Məhkəmə qərarları › İş №e-2(011)-7586/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7586/2023

06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7586/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı “avtomobillərin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını və **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobilin Cavabdeh2 qanunsuz sahibliyindən, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını və **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobilin Cavabdeh1 qanunsuz sahibliyindən, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTROS 1841” markalı yük maşınının Cavabdeh5 və Cavabdeh3 qanunsuz sahibliyindən, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu ve **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşınının Cavabdeh4 qanunsuz sahibliyindən azad edilib iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş, iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə iddia tələbi birləşdirilmişdir. Həmçinin iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddiaçı iddia tələbinin qiymətləndirilməyən iddia olduğunu qeyd edərək 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, iddiadan görünür ki, tələb əmlakın tələb edilməsi il bağlıdır və qanunvericiliyin tələblərinə əsasən rüsum tələb edilən əmlakın dəyəri ilə müəyyən edilərək ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda — tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 152.1.1-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, bir-biri ilə əlaqəsiz bir neçə iddia tələbi birləşdirildiyindən, həmçinin tələb edilən məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı “avtomobillərin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar