Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8066/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova Əli qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı protokolun ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı protokolun ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM):
152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinə və mülki iş materiallarına əsasən, hazırki iddia tələbi ümumi məhkəmədə deyil, müvafiq olaraq inzibati məhkəmədə baxılmalıdır.
4. Belə ki, yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya digər məhkəmələrə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
5. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.
6. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı hər üç xüsusiyyət yoxlanmalıdır.
7. İddia ərizəsinə, eləcə də iddia ərizəsinə və ona əlavə edilmiş materiallara əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı protokolun ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünməkdədir ki, tərəflər arasında mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlir. Odur ki, iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz.
8. Məhkəmə iddiaçıya aidiyyatı üzrə İnzibati məhkəməsinə müraciət etmək hüququnun olmasını izah edir.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 114, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı protokolun ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya hazırkı ərizə ilə bağlı müvafiq Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova