Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7647/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icra sənədinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Kəmalə Həsənovanın) "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" xx.xx.2023-cü il tarixli Qərarının əsassız olduğu üçün ləğv edilməsi və icra işlərinin davam etdirilməsinin Xətai rayon İcra şöbəsinə həvalə olunması, 100 manat dövlət rüsumunun və 100 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizənin qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmurunun “icra sənədinin aidiyyəti üzrə göndərilməsi” barədə qərarından narazı olduğu üçün həmin qərarın ləğv edilməsini və icra işinin davam etdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, bu halda iddiaçı iddia ərizəsi ilə deyil, icra məmurunun narazı olduğu qərarından şikayətlə müvafiq məhkəməyə müraciət etməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı idda ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və onun hazırkı iddiasına iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya icra məmurunun qərarının ləğvi ilə bağlı icra qurumunun yerləşdiyi yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icra sənədinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-7647/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7647/2023
09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver