Məhkəmə qərarları › İş №e-2(011)-767/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-767/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-767/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Cavabdeh məxsus ** ER *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. "xxxx"ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar çıxarılmış və sürücü təqsirləndirilərək cərimə edilmişdir. Zərərçəkən, nəqliyyat vasitəsinə zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Sığortalı ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli zərər aktına əsasən 6329,00 manat (965,44 ƏDV+5363,56 manat təmir bərpa xərcləri olmaqla) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 6329,00 manat məbləğində sığorta ödənişi zərərçəkən nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. İddiaçı tərəfindən zərərçəkənin icbari sığortası müəyyənləşdirilmiş və məlum olmuşdur ki, zərərvuranın mülki məsuliyyəti "xxxx" Şirkəti olmuşdur. Cavabdehin məsuliyyətini sığorta edən "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə icbari sığorta üzrə 5 000,00 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğdən icbari sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1 329,00 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş edilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1329,00 manat məbləğində vəsaitin, 33,29 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli Sığorta aktından görünür ki, **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Avtonəqliyyat vasitələrinin tam sığortası” müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yol nəqliyyat hadisəsi nəticəsində **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə vurulmuş zərər 6329 manat müəyyən edilmiş və zərərçəkən nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzini hesabına 6329 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan subroqasiya tələbinin güzəşt edilməsi barədə 07 yanvar 2022ci il tarixli 319 №-li müqavilənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli MV-C(Q) 00048-20 saylı sığorta müqaviləsi üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 6329,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və buna görə də "xxxx" ASC-nin həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC həyata keçirilmiş 6329,00 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş zərər aktından görünür ki, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobilə 6329 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “X1” markalı, ** ER *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində digər avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh qismində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən idarə olunan ** ER *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 6 329,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. "xxxx" ASC müvafiq iş üzrə subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt etmişdir. Cavabdeh mülki məsuliyyəti "xxxx" Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 5 000,00 manat məbləğin sığortaçı tərəfindən ödənildiyi əsas tutularaq 1 329.00 manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, Cavabdeh tərəfindən idarə olunan ** ER *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurması və həmin yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olması işdə olan sübutlarla təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə vurulmuş zərər 6329 manat məbləğində müəyyən edilmişdir. "xxxx"ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. Paşa Sığorta” ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 6329,00 manat məbləğində sığorta ödənişi zərərçəkən nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə icbari sığorta üzrə 5 000,00 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh inzibati xətanı törətməsini müəyyən edən qüvvədə olan qərar nəzərə alınaraq, iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materialları ilə təsdiq olunduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğdən icbari sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1 329,00 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1 329,00 (bir min üç yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 33.29 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar