Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7880/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçı BANK "BTB” Açıq Səhmdar Cəmiyyətnin nümayəndəsi X1 iştirakı ilə, BANK "BTB” Açıq Səhmdar Cəmiyyətnin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-tarilxi MN ******* saylı, X1 AR İXM-nin 192.5-ci maddəsində göstərilən inzibari xətanı törətməsi bildirilərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair qərar ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, tələb inzibati xəta törədilməsinə görə cərimənin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlıdır. Belə olan halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qayadında baxılmalıdır. Ona görə də, iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı BANK "BTB” Açiq Səhmdar Cəmiyyətnin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı qərarın ləğv edilməsi iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7880/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7880/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver