minik markalı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq sığortalanmış avtomobillə toqquşmuş və ona zərər vurmuşdur. TP ******* saylı İnzibati Xəta haqqında qərara əsasən, Cavabdeh yol hərəkət qaydalarını pozduğu üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır. 16.04.2021-ci il tarixli zərər aktına əsasən hadisə nəticəsində Volkswagen Jetta minik markalı **-UG-*** d.q.n.-lı avtomobilə 5795 manat məbləğində zərər dəydiyi hesablanmış və həmin məbləğdə sığorta ödənişi zərəri aradan qaldıran "xxxx" MMC-yə ödənilmişdir. 100 manat azadolma məbləği sığortalı tərəfindən geri qaytarılmışdır. **-TX-*** d.q.n., Mercedes Benz C220 CDİ minik markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 14.06.2021 tarixində dəymiş zərərin 4913.72 manat hissəsi iddiaçıya ödənilmişdir. Sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh təqsirli hesab edildiyi üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsindən görünür ki, AS 522/20 nömrəli Sığorta Müqaviləsi üzrə “Volkswagen Jetta” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil 16.09.2020-ci il tarixdən 16.09.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği 19000 manat, şərtsiz azadolma məbləği hər bir hadisə üzrə 100 manat məbləğindədir. İş materiallarında olan 27.04.2021-ci il tarixli Sığorta Aktına əsasən 29.03.2021-ci il tarixdə sığortalı “Volkswagen Jetta” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Mercedes Benz” markalı avtomobillə toqquşma nəticəsində 5795 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin preyskurantına əsasən “Volkswagen Jetta” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5795 manat dəymiş zərər hesablanmış, həmin məbləğ "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan, 30.03.2021-ci il tarixli TP ******* nömrəli X2 haqqında Qərarın surətindən müəyyən olunur ki, 29.03.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən, 29.03.2021-ci il tarixdə “Mercedes Benz C220 CDİ” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “Volkswagen Jetta” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz C220” markalı **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi Cavabdeh qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən, “Volkswagen Jetta” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-nin iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 30,40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 781,28 (yeddi yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonda qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7484/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7484/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver