Məhkəmə qərarları › İş №e-2(011)-7576/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7576/2025

04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7576/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, Ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yaşadığı evdə tək olan zaman vəfat etmişdir. Hadisə yerinə “Respublika Təcili və X1 Mərkəzi” X8 1 saylı bölməsinin əməkdaşları gəlmiş, ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edərək mərhumun qohumlarına təqdim etmişlər. Ərizəçi həmin vaxt ölkə xaricində olmuşdur. Hadisə yerinə Yasamal rayon 41-ci Polis Bölməsinin əməkdaşları gəlmiş, mərhumun hansı poliklinikada qeydiyyatda olduğunu soruşmuşlar. Qohumları Xətai rayon ərazisindəki poliklinikada qeydiyyatda olduğunu bildirmişlər. Bundan sonra dəfnə icazə verilmiş və mərhumu xx.xx.2025-ci il tarixində Yasamal qəbirstanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün ərizəçi ASAN Xidmət Mərkəzinə müraciət etmiş, tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili-nümayəndəsi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı anası X4. “Respublika Təcili və X1 Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 21:20-də çağırışa əsasən ünvan 1 ünvanına gəldikdə xx.xx.1952-ci il təvəllüdlü X3 meyiti aşkar edilmişdir, “həkimə qədər ölüm, qadın cinsli meyit” diaqnozu qoyulmuşdur. 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarına əsasən X5 ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 Dağüstü 1 qəbiristanlığının 4-cü sektorundan dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun dostudur. Dostunun anası X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun dostudur. Dostunun anası X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmiş. O, yasda və dəfndə iştirak etmişdir. Mərhum Yasamal qəbiristanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə onun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X3 02 sentyabr 2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar