Məhkəmə qərarları › İş №e-2(011)-7581/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7581/2025

29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7581/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus 1 ədəd qorka, 1 ədəd makot, 1 ədəd televizor altı, 1 ədəd künc qorka, 1 ədəd divan, 6 ədəd stul, 1 ədəd stul, 1 ədəd divanın qarşısına qoyulan stul, 12 ədəd “ayaqlı” xrustal bakal, 12 ədəd “ayaqsız” xrustal bakal, 12 ədəd ayaqlı şüşə bakal, 1 ədəd şüşə qrafinka, 1 ədəd xrustal qrafinka, 6 ədəd xrustal stəkan, 2 ədəd “nahar” servis, 2 ədəd çay servis, 2 ədəd xrustal qənd qabı, 1 ədəd xrustal meyvə qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd qapaqlı xrustal qab, 1 ədəd “pələng” fiqurlu xrustal, 1 ədəd “kül” qabı xrustal, 1 ədəd lampa xrustal, 1 ədəd xrustal güldan, 2 ədəd meyvə qabı, 2 ədəd qazan dəst, 1 ədəd qaşıq naboru, 1 ədəd su çayniki, 1 ədəd tok çaynik, 1 ədəd ət çəkən maşın, 1 ədəd sok çəkən maşın, 1 ədəd xrustal saat, 12 ədəd sini boşqab, 4 ədəd uşaq boşqabı, 7 ədəd boşqab, tort üçün padnos, 1 ədəd ləb-ləbi qabı, 1 ədəd inqaliyasiya aparatı, 3 ədəd ağ qab, 2 ədəd süfrə, 1 ədəd taxt , 2 ədəd şkaf, 1 ədəd şfaner, 1 ədəd termo, 1 ədəd taxt döşəyi, 2 ədəd yorğan, 3 ədəd balış, 3 ədəd yatağ örtüyü, 2 ədəd gecə lampası, 5 ədəd pastel, 1 ədəd pakrival, 2 ədəd dəsmal, 4 ədəd xalça, 2 ədəd pərdə, 2 ədəd tül, 1 ədəd TV, 2 ədəd çilçıraq, 1 ədəd mikser, 1 ədəd tokla qazan, 1 ədəd doğrayan qazan, 1 ədəd tyorka, 1 ədəd uşaq stolu, 1 ədəd uşaq stulu və 1 ədəd böyük qazanın iddiaçıya məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Əhməd Cavad küçəsi 6 nömrəli evdənCavabdeh tərəfindən çıxarlması və evin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılması haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır, daşınmaz əmlak isə Abşeron rayonu ərazisində yerləşir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, daşınmaz əmlak Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 100.60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə (qəbzin nömrəsi- **********) ödənilmiş 100.60 (yüz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar