Məhkəmə qərarları › İş №e-2(011)-8178/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8178/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8178/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 365 (üç yüz altmış beş) manat sığorta ödənişinin məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 395,40 (üç yüz doxsan beş manat qırx qəpik) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nın xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Vectra” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətimizdə sığortalanmışdır, Cavabdeh2 (bundan sonra Cavabdeh) xx.xx.2021-ci il tarixdə, saat 15:45 radələrində həmin avtomobili Bakı şəhəri, Babək prospektində etibarnaməsiz idarə edərkən “Kamaz 6520” yük markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir, Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X3 xx.xx.2021-ci il tarixli, İXP3844404 saylı inzibati xəta haqqında Protokolundan və xx.xx.2021-ci il tarixli TP4256396 saylı inzibati tənbeh tətbiq etmə barədə Qərardan görünür ki, 2021-ci ilin 15 mart tarixində saat 15:45 dəqiqədə Bakı şəhəri, Babək prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Kamaz6520” yük markalı, 99MV201 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətimizlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən təsdiqlənərək 365 (üç yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. “Kamaz6520” yük markalı, 99MV201 dövlət qeydiyya nişanlı avtomobilə dəymiş zərərə görə 365 (üç yüz altmış beş) manat məbləğində sığorta ödənişi olunmuş və bu ödəniş xx.xx.2021-ci il tarixli İ-387/21 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş ödəniş tapşırığında öz əksini tapmışdır. Üçüncü şəxsə ödənilmiş 365 (üç yüz altmış beş) manat məbləği Cavabdeh tərəfindən cəmiyyətimizə qaytarılmalıdır. Cavabdehə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili etibarnaməsiz idarə etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun25.1.3-cü maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli PSS********** №-li icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** CM *** dövlət qeydiyyat nişanlı, OPEL markalı, ban nömrəsi W0L0JBF19Ü5159510, mühərrik nömrəsi 14407561 olan avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində OPEL markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 və sürücüsü Cavabdeh2 təqsirli olan şəxsdir. İş materiallarında olan İnzibati Xəta haqqında ******* №-li Protokolun və ******* №-li qərarın surətindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 15:45də, OPEL minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci, 322.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş İ-387/21 №-li xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Cavabdeh2 xx.xx.2020 tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası№ şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan “Opel Vektra” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Babək prospektində yol qaydalarını pozaraq öz yolu ilə hərəkət edən “Kamaz 6520” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələməsi ilə bağlı sığorta ödənişi 365 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İlkin və ya yekun Aktdan görünür ki, Kamaz markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə icra edilmiş işlər və quraşdırılmış ehtiyat hissələr olmaqla, cəmi 365 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********7 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “"xxxx" ASC vasitəsilə X1 365 manat ödənilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli Qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan ** CM *** dövlət qeydiyyat nişanlı “Opel Vektra” markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. Sığortalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** MV *** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** MV *** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsinə 365 (üç yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzə əsasən isə 365,00 (üç yüz altmış beş) manat məbləğində sığorta ödənişi zərərçəkən hesabına köçürülmüşdür. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 365 manat məbləğində vəsait alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid edilməli, onlardan 30,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 365 manat dəymiş zərər və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30,40 manat olmaqla, ümumilikdə 395 (üç yüz doxsan beş) manat 40 (qırx) qəpik alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar