Məhkəmə qərarları › İş №e-2(011)-821/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-821/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-821/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 97, 7-ci mərtəbə, 2 saylı mənzil birinci dəfə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmlak sığortası növü üzrə iddiaçı tərəfindən sığortalanmışdır.

2. xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehə məxsus ünvan 1ərtəbə, 2 saylı mənzil ünvanında yerləşən evdən su axması nəticəsində Rəşad Babayevə məxsus yuxarıda qeyd edilən mənzillərə maddi ziyan dəymişdir.

3. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Sığorta aktına əsasən 253 manat məbləğində sığorta ödənişi faydalanan şəxs Rəşad Babayevə ödənilmişdir.

4. İddia ərizəsinin və iddia ərizəsinə etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı cavabdehdən 253 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən MP-P 02613 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 97, 7-ci mərtəbə, 2 saylı mənzilə xx.xx.2019-cu il tarixində cavabdehə məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 97, 7-ci mərtəbə, 2 saylı mənzilə dəymiş zərərə görə 253 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar "xxxx" MTK-nın Cəmiyyətiə təqdim etdiyi xx.xx.2019-cu il tarixli aktla da müəyyən olunmuşdur ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 97, 7-ci mərtəbə, 2 saylı mənzilə üst mərtəbədə yerləşən cavabdehə məxsus 2 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar 1521/22 saylı, xx.xx.2022-ci il tarixli məktubla tələb irəli sürülmüş, lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələb təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

13. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

14. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

21. Yuxarıda qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir.

22. Birinci şərt, yəni sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Sığorta obyekti olan mənzillərə zərər dəyməsi iş materialları əsasında öz təsdiqini tapır.

23. Belə ki, "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixli arayışda cavabdehin yaşadığı mənzildən X2 yaşadığı 7-ci mərtəbədə yerləşən 2 saylı mənzilə su axıdılması müəyyən edilmişdir.

24. Göründüyü kimi, yuxarıda qeyd olunan 7-ci mərtəbədə yerləşən 2 saylı mənzilə su axıdılması ilə nəticələnən sığorta hadisəsi baş vermişdir.

25. Subroqasiya hüququnun yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də, iş materialları ilə təsdiq edilir. xx.xx.2019-cu il tarixli 100260 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış mənzilə dəymiş zərərə görə heablanmış 253 manat sığorta ödənişi iddiaçı tərəfindən Cavabdeh ödənilmişdir.

26. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əmlakın sığortası növü üzrə maddi zərər dəymiş mənzillərin sahiblərinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka (mənzilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 253 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar